Nailin baxışları da Murada çox təsir etdi Murad çox qərbi hiss etdi amma büruzə etmədi. "Bu günlük bu qədər" deyərek gülməyə başladı. Naili orada buraxıb siniflərinə getdilər. Amma bir şeydən xəbərsiz idilər ki, Nailin vəziyyəti pisləşirdi.
________________Uşaq vaxtında qarnından əməliyyat olunması vəziyyətinj daha da ağırlaşdırırdı. Artıq huşu getmiş vəziyyətdə idi. Ürəyi döyünür, amma özü hərəkət edə, birini kömək üçün səsləyə bilmirdi.
~
"Nail? Nail oğlum eşitmirsən? , Nail bax qayıq yazacam ha"
Natiq müəllimin bu gün iki ardıcıl dərsi var idi və ilk dərsində Nailin olub, ikincisində olmaması onu narahat etdi.
Muradın tayfası gülür "ayda bir-iki təpiyə tab gətirə bilmədi?" deyir, amma Murad içdən içə narahat olurdu.
"Müəllim bəlkə tualetdədi, mən gedim yoxlayım?" Murad qəfildən ayağa qalxıb söyləyəndə tayfası ona qəribə baxdı.
"Hə Murad yaxşı olar ged bax"
Murad tualetə gedəndə onu yerdə uzanıq harı ölü vəziyyətdə görmüşdü, ancaq sağ olduğunu görüb yenə tipik Murad kimi davranmağa başladı. "Oyan Nail, qızbibi zadsan ə sən?! Bir iki təpik vurmuşuq gör nə günə qalmısan"
Nailsə sadəcə qarşılığında "ç-çıx.... ç-çıx g-get..." deyə bilmişdi. Murad "sən bizim adımızı kiməsə verəsən haa bax onda məndən qurtula bilməyəcəksən" dedi.
Və sadəcə bunu deyib yenidən sinif otağına qayıtdı. Özü boynuna almaq istəmirdi, amma o orda, Nailin yanında qalıb onu qucaqlamaq, üzr istəmək istəyirdi........ Sadəcə edə bilməzdi çünki onunda özü üçün olsada çox mənasız səbəbləri vardı, o Nail kimi 'petuxlarla' söhbət belə etmək istəmirdi. Ancaq boynuna alıb, qəbullanmaq istəmirdi onun Nailə qarşı tavırları boş yerə deyildi. Əgər bir insan həqiqətən birisini önəmsəmirsə onda onu vecinə almamalıdı. Ancaq Murad Nailə qarşı tam tərsini edir. Nail onu ilk baxışda belə özünə cəzb etmişdi, sadəcə Murad qəbullanmaq istəmir, ona qarşı olan ürək döyüntüsünü öldürmək istəyir, Naildən cəzb olunmadığını özünə sübut etmək istəyir, ancaq pis yolla, Nailə şiddətlə, Naili kiçik düşürməklə. Sanki belə etməklə nə əldə ede biləcək kii?~
Həkim Naili müayinə etdikdən sonra evinə göndərdi. Və tikişləri ilə çox ehtiyyatlı olmalı olduğunu söylədi. birdə necə bu hala düşdün sualını verdi. Muradsa qarşılığında məndə qalsın deyərək evinə yola çoxdı. Amma başqa Nail kimi. Həmişə həyatdan həzz alan, həyatı yargilamayan, onu olduğu kimi sevən birisi artıq tam tərsini düşünürdü. Yolu ağlayaraq getdi, və vəziyətinə görə bu gün işdən icazə də almışdı.Naildən
Sadəcə istədiyim, yatmaqdı. Heç birşey etmək istəmirəm, nəsə düşünməkdə.......
Sadəcə yatıb oyanmamaq istəyirəm axı mən düşündüm ki, Murad düzələ bilər, axı mən inandım, axı inandım. Mən onu çox əvvəlcədən tanıyıram çox əvvəlcədən, ailəsi ayrılanda atam onların vəkili olmuşdu, mən ona çox acımışdım. Ola bilər o xatırlamır, amma heç kəs olmayıb o qaranlıqda ağlayanda, mən evdən qaçıb onun yanına gedib, ona təsəlli verən yeganə kişi olurdum, bir söz var "ədalətin bumu dünya?" Həqiqətən bumu?