4. Bölüm "Gizlənmiş yara izi."

2 0 0
                                    

"Gizlənmiş yara izi."
____________________

Hyunjin, anasının cansız bədənini gördükdən sonra yaşadığı şok hələ də içindəykən, bu faciəvi olayın ertəsi günü yerli xəbərlərdə geniş bir şəkildə yankılandı. "Polis Məmuru Hwang-ın Ailəsindəki Acı İtki." başlıqları qəzetlərdə yer alırkən, xəbərlərdə Hyunjin-in anasının ölümü üzərinə edilən spekulyasiyalar dolub daşırdı.

Səhərin erkən saatlarında, bu xəbəri ilk görənlərdən biri də Kim Dan oldu. Televiziyada Hyunjin-in üzünü gördüyündə, təəccüb və narahatlıq arasında qarışıq bir duyğu yaşadı. Xəbərin məzmununu diqqətlə dinləyərək, "Hyunjin-in yaşadığı bu böyük acının arxasında nələrin olduğunu kəşf etməliyəm.." deyə düşündü.

Eyni anda, Hyunjin-in telefonuna saysız-hesabsız zəng və mesaj gəlirdi; çoxu başsağlığı və dəstək dolu mesajlar idi, lakin Hyunjin-in ağlı, yaşadığı bu böyük itkinin ağırlığı altında idi.

Hyunjin başını dizlərinə gömmüş, otağın dərin sükutunda düşüncələrə dalmışdı. Anasının itkisi ilə yaşadığı bu sarsıntı, ürəyində dərin bir yara kimi yer alırdı. Faciədən bir gün keçmişdi. Ağrısı hələ də təzə idi və hər dəqiqə, hər saniyə ağlında yenidən canlanırdı. Telefonuna gələn mesajları oxumağa gücü qalmamışdı. Hər bir cümlə, ona xatırlatmaqdan başqa bir şey deyildi.

Bu əsnada, bir zəng səsi eşidildi. Telefonuna baxmadan kimin zəng etdiyini bilirdi. Əslində zənglərin əksəriyyəti başsağlığı vermək üçün idi, amma bu zəng fərqli idi. Zəngi qəbul edib səssizcə telefonu qulağına qoydu. Danışan Kim Dan idi. Səsinin altında bir titrəyiş hiss olunurdu.

"Hyunjin, sən yaxşısan?" Kim Dan dərhal sual verdi. Hyunjin, boğazında quru bir acı ilə başını yüngülcə sallayaraq cavab verdi: "Nə qədər yaxşı ola bilərəm, bilmirəm.."

"Xəbərlərdə eşitdim... Hər şey o qədər qəfil baş verdi ki, sadəcə... təəssüflər olsun. Bu çətin dövrü tək başına keçmək çətin olar, bilirsən. Mən burdayam," Kim Dan dedi və səsində dəstəkləyici bir ton vardı. Hyunjin-in bir anlıq ürəyinə istilik yayıldı, amma dərindən bir ah çəkdi.

"Dan, mən artıq heç nəyə inana bilmirəm. Bir gündə həyatım baş-ayaq oldu." deyə, bir az da ürəyini boşaltmağa çalışdı.

"Sənin üçün çətin olduğunu bilirəm, amma bəlkə də bu günlərdə bir az uzaqlaşmaq sənə kömək olar," Dan davam etdi. "Bu vəziyyətə baxmayaraq, işini də düşünməli olacaqsan."

Hyunjin düşündü. Ningning-in işi artıq ağır bir yük kimi görünürdü, amma bəlkə də ona bu vəziyyətdən çıxmaq üçün bir vasitə ola bilərdi. Həyatında bir amac, bir məqsəd tapmaq... Təkrar sözə gələrək: "Bəlkə də haqlısan," dedi yavaş bir səslə, amma zəif bir ümid qıvılcımı ilə.

Dan, onun vəziyyətini anlayaraq, sakit bir tonda danışmağa davam etdi: "Hyunjin, mən buradayam və sənə hər zaman dəstək olacağam. Əgər bir şeyə ehtiyacın olarsa, məni bilirsən."

Telefon danışıqları sona çatanda Hyunjin dərin bir nəfəs aldı. Kim Dan ona dəstək verməyə çalışsa da, ürəyindəki ağrı və başındakı qarışıqlıq keçib getmirdi. Sanki heç kim, heç nə, bu dərin yarasını sağalda bilməzdi. Bütün bunlara baxmayaraq, qarşıda onu gözləyən işlərlə üz-üzə gəlməliydi.

Yenidən qərara gələrək işə davam etməyə qərar verdi.

Hyunjin telefonu yavaşca yerə qoyub gözlərini qapadı. Anasının acısı hələ də təzə ikən, başında dolaşan düşüncələr onu rahat buraxmırdı. Anasının niyə belə bir yol seçdiyini dərin-dərin düşünərkən, ağlına birdən atası gəldi. Son vaxtlar ailədə gərginliyin mənbəyi məhz onun davranışları olmuşdu, amma bu qədər uzağa gedə biləcəyini heç düşünməzdi. Gözlərində bir anlıq hiddət parladı və cəld telefonunu götürüb atasını axtarmağa başladı.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: 12 hours ago ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Secret Shelter//NingningHikayelerin yaşadığı yer. Şimdi keşfedin