Səhər hava artığ aydınlananda kimsə məni görmədən damdan enib otağıma qayıtdım.
Əmircan kəndində normal bir səhər idi. Günlərdən bazar ertəsi kənd sakinləri üçün həyat öz axarında ilərləyirdi. Ara-bir küçəyə baxan pəncərələrdən bir avtobus və ya maşın görünür sürətlə gözdən itirdi. Ara-birdə bizimkiləri canından bezdirən məktəbəqədər yada ondan kiçik uşaqlar pəncərənin kənarından ağlaya-ağlaya keçir, valideynləri isə onları birtəhər susdurmağa çalışaraq yanımızdakı baxçaya tərəf aparmağa çalışırdı.
Mətbəxdə yalnız mən var idim.Kirazla Dəfnə otağlarını yığışdırır, Oğuz isə çörək almağa getmişdi. Giraydan isə səs-səmir yoxdu.Yan otağdakı televizordan aparcının zəif səsi eşidilir aparıcı aramla studiyodaki qonağla nəsə danışır ara birdə qəh-qəhə çəkib gülürdülər.Pendirləri incə-incə kəsib bir dilimini götürüb ağzıma atdım. Qalanlarını isə ağ nimçələrə düzüb masaya qoydum. İncə çay stəkanlarını stolun üstünə düzüb çayın dəmlənməsini gözləyən vaxt, Oğuz əlində çörəklə mətbəxə gəldi çörəyi masaya qoyub özü isə stullardan birinə əyləşdi.
-İndi gəlib isti-isti götür.
Oğuz bir əli ilə qoxusu bütün mətbəxə yayılmış çörəyi göstərərkən,digər əli isə içi qara zeytunla dolu boşqaba uzanırdı.Ondan cəld tərpənib zeytun dolu boşqabı əlim ilə çəkdim
-Get birinci əlini yu yeri
Oğuz ofuldayaraq əlini yumağa gedən vaxt məndə qızları səslədim.Və masadaki isti çörəyi götürdüm.
Kirazla Dəfnə söhbət edə-edə gəlib mənə kömək eləməyə başlayanda Oğuzda gəlib əvvəlki yerinə əyləşdi.Bir iki dəqiqə boş-boş yan otağdakı televizordan programlara baxandan sonra bizə dönüb.
-Qızlar hər şey əla,gözəldə sanki kimsə çatışmır elə deyil?
Kiraz Oğuza dönərək:
-Hə doğurdan Giray yoxdu Dəfnə sən bilərsən Giray yatıb hələ?
Dəfnə əlindəki işi qoymadan
-Ən son mən baxanda bilməm neçənçi yuxusunu görürdü oyatmaq istəmədim
-Qorxdum demirsən
Kiraz Dəfnəyi gülərək ələ salanda Dəfnə Kiraza göz süzdürüb güldü.Mən isə qızlara tərəf dönərək:
-İstəsəzdə-istəməsəzdə onsuzda o ağıllını durğuzmalısız bu gün işimiz çox olacaq gedin oyadın onu
Üçüdə bir-birinə baxıb təkrar mənə döndü qaşlarımı çatıb uşaqlara baxaraq
-Uşaqlar? Giraydan qorxmursuz yəqinki elə deyil?
Üçüdə mənə susub baxanda isə əsəbləşərək:
-Elə deyil? daha sert danışdığımda yenə cavab gəlmədi dərindən nəfəs alaıb uşaqlara baxaraq:
Uşaqlar ciddi ola bilməzsiz elə deyil? Niyə qorxursuz Giraydan? Adamyeyəndi bəyəm? Yaxşı sizdə uşaqlıq eləməyin daha gedin oyadın o ağıllını, Oğuz get oyat Girayı yeri
Oğuz gözlərini iricə acıb iki əlini havaya qaldırıb:
-Yox, yox çox sağolun ən son bu işi görəndən sonra yaxşıca döyülmüşdüm çox sağolun mən dərsimi aldım
Gözümün birini qısaraq Oğuza baxdım getməyəcəyini anladığımda isə bu dəfə başımı Dəfnəyə çevirdim
-Dəfnə sən bacısısan get sən oyat
ŞİMDİ OKUDUĞUN
Azərbaycana Səfər
Ação15uşaq bir gecədə Quba -Bakı istiqamətdə itkin düşər.Aylar sürən axtarışlar cavab vermədiyi üçün polis təşkilatı başqa bir yola əl atar.İşləri gizlin yürütmək məqsədi ilə Türkiyədən xüsusi təlim görmüş 5xəfiyyəni Bakıya gətirtər. İşlərin daha asand...