Salam əzizlərim, nəhayətki bugün yeni bölümü əlavə etdim. Əgər yeni oxucusunuzsa bu kitabdan əvvəl 3 günlük gəlin kitabını oxumağınızı məsləhət görürəm. Çünki bu kitab onun davam kitabıdır və hadisələr hamsı əlaqəlidir.
Həyatım beləcə davam edirdi. Xoşbəxt olmaq üçün bəzən özümə bir az şokalad alırdım, bəzən Arzuyla maraqlı şeylər yeməyə gedirdik, ildə bir dəfə xalamla məzuniyyət götürüb xaricə də gedirdim. Bəzi günlər yolda yeriyərkən gözüm yaşarırdı, bəzi günlər isə çox kiçik şeylərə çox uzun müddət gülürdüm. Hə, bəs Hüseyn? Əsərin baş qəhrəmanı olmaq yerinə fiqur olan adam? Pərvizi nə qədər görmək istəyirdimsə, Hüseyni də bir o qədər görmək istəmirdim. Ancaq hər yerdə qabağıma çıxrdı. Məndən çox acıqlı idi. Təzə-təzə görməzdən gəlirdi, sonra bir ara çalışdı ki, mənlə nəsə danışsın? Axı nə danışacaqdıq? Onda isə mən ondan qaçırdım. İndi ara-sıra bir-birimizi görəndə mədəni insanlar kimi görməzlikdən gəlirdik. Ancaq toydan qaçdığım üçün məndən çox acıqlı olduğuna əmin idim və Hüseyni az da olsa tanıyırdımsa, bu acığı uzun illər boyu soyuyacaq deyildi. Əgər danışmaq imkanımız olsaydı ona Hüseyn sən də mənlə evlənmək istəmirdin demək istəyərdim. Hər gün olduğu kimi bu gün də evə gedib çıxana kimi bütün həyatımı düşünmüşdüm və nəhayət çatmışdım. Bu günlük bu qədər düşünmək yetərdi yəqinki. Evə gedib həvəslə valideynlərimə günümün necə mükəmməl keçdiyini və şagirdlərimin məni necə sevdiyini danışmaq 24 saatın ən yaxşı tərəfi idi. Və şagirdlərim məni həqiqətən sevirdi. Yaxşıki zirzəmidə yerləşən o şəraitsiz kursu tapmışdım.
***
- Sanki həyat mənim xoşbəxt olduğum hər şeyi əlimdən almaq üçün mübarizə aparır! Axı bu qədər də olmaz! - Əlimdəki kağız paketlərdəki kitab-dəftərimi daşıyarkən içimdən kaş Arzu mənə az da olsa kömək etsəydi deyə düşünürdüm. Çünki kitablarım ağır idi və onları daşımırdım, sürüyürdüm!
- Elə düşünmə, hələ də hər gün şokalad yeyib özünü xoşbəxt edə biləcək çəkidəsən!- Arzu məndən bir az irəlidə saçını yelləyərək gedərkən ancaq bunu demişdi.
- Zarafat edirsən? Nə vaxta kimi xoşbəxt olmaq üçün şokalad yeməliyəm? İlahi, bu qədər bəxtsizlik olmaz axı!
- Bəxtine bu qədər deyinmə, Şəbnəm. Bəlkə də ordan canın qutardı.- Arzu hələ də məndən qabaqda gedirdi.
- Necə yəni canın qutardı? Mən oranı çox sevirdim.
- Və ora zirzəmidə idi, -bunu deyəndən sonra dayandı. Ümid edirdim ki, yüklerimə kömək edəcək. Ancaq üz ifadəsindən hiss edirdim ki nəsə yemək istəyir, - gedək dadlı bir yemək yeyək! Kefimiz düzələr.
Arzuyla bağlı bir detal. Bizim model Arzu çox kökəlmişdi. Və dayana bilmirdi. Niyəsini isə nə o nə də biz bilirdik. Əgər soruşsanız ki, Arzu nə işlə məşğul idi bəs? Mən də dəqiq bilmirdim.
- Şəbnəm bilirsən mənə nə maraqlıdır? Sən gedib kursun bağlandığını görənə qədər sənə heç kim buranın bağlanacağını deməmişdi?
Hə, həyatımda tək xoşbəxt ve özüm kimi olduğum yer də əllərimden çıxıb getmişdi. Və mən kursun ən heç nədən xəbəri olmayan adamı olduğum üçün bunu kursun bağlandığı gün öyrənmişdim. Çünki gedəndə artıq oranı yığışdırırdılar.
- Mən hamıyla çox səmimi deyiləm. Ona görə deməmişdilər.
Arzunun baxışlarında çox şey var idi: Malsan Şəbnəm, bir az gözüaçıq ol Şəbnəm, insanlardan qaçma Şəbnəm, nə vaxt ağıllanacaqsan Şəbnəm? Bütün hamsını baxışlarında görürdüm. Mən də ona "əşiii mən də beləyəm də baxışlarımı göndərdim"
ŞİMDİ OKUDUĞUN
Böyüdüm. (3 günlük gəlin kitabının davamı)
Chick-Lit- Həyatım bir gecədə məhv oldu. İllərcə bu fikri düşünmüşəm. İllərcə başıma niyə bunlar gəldi? Niyə hər şey planladığım kimi olmadı? Mən sevilməyə, xoşbəxt olmağa layiq deyiləmmi yoxsa deyə özümü sorğulamışam. Və sonra cavabları bir-bir tapdım. Həya...