İki aydan sonra düz beş il.! düz beş il olacaqdı ki sevdiyi hərşeydən və hərkəsdən uzağda yaşayırdı. Və həmin gün işlədiyi dükanın balaca pəncərəsindən dayanacaqda gəlib gedən tramvaylar və insanlara baxırdı.Tədricən gözləri boşluğa düşdü sanki,artıq gəlib keçən insanları və dayanacağa yaxınlaşdıqca sürətini azaldan və səs-küyə səbəb olan tramvayları görmürdü. İçində fırtınalar qopsada səssiz səbirsiz 5 ildə xaricdə yazdığı həyatı barədə düşünürdü.