Stiven KinqYaşamaq eşqi

66 2 0
                                    

Hər bir tibb tələbəsinin təlim prosesi zamanı əvvəl-axır belə bir sual ortaya çıxır: Xəstə hansı ağırlıqda travmatik şoka tab gətirə bilər? Müxtəlif müəllimlər bu suala müxtəlif cavablar verirlər, amma bu sualın cavabı həmişə başqa bir suala aparıb çıxarır: Xəstə sağ qalmağa nə qədər səy göstərir?

26 yanvar

Tufanın məni adaya atmasından, iki gün keçib. Elə bu səhər addımlarımla adanı ölçdüm. Əsl ada imiş! Onun ən enli yeri 190 addım, uzunluğu isə bu başından o biri başına qədər 267 addımdır.

Bildiyim qədəriylə burda yeməyə yararlı bir şey yoxdur.

Adım Riçard Payndır. Bu mənim gündəliyimdir. Əgər (nə vaxtsa) məni tapsalar, onu asanlıqla məhv edə bilərəm. Kibritdən korluğum yoxdur. Kibrit və heroindən. Hər ikisindən də bəs qədər var. Ha-ha, amma onların burada heç bir dəyəri yoxdur. Belə ki, mən yazacağam. Ən azından vaxtımı öldürərəm.

Əgər bütün həqiqətləri bir-bir danışacağamsa, niyə də olmasın? Buna kifayət qədər vaxtım var! Bu halda ondan başlayım ki, mən Riçard Pinzetti Nyu-Yorkdakı kiçik İtaliyada doğulmuşam. Atam italyan idi. Mən cərrah olmaq istəyirdim. Atam buna gülərdi, məni dəli adlandırıb, daha bir qədəh şərab gətirməyimi istəyərdi. O 46 yaşındaykən xərçəngdən dünyasını dəyişdi. Bundan xeyli sevindim.

Yuxarı sinifdəykən futbol oynayırdım. Lənətə gəlsin, o məktəbin yetirdiyi ən yaxşı futbol oyunçusu mən olmuşam. Hücumçu. Məktəbdəki son iki ilimdə Ol Sitinin yığmasında oynamışam. Futbola nifrət edirdim. Amma idman kasıb italyan üçün kollecə daxil olmağa yeganə şansdır. Buna görə də oynadım və idman təqaüdü ilə təmin olundum.

Kollecdə mənim həmyaşıdlarım akademik təhsil alarkən, mən futbol oynayırdım. Təhsilimi başa vurmağa az qalmışdı. Atam mənim məzun olmağıma altı həftə qalmış dünyasını dəyişdi. Əla zamanlama. Məgər diplom almaq üçün səhnəyə çıxıb aşağıda o piyli donuzu görməyin ürəyimcə olduğunumu düşünürsünüz? Ondan mənə nə? Mən bir tələbə təşkilatına daxil oldum. Pinzetti soyadlı birisi daxil ola bildiyinə görə, ən yaxşısı deyildi, amma, yenə də təşkilat idi.

Bunu niyə yazıram axı? Bütün bunlar, gülməlidir. Yox, sözümü geri götürürəm. Bu, həqiqətən də gülməlidir. Dahi həkim Payn pijama altlığı və qısaqol köynəkdə bir qayanın üstündə oturub, bir tüpürməlik enliliyi olan, kiçik adada həyat hekayəsini yazır. Acam! Amma vecimə deyil, indi ki ürəyim istəyir bu lənətə gəlmiş həyat hekayəmi yazacağam. Ən azından, bu aclığımı ovutmağa kömək edir.

Hələ tibb kollecinə başlamazdan əvvəl soyadımı "Payn"la əvəz etmişdim. Anam bununla onun qəlbini qırdığımı deyir. Hansı qəlbdən söhbət gedir? O, atamın torpağa verilməsinin sabahısı məhəllənin sonunda yaşayan yəhudi baqqalıyla fırlanırdı. Soyadının üstündə belə əsən birisi, indi onu Ştaynbrunnerə dəyişməkdə yaman tələsmişdi.

Yeganə arzum cərrah olmaq idi. Düz yuxarı siniflərdən bəri. Hətta o vaxtlar da hər oyundan əvvəl əllərimi sarıyırdım və oyundan sonra əllərimi yuyurdum. Əgər cərrah olmaq istəyirsənsə, əllərinin qayğısına qalmalısan. Buna görə bəzi uşaqlar məni ələ salırdılar, qorxaq adlandırırdılar. Amma heç vaxt dalaşmırdım. Futbol oynamağın özü kifayət qədər risk demək idi. Hər şeyin öz yolu var. Məni ən çox cana yığdıran Hou Plotski adlı, üzünü başdan-başa sızanaq basmış, kütbeyin yekəpər mühacir idi. Mən qəzet paylayırdım, qəzetlərlə yanaşı jurnallar da satırdım. Cürbəcür yollarla az miqdarda pul əldə etmişdim. Siz insanları tanıyırsınız, söhbətlərə qulaq asırsınız, münasibətlər qurursunuz. Əgər küçədə veyllənirsinizsə, bunları etməyə məcbursunuz. İstənilən axmaq ölməyi bacarır. Əsas məsələ sağ qalmağı öyrənməkdir, yəqin nə demək istədiyimi anlayırsınız. Belə ki, mən məktəbin ən iri cüssəli oğlanı Riko Brazziyə on dollar verdim ki, Hou Plotskinin ağzını partlatsın. "Onun ağzını partlat" – belə də dedim. "Mənə gətirəcəyin hər dişə görə sənə bir dollar verəcəyəm". Riko mənə kağız dəsmala bükülmüş üç diş gətirdi. O, Haunun üstündə işləyərkən iki əl sümüyünü də zədələmişdi, hə, indi başa düşürsünüz, əllərim necə təhlükə ilə üz-üzə qala bilərdi.

Stiven KinqYaşamaq eşqiHikayelerin yaşadığı yer. Şimdi keşfedin