Soyuğun Tonlarında

262 28 21
                                    

Bir əli ilə rolu tutarkən, digər əlini azadcasına pəncərədən çölə çıxartmış, küləyə qarşı yellədirdi. Küləyə qarşı gəlməyi içini hüzurla doldururdu. Bu uşaq tərəfini saxlayalı çox olmuşdu. Bunu biruzə vermədiyi, gizlətdiyi... Tək olduqda bu tərəfi ilə qarşılaşmağın heç bir ayıbı yox idi, düşünürdü.

Gecə vaxtı yolların boş olması onu sevindirdi. İnsanlar olmadan bir küçə daha, gözəl görünümə sahib olurdu. Zəif küçə lampaları yolu aydınlatmağa bəs etməsə də, hər iki lampadan bir yola vuran işıq istiqamətini bəlli etməsinə kifayət qədər yardım edirdi.

Açıq pəncərədən gələn külək səsləri maşının içini dolduran mahnı ilə təzadlıq yaradır, ona daha da həzz verirdi. Küləklə dalaşmağı sevirdi. Bu, onun özünü tam bir qəhrəman hiss etdiyi nadir hallardan biri idi. Axı, o, küləyə güc gəlirdi, onu itələyirdi, onunla mübarizə aparırdı...

Qulağını radiodan gələn mahnıya verdi. Bu mahnı ona çox tanış gəlirdi. Sözlər yavaşca beynində canlananda zümzümə edərək mahnıya qoşulmaqda gecikmədi:

"And when he calls
Və o, hər çağıranda,
He calls for me and not for you
Səni yox, məni çağırır,
He lives for love, he loves his drugs
O, sevgi üçün yaşayar, öz narkotiki üçün,
He loves his baby too
O sevgilisini də sevər."

Radioda mahnı dəyişəndə də özünü bir anlıq itirir, yeni mahnının ritminə uyğun pəncərədən çölə çıxartdığı əlini titrədirdi. Anın dadını belə çıxartmaq ona daha da gözəl gəlirdi. Özünü qarşılaşacağı şeylərə hazırlayırdı. Sakitcə yolu sürüb, qaşqabaqlı iş yoldaşlarının yanına getdikdə daha da kefinin pozulacağını bilməyi isə onu təşvişə salırdı bir qədər.

Düşündü. Düşündü ki, bu gecə vaxtı sevimli və isti yatağından hansı lənət səbəbə görə qalxıb, soyuğu qucaqlamağa məcbur olmuşdu?

Yenə bir intihar hadisəsi və yenə də o.

Özünü buna hazırlamağa məcbur idi. Soyuqqanlı olmalı idi. Artıq 8 ildən bəri cinayət şöbəsində işləsə də, bəzən ruhən buna hazır hiss etmirdi özünü. Cansız bədənlər, ağlaşma səsləri, qışqırıqlar, sirenalar, ona ümidlə baxıb bəlkə bir şey tapacağına inanan yorğun insanlar... Hər gün gördüyü canlı və həm də ruhsuz insanlardan daha az qorxuducu idi əslində o cəsədlər, amma qorxusunu idarə etməkdə çox da yaxşı sayılmazdı.

Əslində, baxanda, baş vermiş cinayətlər olmasa, heç bir səbəb onu çölə çıxartmağa bəs etmirdi. Qoca nənələr kimi bütün günü evdə tv izləyib, yatağında yayılaraq çarpayını burnuna qədər çəkirdi. Və bunu həzzlə edirdi. Ən azından insanlardan və onların mənasız düşüncələrindən uzaq qalırdı. Bu, özü də bir həzz idi. Ev daha gözəl görünürdü ona. Buna görə də hər həftə bəyazlar içində olan evində mütləq bir dəyişiklik edirdi.

Dəyişikliklərin lazım olduğunu və insanların həyatında tək əksiyin o olduğunu düşünürdü. Öz fəlsəfəsinin ardınca da gedirdi.

Evini sevmək.

Çöldə həyat yoxmuş kimi.

Qulağına gələn sirena səsləri hadisə yerinə çatdığından xəbər verirdi. Dərin bir nəfəs alıb, polis maşınlarının yanına öz qara Mercedes'ini saldı. Mühərriki söndürmədi. İçində bir hiss buradan tez ayrılacağını deyirdi. Və əmin idi ki, əgər cinayət şöbə müdiri olmasaydı, onun çox assimetrik şəkildə dayanmış maşınına cərimə yazmaq üçün yol polisləri heç gecikməzdi.

Sirena səsləri ilə birlikdə ağlaşma səsləri yüksəldi.

- Tanrım, Emilya! Haradaydın? - dedi yanına qaçaraq gələn cavan bir polis. Ağlaşma səsləri yenidən yüksəldiyi kimi üzünü buruşdurdu. Sivil geyinmişdi, amma qara paltosunun yaxasına taxılmış rozetka qarşısındaki insana polis olduğunu başa salmağa bəs idi. Emilyanın soyuq baxışları onun qəhvəyi rəngli yuxulu gözləri ilə toqquşanda bu cümlələri quraraq səhv etdiyini başa düşdü, - Emilya xanım, haradaydınız?

Shades of Cool #Watty_aze2015Where stories live. Discover now