Hər gənclik irəlidə lağ və ya saf xatirə kimi xatırlanmaz. Bəzilərinin gəncliyindəki qaranlıq çuxur çirkab kimi yapışar qəlbimizə və yeri gəldikcə qanadar, yeri gəldikcə gücləndirər. Nə yaşarsaq yaşayaq, əlbəttə, zaman keçər. Amma o zaman keçincəyə qədər içimizdəki yarada közlənər və bəzən yaranın sahibləri tərəfindən qopardılar.Ən çox incidən isə, hər kəsin bu kimi problemlərinizə adi baxması və özünü bu çətinliyinizlə müqayisə edərkən göylərə qaldırmasıdır. Bu problem başlıca bir dəlilik idi. Bu cür insanlar, sizin çətinliyinizə olan dözümünüzə qarşı hər zaman içdən-içə həsəd aparar və sizin səsinizi bastıraraq ağrılı iniltilərinizi boş danışmalarıyla bastırıb yağ kimi üzdə çıxmağa üstünlük verər.
Mən bu vəziyyətimi bir badə şərabla müqayisə edə bilərəm.
Bizlər çoxluq olaraq içdiyimiz o lənətin (sadəcə bəzilərinə görə təbiki) günah olduğunun fərqində olaraq - bu həqiqəti göz ardı edərək ya da başa düşmək istəməyərək bir şəkildə koru koruna qaz basar kimi içməyə davam edərik. Lakin o son damlanı həmişə xüsusi edərik. Son qurtumda həyatımıza dair hər an; peşmanlıq, yaşanmışlıq ya da yaşaya bilməmişlik var. O son qurtum hər şey idi.Biz bir günah idik... tam olaraq, başdan ayağa. Amma nə gözəl bir günah idi bu belə... ağla məntiqə sığmaz, qəlbdən ötə.
Ruh məsələsi idi bu... İki itmiş ruh...
ŞİMDİ OKUDUĞUN
Bir Qədəhin Son Damlası - Azərbaycan dilində
RomanceAlsunun gənclik illərinin qarşılıqsız məhəbbəti Adəm, artıq həqiqi bir sevgi ilə qarşısındadır, lakin vəziyyətlərinin çıxmazı ikisini də uçurumun qarşısına seçimsiz bir yola doğru aparır.