2.

128 22 0
                                    

Bayıra çıxdıqda yenə qışın soyuğu  qarşısında aciz qaldı .Qarın  yağması dayansa da , şaxta hələ də iliklərinə qədər işləyirdi . Papağını geyinib qaşlarına  qədər endirdi  . O bu yolla şaxtanın təsirini  xəfiflədəcəyini  düşünürdü .
Əllərini cibinə salıb  bəyaz düşməninin üzərinə addım atar-atmaz ayaqlarından sinəsinə dogru dəhşətli bir soyuğun yüksəldiyini hiss etdi .  Köhnə ayaqqabıdan başqa nə gözləyə bilərdi ki ? Ömər ayaqqabının  bu qədər müddət ona tab gətirməsinə belə möcüzə kimi baxırdı .
Ayaqlarının agrısını üz ifadəsində  əks etdirməməyə çalışaraq yeriməyə başladı . Bu ağrı bir yana , digər  tərəfdən də  aclıq onu incidir , əldən salırdı .
Arxadan Ömərin adını səsləyən biri oglanın dayanmasına səbəb oldu . Geriyə çevrildikdə yük maşınının  yanında dayanmış Fikrətlə qarşılaşdı .
- Ömər , sabahın xeyir . Sənə kiçik bir işimiz düşüb .
- Sabahın xeyir , Fikrət dayı . Necə   kömək edə bilərəm ?
- Bilirsən ki , liftimiz işləmir . Bu pianonu evimizə çıxartmaqda yardımına ehtiyacım var .
Oglan razılığını başıyla təsdiqləyib kişiyə doğru tələsdi .
Aşağıdan pianonun qaldırılmasına dəstək verərək pillələri qalxmaqda idi . Üçüncü mərtəbədən keçəndə baxışları bir qapıda ilişib qaldı . Bu onun bu ilin yazına qədər kirayə yaşadığı mənzilin qapısı idi . Aprel ayının sərin günlərindən birində ev sahibi onu aylıq ödənişi edə bilmədiyinə görə evdən çıxartdı . Başlanğıcda bu hal  Ömərə o qədər də dəhşətli görünməmişdi . Əşyalarını binanın həyətinə yerləşdirmiş , daimi iş tapıb kirayə ev tutana kimi səbr etmək qərarına gəlmişdi . Günlər keçdikcə əşyalarının bir-bir yoxa çıxması oglanı həyəcanlandırır , onu gələcəyi ilə baglı narahat olmağa məcbur edirdi . Payız fəslinin gəlməsi ilə işin ciddiyyətinin fərqinə varan Ömər daimi iş və mənzilin  onuncün boş xülya olduğunu anlamışdı . Qışın gəlişi isə oğlanın həftədə bir iki dəfə xırda işlərdən əldə etdiyi məvacibləri  də xeyli azaldaraq onu daha da çıxılmaz vəziyyətə saldı . Yenə də ümidini itirmir , özünə " bu mənim  küçədə yaşadığım ilk və son  qış olacaq. Yaz gəlsin , hər şeyi qaydasına qoyacağam  ." deyirdi .

Son qışWhere stories live. Discover now