Və o gəldi...

50 4 0
                                    

                          I fəsil
Bu gün ayın 23-üdür. Oktyabr ayında indiyə kimi belə soyuq görməmişdim mən. Elə bil mənim bəxtimədi. Heç kefim yoxdu. Bayaq evdə atamla dalaşdım. Hər dəqiqə mənə deyir ki, bəsdi avaralandın get işlə. Yəqin ki bu problem tək bizim ailədə deyil. Bayaqdan donuram soyuqdan. Gərək çıxmazdım evdən. Öz otağımda yoxdu ki gedib qapını bağlıyıb yatım. 4 nəfərin bir otaqlı evdə yaşaması çox çətin məsələdi. Saat gecə 1-di. Mən isə Hövsanın xaraba yollarında avara-avara gəzirəm. Ailəmiz çox kasıb olduğu üçün altımda maşında yoxdur ki, onun içində gecəliyim.
Və o gün. Fevralın 15-i. Atamın işdəki ən yaxın dostu Faiq kişi gözü dolmuş halda qapımızı döydü. Mən qapını açıb o boyda kişinin gözlərinin dolduğunu görəndə atama nəsə olduğunu bildim. Faiq kişini itələyib atamın işlədiyi inşaata qaçdım. Gördüm 15-ci mərtəbəsi tikilən binanın altına camaat yığışıb. O dəqiqə ora qaçmağa başladım. 50-60 metrlik yolu yalnız atama dua edərək qaçırdım:
-Ay allah nolar...qurban olum...nolar atama heç nə olmasın. Söz verirəm birdə dalaşmıyacam onunla.
Və çatdım. Çatmaz olaydım. Atam yerdə hərəkətsiz vəziyyətdə uzanmışdı. Və deyirdi:
-Noldu mənə? Hə, noldu? Bayaq yuxarıdaydım , bura kim gətirdi məni? Ayağımı hiss eləmirəm. Ay Faiq... Faiq. Ayağımı sıx. Hiss etmirəm ayağımı...
Mən atamı canlı görəndə sevindim. Çünki, elə bildim işlədiyi 15-ci mərtəbədən yıxılıb. 3-cü mərtəbədən yıxılıbmış. Amma yenədə özümü saxlıya bilmiyib, ağlıya-ağlıya atamın üstünə yıxılıb qucaqladım onu. Atam mənə əsəbiləşdi:
-Bıy...Sən nağarısan burda? Deməmişəm sənə bura gəlmə?! Başına daş düşsə sənə xərcləməyə pulum var?
Yazıq atam. Hələ başına gələni bilmirdi. Yəqin şokdaydı.
2-3 dəqiqə keçməmiş Təcili tibbi yardım maşını gəldi. Atamı çox diqqətlə maşına qoydular və onu xəstəxanaya apardılar. Mən isə atamın müdiri Arif müəllimin maşını ilə Ambulansın arxasınca getdik...
20 dəqiqədən sonra xəstəxanada idik artıq. 1 saat keçmişdi. Və birdən atamın müdiri Arif müəllim mənə yaxınlaşdı. Üzündə mənə elə bir baxışı vardı ki, elə bil mən dünyanın ən yazıq adamıyam. Və Arif müəllim danışmağa başladı:
-Əli...Oğlum...Sənə bilmirəm bunu necə deyim?! Amma bir böyük kimi demək mənim vəzifəmdir. Atan...Atan..
Mən dedim:
-Müəllim atama nolub? Nolar, xahiş edirəm gizlətməyin məndən. Deyin.
Arif müəllim:
-Oğul...Atan artıq əvvəlki kimi olmayacaq...
Mən:
-Necə yəni? Nolub?
Və Arif müəllim məni və ailəmizi məhv edəcək sözləri dedi:
-Atan artıq gəzə bilməyəcək. 3-cü mərtəbədən yıxılan zaman onurğasındakı sinirlər qırılıb. Bu sinirlər isə birbaşa ayaqlarla əlaqəli olduğu üçün ayağını hiss etmir...
Mən özümdən asılı olmayaraq əlimi saçlarımın arasına salıb yavaş-yavaş saçlarımı yolmağa başladım. Eyni zamanda məni ağlamaq tutmuşdu. Bir anlıq evimizi düşündüm. Bir otaqlı evdə bir tərəfdə yatağa məhkum atam,bir tərəfdə 10-cu sinifdə oxuyan və universitetə hazırlaşan balaca qardaşım, digər tərəfdə isə əzab-əziyyətdən saçlarına dən düşmüş anam...
Həkimlər 2-3 gün atamı xəstəxanada saxladılar. Bir-iki yarası vardı deyə. Sonra anama zəng edib dedilər ki, bizim əlimizdən yalnız bu gəlir. Xəstəni gəlib evə apara bilərsiz.
O 2-3 gün içində anamın vəziyyətini gördüm. Allah heç kimə anasını və atasını o vəziyyətdə görməyi nəsib etməsin! Atamın üzündə çox böyük bir küskünlük var idi. Həyata küsmüşdü. Anam isə atamı və bizi təsəlli etməkdən başqa əlindən heçnə gəlmirdi. Və atamı evə gətirdik. Əlimizdə olan pulun da hamısı xəstəxana və başqa xərclərə getmişdi. Hal-hazırda əlimizdə 1 qəpik pul yox idi. Bunu qardaşıma bildirməməyə çalışırdıq. Amma mən hər şeyin fərqində idim. Həmin gün evdə əlimə qələm və kağız alıb CV yazmağa başladım. Və başladım iş axtarmağa...Artıq
gündür iş axtarıram. 6 yerə CV vermişəm. Pulum olmadığı üçün hər yerə piayada gedirdim. Anamda hələki mağazadan mal alarkən nisyə alırdı.

Və o gəldiTempat cerita menjadi hidup. Temukan sekarang