Payız

428 27 7
                                    

"İçimdə payıza aid elə təəssüratlar, hislər varki, bəlkə də onları ifadə etməyə nəinki cümlələr hətta sözlər belə yetməz."
                                 Zeynəb Əlizadə

Bəzi insanlar payızı sevirlər. Çünki onların da həyatı payız kimi dəyişkən, sərt və soyuq olur...
                                
  Payız ilk qədəmlərini qoyarkən bütün təbiət tamamən fərqli bir görünüş alar. Məhz hər şey bundan sonra başlayır...
    Aylarla susan küləklər hər dəfə əsdikcə payızın yeni notları yaranar...

Bir payız səhəri
Səhərlər yamyaşıl otların üzərinə şeh damcıları qonar. Bu, payızda tez-tez rast gəlinən hadisələrdən biridir. Ağacların kiçik budaqlarının üzərinə qonan sərçəciklərin səsi isə bütün ətrafı bürüyər. Onların civildəşmələri sanki payız simfoniyasının yeni notlarla oxunmasıdır. Bu civ-civ səsləri bərk əsən küləyin uğultusuna qarışdıqca ətrafda fərqli bir aura yaradır..
Payızı rəngarəng edən təbiət hadisələrindən biri də yarpaqların tökülməsidir. Rəngi solmağa doğru gedən yaşıl yarpaqlar ağac budaqlarını tərk edib, torpağa tökülərlər. Sanki insanlar kimi. Biz yarpaqlarla insanları müqayisə etsək bir çox ortaq cəhətlər taparıq:

   Fikir verin, yarpaq insan, ağac isə onu yaşadan həyatdır. Yenicə cücərmiş yarpaq getdikcə böyüməyə başlayar. İnsan da körpəlikdən yarpaq kimi yavaş-yavaş böyüyər. Yarpaqlar bir neçə ay, insanlar illərlə yaşayar. Payız gələrkən yarpaq saralmağa doğru gedər. İnsan isə qocalmağa doğru.. Bir gün sərt külək onu ağacdan qoparıb torpaq üzərinə üfürər. İnsanı isə ani ölüm onun həyatına son qoyar və onu torpağa məhkum edər...

Ardı növbəti səhifədə⤵

Payız SimfoniyasıWhere stories live. Discover now