2. Bölüm "İtkin ruhun çağırışı."

5 0 0
                                    

"İtkin ruhun çağırışı."

_____________________________

Hyunjin, masasında oturub sənədlərə göz gəzdirirdi. Ningning’in qayıdacağına dair ailəsinin hər hansı bir ümidi çoxdan sönmüşdü, amma Hyunjin üçün bu sadəcə bir iş deyildi. Bu itkinlik, onun içində qəribə bir maraq oyatmışdı – sanki qaranlıqda fısıldayan bir səs, onu bir çağırışa doğru çəkirdi. "Bir iz, sadəcə kiçik bir ipucu yetər." deyə düşündü. Ningning’in haqqında əldə etdiyi məhdud məlumatlar onu çox narahat edirdi; hər şey səssiz, solğun və anlaşılmaz görünürdü.

İlk günlərdə iş yoldaşları onun bu işə çox bağlandığını söyləsələr də, Hyunjin bunu dinləmədi. Günlər keçdikcə, onun üçün işdən daha çox bir missiyaya çevrilmişdi. Hər gün Ningning'in azdığı yerləri, ən son ayaq basdığı məkanları araşdırır, küçələrin arasında addımlayırdı. Bir şey, ya da kimsə onu bu qızı tapmağa məcbur edirdi. Bu çağırış yalnız onun beynindəki bir düşüncə deyildi, qəlbində dərin bir səs idi.

Bir gün, küçənin sonunda yerləşən həmin kafeyə yenidən yol aldı. Ningning’in tez-tez gəldiyi və saatlarla tək oturduğu həmin kafe. İçəri girəndə, işıqların zəif parıltısında masaların boş olduğunu gördü. Kafe işləyəni və müdür Hyunjin’i görüb başıyla salamladılar. Müdür onun yanına yaxlaşdı.

"Yenidən gəldiniz. Yəqin ki, o qız haqqında daha çox şey öyrənmək istəyirsiniz," dedi müdür. Kafe işləyəni isə əlindəki dəsmalla bir fincanı təmizləyərək onlara qulaq asırdı.

"Əlbəttə," deyə cavabladı Hyunjin, gözləri kafenin boş künclərində gəzərkən. "Burada olduğu zaman necə idi? Başqa hansı vərdişləri vardı?"

Müdür dərin bir ah çəkdi. "O, sanki burada olsa belə, başqa bir dünyada idi. Gələn kimi heç kimin görmədiyi bir yerə çəkilər, saatlarla heç bir şey demədən oturardı. İstərdim ki, ona bir şey təklif edim, amma həmişə bir fincan çayla kifayətlənərdi." deyə cavabladı.

Hyunjin, bu məlumatı beynində süzərək düşüncələrə daldı. Ningning'in sadəcə fiziki olaraq orada olduğunu, lakin düşüncələrinin çox uzaqlarda olduğunu hiss edirdi. Bu, sadəcə qaçan bir qız deyildi. Bu, daxili dünyasında bir çox şeylə mübarizə aparan bir ruh idi..

"Onu kimsə müşahidə edibmi? Hər hansı biri ilə danışıbsa, mənə deyə bilərsinizmi?" deyə davam etdi Hyunjin. İçində qəribə bir ümid işığı yanırdı, sanki hər bir yeni söz, onu Ningning'in dünyasına daha da yaxınlaşdırırdı.

"Xeyir, heç müşahidə olmadıq.." dedi, müdür.

O kafedə oturarkən özümü qəribə bir boşluqda hiss etdim. Sanki Ningning-in ətrafında dolanan o anlaşılmaz kədəri indi mən özüm yaşayırdım.

"O həmişə sakit görünərdi," dedi müdür əlavə edərək. "Sanki ətrafında baş verənləri hiss etmirdi. Bir fincan çay içər, amma bəzən o qədər dərindən düşünərdi ki, çayı belə soyuyardı."

Onun sözlərinə diqqətlə qulaq asarkən özüm də həmin o səssiz künclərə baxdım. Mən də artıq orada oturan həmin qızın ruhunu izləyirdim. Belə dərin bir tənhalıq necə ola bilərdi? Bu şəhərdə, bu qədər insanın arasında belə necə yalnız olmaq mümkündü?

"Nə qədər düşündümsə, hələ də bir səbəb tapa bilməmişəm," dedim öz-özümə. Hər hansı bir əlamət, bir iz, ya da sadəcə kiçik bir səbəb belə olsaydı, bütün bu vəziyyəti anlamaq daha asan olardı. Ningning-in izləri məni həm irəli aparırdı, həm də çaşdırırdı.

Müdür, məni yenidən reallığa qaytardı. "Məncə, onu tapmaq üçün sadəcə izləri izləmək kifayət deyil," dedi. "Bəlkə də o, heç kimin ona çata bilməyəcəyi yerlərə gizlənmişdi. İnsan özündən qaçarsa, heç kim onu tapa bilməz."

Bu sözlər məni sarsıtdı. Onun dediklərini düşündükcə daha çox bu itkin gəncin ardınca getmək istəyirdim.

