Hər şey daha yeni başlayır.

27 3 0
                                    

Səhər açıldı. Saat 6 olardı ki, Əhməd kişi oyandı. Qalxıb əl üzünü yudu, yeməyini yeyib evdən çıxdı, gecikmək istəmirdi. Təbrizin gözəl küçələri ilə yeriyirdi. Meydandan keçdikdə yerdə quruyub qalmış qana gözü sataşdı, dünənki qadın yadına düşdü. Bir daha kədərləndi, amma artıq olmuşdu. Əlindən bir şey gəlməzdi onsuz da, o kim idi ki? Sadə bir vətəndaş. Bir polis göndərərdilər üstünə və o kiçik qığılcımı sönərdi Əhməd kişinin..

Fabrikə çatdı. Ama onu içəri buraxmadılar. Ona gözlənməsi deyildi. Təxmini yarım saat gözlədi. Bu an ərzində müdirlə əlaqə saxlamaq istədi ama alınmadı, qapıçı da əlaqə yaratmırdı. Birdən qapını açıb ona içəri keçməsini dedilər. Yanında onunla birlikdə gözləyən bir xeyli işçi vardı. İçəri daxil oldular. Paltarlarlarını dəyişdilər, işə başlayırdılar ki, müdir iş otağlnın qapısında göründü. Yenə işçilərə bağırırdı, gec gəldiklərini deyib onlara söyürdü.

-Qoduqlar mən sizlərə istədiyiniz vaxt gələsiniz deyə pul vermirəm. Pulunuzu alırsınızsa halal alın haram almayın. Yanacaqsınız hamınız itlər, yazığım gəlir, yoxsa hamınızı çoxdan cəhənnəm eləmişdim.

-Ağa qurban olum qapıdan içəri buraxmadılar Həmzətdən soruş bizə sənin əmrin..

-Səsini kəs köpək qudurmusan ağana yalan deyirsən?

-Əsdağfurullah elə şey eləmərəm ama Həmzət bizə icazə vermədi

-Verdiyim çörək haram olsun sizə axmaqlar - deyib asta addımlarla oranı tərk etdi.

-İndi də bəhanə tapmayıb

-Gəlin tətil elan edək mən artıq bezmişəm

-Bəli əgər haqqımız verilmirsə tətil elan etməliyik!

-Polisləri çağırarlar, onsuz edama adam axtarırlar.

-Düzdür. Mən körpəmi böyütmədən köçə bilmərəm bu dünyadan

Mübahisə daha uzanmadı. Hər kəs mənasız olduğunu bilirdi. İşə başladılar.

Təxmini 3 saat sonra Həmzət Əhmədi çağırdı, qızının gəldiyini söylədi. Əhməd ona əsəbi şəkildə baxıb bayıra çıxdı. Tomris burda idi. Atasını qucaqlayıb ağlaya-ağlaya dedi:

-Kazımı apardılar ata.

-Kim apardı?

-2 zabit gəldi, evi dağıtdılar, nəsə axtarırdılar. Sonra Kazımı döyə-döyə evdən çıxartdılar, apardılar.

-Hara apardılar.

-Bilmədim, tez sənin yanına gəldim.
Əhməd heç nə demədən yola düşdü. Polis idarəsində olacağını bilirdi. Yolda ikən meydana tərəf insan axını olduğunu gördü. Bu axşam da edam olacağını başa düşdü. Bu axşam da bir ananın, bir atanın canı ciyəri edam olunacaqdı. Əhməd tələsirdi deyə dayanmadı, yeyin addımlarla idarəyə tərəf hərəkət etdi.
İdarəyə çatdıqda qızına baylrda gözləməsini dedi, özü içəri daxil oldu. Bir neçə dəqiqə sonra qollarından tutub bayıra çıxartdılar. Yenidən içəri girdi, bu dəfə Tomris də onunla birlikdə idi. Polisləri itələyib, baş zabitin otağına daxil oldu:

-Ağam qurban olum mənə oğlumun yerini deyin. Axı nə olub, nə günahı var fağırın?

-Yaşlı adamsan, incitmək də istəmirəm. Dövlət işinə qarışmaq olmaz!

-Qurban olum, heç olmasa niyə apardınlz oğlumi onu deyin.

-Oğlun bizə lazımdır. Sabah evinə göndərərik narahat olma qoca.

Cənubdan xatirəHikayelerin yaşadığı yer. Şimdi keşfedin