"Salam Zeynəb."
" Salam Nuray."
" Bugün məktəbdə danışa bilmədik. Noldu təzə müəllimə xoşuna gəldi? Şəxsən mənim xoşuma gəlmədi."
" Mənimdə xoşuma gəlmədi. Samirə müəllimə daha yaxşı idi."
" Samirə müəllimə üçün darıxacam."
" Elə məndə."
" Məncə bu müəllimə özünü bizə göstərməyə çalışır. Sən nə fikirləşirsən?"
" Məncə də düz deyirsən. Həm də biraz qəribədi."
" Həə. Nəysə sağol. Anam məni çağırır."
" Sağol."
Nurayla danışıb qurtardıqdan sonra telefonumu yerinə qoydum. Təzə müəlliməmizi heç gözüm tutmamışdı. Çox qəribə, və özündən razı idi. Həm onun adıda mənə tanış gəlirdi. Dəqiqələrcə bunları fikirləşdim, sonra bir qərar aldım. Onun adını kompyuterdə internetdən araştırıb baxacaqdım. Bəlkədə zamanında tanılmış bir şəxsiyyət idi. Ona görə adı tanış gəlirdi. Və belədə etdim. Yatağımdan qalxıb, kompyuterimin başına keçdim. İnternetdən "Aydan Babazadə" yazıb araşdırdım. Və gördüklərim qarşısında çox təəcübləndim.
"Aydan Babazadə, illər öncə çoxca tanılmış bir balerina olub. Sonra isə imkanlı, varlı bir iş adamı ilə ailə qurub. Evlənəndən sonra, karyerasını həyat yoldaşının istəyi ilə bitirib. Sadəcə 2 il sürən bu evlilik, böyük mübahisələrlə bitib, və Aydan Babazadə bundan sonraki həyatında balet müəllimi olmaq qərarı alıb"
Tez telefonumu götürüb Nuraya zəng elədim. Bütün hərşeyi ona danışdım. O da bunları eşidəndə çox təəcübləndi.
-Mən bilirdim, onda nəsə var. Adı da tanış gəlirdi.-
Nuray deyirdi.
- Elə mənə də tanış gəldiyi üçün araştırdım.
- Tanılmış bir balerina olacağı heç ağlıma gəlməzdi.
- Elə mənimdə. Bəs görəsən niyə evliliyini bitirəndən sonra yenə balerina olaraq yox, balet müəllimi olaraq dǝvam edib?
- Bilmirəm. Düzü o mənə də maraqlı gəldi. Nəysə, anam məni çağırır. Sağol.
- Yaxşı, sağol.
Nurayla sağollaşandan sonra, xalamın yanına getdim. Xalam qonaq otağında idi. Onun yanına oturdum. Bir müddət belə səssiz qaldıq. Sonra birdən xalam soruşdu.
- Təzə müəllimənin adı nədir?
- Aydan Babazadə.
-Aydan Babazadə.. Adı tanış gəlir. Dayan, indi tapacam. Aa Aydan Babazadə əvvəllər tanılmış balerina idi.
- Hə, elə idi. Sən hardan bildin?
- Çünki, əvvəllər hamı onu danışırdı. Yəni balerina olduğu vaxtlar. Nəysə get yeməyini ye. Hazırdı.
- Sən yemirsən?
- Yox, ac deyiləm.
Yaxşı.
Mətbəxə getdim. Yeməyimi yedikten sonra otağıma qalxdım. Dolabımdan gecəliklərimi götürüb geyindim. Bir müddət yenə təzə müəlliməmiz haqqında fikirləşə-fikirləşə qaldım. Nəysə, artıq yatmalı idim..