Adam və Qadın

2 0 0
                                    

Günün ən mənasız saatı idi məncə. Bəlkə də yalnız mənim üçün belə idi. Böyük masada tək-tək saydığım adamların sayı on altıya bərabər idi. Bəs görəsən niyə? Niyə mənə görə buradakı insanlar boş danışan çərənçilər kimi görünürdü? Nəysə, mövzu mən deyiləm. Bəli, düzdür, mən deyiləm. Həqiqətən!

Ancaq, qeyd etməliyəm ki, heç əsas qadın da mən deyiləm. O tam qarşımda, səbrini itirmiş vəhşi bir varlıq kimi sakitcə yeməyindən kiçik tikələr alırdı. Yemək ona o qədər dadsız gəlirdi ki, ayıb olmasaydı, restoranın elə ortasındaca qusardı.

Yanlış başa düşməyin. Yeməyin dadsızlığı aşbazın günahı deyildi, mühitdəki adamların az öncə bəhs etdiyim səmimiyyətsiz söhbəti idi.

Danışmalar əsasən kiminin işindəki müdürünün davranışı, kiminin ərinin ona aldığı brilyantın, kiminin isə nişan hazırlıqları və ya bir kiminsə həyatının ən çətin dönəminin kredit borclarını bağlaması ilə bağlı olan mövzular idi.

Heç birinin mövzusu adi deyildi, lakin həmçinin də; heç birinin məqsədidə sadəcə özünü anlatmaq, uzun aranı dolduracaq məlumatlar vermək deyildi. Yeganə dərdləri əri olmayanlara xoşbəxt bir evliliyi olduğunu, sevgilisi olmayanlara ciddi münasibətinin olduğunu, pulu olmayanlara çox pulu olduğunu, iş tapa bilməyənlərə işinin olduğunu göstərmək üçün bir neçə görməmiş ucuz danışmalar idi.

Söhbət belə deyilə bilməz, eqoizmin özünə məxsus görməmişliklə şişirdilmiş tərifləridi. Nəysə ki, bu dünyanın çoxlu çaxnaşmaları arasında mən bu məntiqsiz söhbətlərə qatılacaq və ya onlardan biri kimi davranacaq qədər alçaq deyildim. Meğerse mən susqun və sakitcə ətrafda yalnız dolaşarkən, ortaq yanlarımız olan bu qadınla paylaşırmışam məkanı.

Mövzuların dadsızlığı o qədər dərin idi ki, nə qədər çalışsam da, bezmədən dura bilmirdim. Qadın da məndən fərqsiz, heç özünü onlarla bir tutmurdu, hətta “Kaş ki mənim də yeganə dərdim və danışacağım şeylər belə gərəksiz tərif və öyünmələrdən ibarət olsaydı..” deyə içindən keçirirdi.

Dadsız mövzuların müxtəlifliklə dolu olduğu adamlardan ən etibarsızına gəldi;

"Ay balam, siz də yaş aldıqca mürtətləşdiniz, deyirəm!"

Bunu deyən Seyidi, qadın indiyə qədər heç istəmədiyi qədər öldürmək istədi. Ancaq təbiəti gərəyi məmnun bir təbəssümlə susqunluğuna  sarıldı.

Yenə bu balanslı vəziyyətini pozmağa niyyətli olanlardan sevimsiz Sevda, "Bunlar hamısı evdə qalmaqdandır. Bax, demək olar ki, hamımız evləndik, bir bu ikisi qaldı." deyə minnət və özünü bəyənmişliyi ilə kirli paxıl ürəyini ifşa etdi. Sözünün boş ifratlığı hiss olunmayacaq kimi deyildi. Bu səbəbdən də digərlərinin ona olan hörməti  daha da çox azaldı.

"Bilirsən, bəlkə də hər kəs kimi tezbazar evlənəcək qədər boş bir həyatım və ya ürəyimi birdən-birə kiməsə verəcək qədər axmaq bir şəxsiyyətim olmadığıma görədir."

Susqunluğunu bu sözlərlə pozduqda, digər qadınların üzündə kin dolmuşdu. Masadakı çantasını alıb, saatlardır bu dadsız söhbətə qatılmamaq üçün eşələyib, telefonunu içinə ataraq davam etdi.

"Keçmiş məktəb xatirələrim sizlər qədər adi və ya çox xoşbəxt deyildi. Ən azından pis xatirələri unudacaq qədərdə çox deyildi. Bu səbəbdən bura gəlib o xatirələri təkrar xatırlamaq istəmirdim, amma məcbur şeytanın ayağını sındırıb gəldim. Neysə, bu gözəl söhbətlərinizi sona qədər dinləmək istəyərdim, amma işdirdə malum, bütün günü burada oturacaq qədər boş vaxt buraxmır.."

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 06 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Bir Qədəhin Son Damlası - Azərbaycan dilindəHikayelerin yaşadığı yer. Şimdi keşfedin