Heç bilmirəm ilk cümləni necə başlayım. Amma elə ilk cümləni başlamış oldum.
Bilmirəm içimdə yığılıb qalmış, ürəyimdə toz bağlamış hisslərimi necə gözəl və təsirli ifadə edim sənə. Tənbəlliyimdən sənə və ümumiyyətlə, heç nə yazmırdım bu son zamanlar. Amma bu gece həzin bir musiqi sədaları altında yazmaq istədim. Musiqinin notlarıyla sözlərin nəbzi bir vurur. Səni görmək, səninlə bir yerdə, əl-ələ olmaq necə istəyirəm. Musiqinin sehirli sədaları altında hər şeyi, dünyanı unutmaq, yalnız səni gülümsəyən görmək istəyirəm. Sənin qayğısız və mələk gülüşün həyatın gözəl, yaşamağa dəyər bir şey olduğunu mənə xatırladır.
Hərdən heç fikir vermisən, elə musiqiyə qulaq asırsan, bilmirsən kədərlənib keçmişin acılarını, yoxsa sevinclərini xatırlayasan. Hərdən unuduram-unutmaq istəyirəm. Heç nə etməmək, heç nə düşünməmək, heç nə yazmamaq istəyirəm. Bilirəm çox şey istəyirəm.Sənin varlığından ilham almaq istəyirəm. Notlar yüksəldikcə sənin sevgindən dəli olmuş yazarın qələminin titrəməsindən doğan xışıltını eşitmək istəyirəm. Səni tənhalığımda tapmaq istəyirəm. Sözlərim məndən çox yaşasın istəyirəm. Sənin bu yazılanları oxumayacağını bilə-bilə göz yaşlarım-la yazmaq istəyirəm. Səni xatırlamaq və unutmaq üçün yazmaq istəyirəm. Sənin yoxluğundan dərdlənmək üçün yazmaq istəyirəm. Sənin kimi mən də uzaq-lara köçmək, insanlardan qaçmaq istəyirəm. Laqeyd münasibətdən, düşmən baxışlardan, yalançı sevgilərdən. Azadlıq axtarışlarında səni tapmaq istəyirəm. Həqiqəti sənin köməyinlə tapmaq istəyirəm. İtiriləni tapmaq, ölmüş hissləri dirilt-mək istəyirəm. Otağın küncünə sıxılıb, səni yada salıb ağlamaq istəyirəm. Bir utanmaq, öz zəifliyimi dərk etmək istəyirəm. Heç bitməyən bir həzin musiqi ol istəyirəm. İtdən qorxub qaçan balaca ürkək uşaq kimi insanlardan qaçıb sənə sığınmaq istəyirəm. Səni məndən ayıran zamana düşmən olmaq, şeytana lənət oxumaq istəyirəm. Səni səndən daha çox sevmək istəyirəm.
Səni atıb getmək və mənimçün tökdüyün hər damlası dəyərli sevgi gözyaşlar-ındakı üzüntünü görmək istəyirəm. Səni nə qədər çox sevdiyimi bilmək istəyi-rəm. Səni sevgiylə və səbirlə çəkmək üçün, səni həmişə görə bilmək üçün rəssam olmaq istəyirəm. Mən tənhalıqda sənsiz özümü, öz gerçək "mən"imi tapmaq istəyirəm.
Görürsən, Mələyim, qələmimin mürəkkəbi qurtardı. Şeytan yazıma mane olmasın deyə, onun qələmini oğurlayıb yazmağa davam edirəm həmişəki kimi. Qələm səni bu sözlərə həkk edib əbədi dəfn etmək istəyir. Səni bu sətirlərdə yaşat-maq istəyir. Yagışların major nəğməsində bir "Ave Maria" kimi yaşa istəyir.
Məni unut istəyir. Səni unutmayanı unut istəyir. Bir ümid istəyir payızda ağacdakı
son yarpaq üçün. Düşməmiş, hələ mübarizə aparan yarpaq üçün. Ürəyimdəki sonsuz ağırlığındakı sözləri kağıza köçürmək üçün həvəs və zaman istəyirəm. Son melodiyanın laylasıyla qələmimlə birlikdə yuxuya getmək və Ümid işığının şən parıltısıyla oyanmaq və yaşadığımı hiss etmək istəyirəm. Səni unutmamaq, həm yoxluğunu, həm varlığını hiss etmək üçün musiqiylə tək yatağımda bir gecə istəyirəm. İtirəcəyimi bilə-bilə qazanmaq, ayrılacağımı görə-görə sevmək istəyirəm. Mən sənin olduğun yerə həmişəlik yüksəlmək istəyirəm.
ŞİMDİ OKUDUĞUN
Ruhsuz Qadın.
Short StorySebepsiz sevmektir aşk, nedeni oImadan bağIanmak birine. Hatta sarıIamamaktır utançtan, çünkü utanmaktır sevmek asIında...