"Belə bir qaranlıqdan bir iz tapmaq üçün ona daha çox yaxınlaşmalıyam," deyə düşündüm.

Müdürün dedikləri uzun müddət beynimdə dövr etdi. Mən bu itkinin ardınca gedərkən yalnızca Ningning’i tapmağa çalışmırdım – onun yaşadığı o qarışıqlığı, keçmişini və ürəyində gizlədiyi o ağır yükü də anlamalıydım. Əgər bu qızı həqiqətən tapmaq istəyirdimsə, onun qəlbinin gizlətdiyi yerləri də aşkara çıxartmalıydım.

İşə qayıdarkən, düşüncələrim dağınıq idi. İndi bu iş, adi bir itkin sənədindən  çox, mənim üçün bir təcrübəyə çevrilirdi. Qızın şəkillərinə baxarkən hiss etdiyim o anlaşılmaz duyğu, indi daha da dərinə enirdi. O, hər zaman bir küncdə öz başına oturan, kiməsə özünü açmayan və həyatı bir sirr kimi gizləyən qız idi. Amma niyə?..

Gecə iş otağıma dönüb sənədlərə göz atdım. Ningning-in məktəb qeydiyyatları, sosial çevrəsi, ailə üzvlərinin ifadələri… Hər bir sənəd sadəcə boş cümlələrdən ibarət idi. Əslində, bu cümlələrdən çox, onun arxasında gizlənən o dərin sakitlik mənə daha çox maraqlı gəlirdi. Ningning-in tənhalığını, ətrafında yaratdığı divarı anlaya bilmək üçün daha çox şeyə ehtiyacım vardı.

Yorğun idim.. masamın üzərinə əyildim və gözlərimi yumdum. Bir neçə saniyə keçmişdi ki, anidən bir xəyal gözlərimdə canlandı – Ningning, kafenin dərinliyində, kimsənin toxunmadığı yerdə, üzündə anlaşılmaz bir ifadə ilə mənə baxır. Gözləri dərin və qaranlıq, sözsüz amma sirrlərlə dolu idi.

Gözlərimi yavaşca açıb masamda ətrafa baxdım. Bu qədər dərin düşüncələrə dalmaq məni yormuşdu, amma bu işi sona çatdırmaq üçün hər şeyi etməyə hazır idim. Ningning-in yaşadığı o çətinlikləri, çöküşü, yalnızlığı öz üzərimdə hiss edir, onun ruhunun ağrısını qəlbimdə yaşamağa başlayırdım. Bu iş mənim üçün adi bir axtarış deyildi artıq; mən onun həyatına, qaranlıq dünyasına sızıb keçmişinə yol tapmalıydım.

Günlərin birində, Ningning’in vaxtilə oxuduğu məktəbdə bir neçə tanışına rast gəldim. Tələbələr arasında daima sakit və tək qalmağa meyilli bir qız olduğu söylənirdi. Qəribə olan isə, onun haqqında danışarkən əksər insanlar dodaqaltı bir qorxu hissi ilə pıçıldayırdılar, sanki onun sirrindən bəhs etmək belə təhlükəli idi. Bu duyğu məni narahat edirdi – bir gənc qızın ətrafında belə bir sirr örtüyü necə yarana bilərdi? 

Bir tələbə, bir dəfə onunla qısaca söhbət etdiyini, amma onun cavablarının çox vaxt anlaşılmaz olduğunu dedi. "Nə düşündüyünü heç vaxt tam başa düşə bilmirdim," dedi o tələbə. "Sanki orada, yanımızda idi, amma ruhu başqa bir yerdə dolaşırdı."

Bu cümlələr mənə daha da dərindən düşündürdü. Ningning’in ruhunun harada dolaşdığını, onu hansı qaranlıqdan geri qaytarmaq lazım olduğunu anlamaq istədim. Bütün ipucları onu mənə daha yaxın, amma bir o qədər də uzaq göstərirdi. Əgər bu sirri çözməsəm, o, mənim üçün sadəcə tapılmamış bir kölgə olaraq qalacaq, mənsə onu ömrüm boyu axtarmağa məhkum olacaqdım.

Bu hisslər məni daha da qətiyyətləndirirdi.

Ningning’in məktəb ətrafında daha çox şey öyrənməyə qərar verdim. Hər yeni məlumatla birlikdə onun həyatında bir addım daha irəlilədiyimi hiss edirdim. Amma eyni zamanda, bu axtarış məni öz içimdə də dərin düşüncələrə sövq edirdi – həyatında ilk dəfə olaraq, mən də bir başqa insanın ruhunun sirlərinə qarışmışdım.

Qəribə idi – heç görmədiyim bir insanın bu qədər təsirində qalmağım, bəlkə də mənim də keçmişimdə gizli olan izlərə bir işarət idi..

_____________________________

Bu ningning aynı ben amk.

Secret Shelter//NingningHikayelerin yaşadığı yer. Şimdi keşfedin