çıx gəl...

163 6 1
                                    

Yenə ölmələrdəyəm..
çıx gəl..
ovuclarında mənsiz keçirdiyin günlərin istiliyi,
dodaqlarında yarım qalmış bir şeirlə..
çıx gəl..
getdiyin yolları götür gəl..
biraz da qoxundan yığ cibinə..
Özümə görə demirəm e arada lazım olur..
Anam anlayır üzümə çökmüş yoxluğunu..
Gözlərini götür gəl..
Birazda sənin gözündən baxım həyata..
Sən deyirdin gözlərin iridi,
sənin günahın deyil mən böyük görürəm yoxluğunu..
Birazda sənin gözlərindən baxım təkliyimə..
Bəlkədə heç nə görmədim..
Ama sən yenədə çıx gəl..

Papatyanın dəftəri...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin