Ata...

61 5 0
                                    

Uşaqlıq illərimdən geriyə qalan lentlər yara lenti...Belə ki gözümü açandan valideyn mübahisələri,içkiyə aludə olmuş bir ata və boz xəyallar görmüşəm.Hər gecə sərxoş ata hənirtisi eşidərək qorxudan dörd büklüm olub ağlayaraq yuxuya getməyin acısını sən bilirsənmi,Edit?İzah edim,yox bilmirsən.Oxuduğun kitablarda qəhrəman etdiyin ata əlində bıçaq üstünə hücum çəksin məsələn.Sonra doğum günündə hər kəs səni təbrik etsin.Amma o..O isə sərxoş olub yatmış olsun.Yeni yaşında yeni yaşlar axıdasan sol gözündən.Mavi xəyallar qur atanla , bənövşəyi gözaltların yaransın.O zaman məni anlayarsan .Sonra isə dualarını bağlı qapılar arxasında etməyə məcbur ol.Ən son sənin ağladığını görən yorğanının kənarı olsun.Mən beləyəm çünki.Varlığı ilə yoxluğu arasında incə bir zolaq var.Bax mən o zolaqdayam.O zolaq ki,nə yox deyib ovuna bilmirəm.Nə də yaxşı ki var demək gəlmir içimdən.Açıram əllərimi hər gecə Tanrıya..Ondan atamı istəyirəm.Yox , gülmə.Bu fərqli bir hissdir.Mən heç bir zaman əl-ələ iki sevgili görərkən onları qısqanmadım.Amma atası ilə xoşbəxt bir şəkildə yolda gəzən qızları çox qısqandım.Qorxuram...Qorxu...Bu elə bir hissdir ki,canından tüstü çıxartmadan canını yandırır.Hər şey elə hiddətli və bərbad olur ki...Bir kitabım var hər gecə tək cümləsini oxuduğum. " Ölümlə bitən intihar yoxdur.İntihar...Günbəgün yaşamaqdır. " Məni həyata bağlayan yeganə cümlə budur,Edit,sənin lazımsız iki sətirdən ibarət şeirlərin yox!Hər dəfə gülərkən qaçıb gülüşünə sarılmaq istəyirəm.O içdən gülüşünə aşiqəm onun.Amma nə qədər içimdə ismini izah edə bilmədiyim hisslərim olsa da, getməsindən qorxuram gecənin üçündə.O getsə,uşaqlığımın son günü olar.Oxuduğum nağıllar küsər mənə.Şeirlər düşmən kəsilər.Bölünərəm.Parçalarıma bölünərəm.Didim-didim bölünərəm.Kiminə görə cənazə olaram,kiminə görə ölü.Mən bir cənazə olaram,atam içimdəki ölü!Diri-diri torpağa gömülmüş kimi olaram.Qorxar olaram keçdiyim küçələrdən.Biri ətrini vurar,biri sənin tək baxar mənə ölərəm,ata,ölərəm.Artıq anlayarsan sanıram,Edit.Məni yaşadan sənli xəyallar deyil.İçimdəki yaralardır.Hansı ki,yaralarımı saracaq olan insanlardan aldığım yaralar.

Məhv Olmuş Sətirlər...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin