Dəniz yaxasında qoca bir şəhər!
Canımız, gözümüzün nuru, güvəncimiz Bakı...şəhərlərin ən istəklisi, əzizi... Bakı bir yaşayış məskəni olaraq tarixdən öncəki zamanların yadigarıdır. şəhər Bakının isə ən azı 2 min ildən çox yaşı var...
Dəniz yaxasında qoca bir şəhər... Köpüklü dalрalar altında bu şəhərin nə qədər sirri gizlənir görəsən? Bakını görmək, bu qeyri-adi şəhərin gözəlliyinə heyrətlənməmək mümkünmü? çox insanlar gördü Bakını. Bakı da çox insanları gördü. Hamısı heyranlıqla söz açdı, hamı sevdi Bakını... Bakını sevməmək mümkünmü? Qara kölgəsi Xəzərin ayna sularında bitən Qız qalası xalqımızın ləyaqəti adına ucaldılmış abidədir, saflıq və təmizlik heykəlidir!Qız qalası !
Namus qalası !Dis-diş qala divarları... Bu keçilməz sədd Bakıya xoş niyyətlə gələn hər kəsə yüz yerindən yol verib, qapı açıb. Möhtəsəm qala qapıları qonaрa ehtiram və məhəbbət nişanəsidir.
Fəqət bədxahlar önündə bu qalanın hər daşı bir ox olub, yaman gözlərə bıçaq kimi sancılıb. Küçələri yüz yaşlı bir nənənin mehriban üzü kimi qiriş- qiriş ıçərişəhər...
Hər daşında, hər tinində, döngəsində tarixin acı və şirin xatirələri var. Bakı şərqin şəhəridir! Məscidlərin qübbələrini, minarə ucalıqlarını günəş nuru yuyur, ay işıрı aydınladır. Di gəl ki, şərqin şəhəri Bakı dünyaya bənzəyir.şərq, Qərb, şimal, Cənub - yer üzünün bütün cəhətləri və bu cəhətlərdə binə tutan şəhərlərin cizgiləri Bakıda qaynayıb qovuşur. Bakı dünyanın şəhəridir! Bakı həm də tarixin şəhəridir. Amma onun damarlarından axan qan bu günün, gələcəyin eşqi ilə vurur.
Azərbaycanın baş şəhəri, müstəqillik yoluna qədəm qoyan bir məmləkətin paytaxtı Bakı yer üzünün dörd bir guşəsinə səpələnmiş 34 milyonluq soydaşımızın ümid çıraрıdır. Bakı övladlarının məhəbbətinə, qüruruna layiqdir! Zaman-zaman küçələrində isti, tozlu küləklər at çapan, havası neft qoxuyan, yaşıllıрı kasad olan Bakı bu gün yaşıl meydanlar, geniş və nurlu küçələr, parklar, baрlar şəhəridir.
Azərbaycanın ən iri yaşayış, sənaye, ticarət, mədəniyyət, elm və təhsil mərkəzidir Bakı... Mədəni ən'ənələrin davam etdirilməsi Bakının çaрdaş görkəminə məzmunlu çalarlar gətirir.
Bakı millət və xalq yolunda öz ömrünü şam kimi əridən görkəmli oрullarını unutmur. şəhərin ən gözəl guşələrində dahi insanların -Nizaminin, Füzulinin, Nəsiminin, Vurрunun, Cabbarlının, Cavidin, neçə-neçə qəhrəmanların əyilməz, əzəmətli heykəlləri ucalır.
Bakı Vətən yolunda şəhid olmuş igidləri üçün öz qoynunda ən uca yer ayırmışdır. şəhidlər xiyabanı ziyarətgahıdır Bakının... Bu əziz şəhər tarix boyu aрır, acı günlər də görüb, işрalçı qoşunlarla çəngə girib. Və həmişə də azadlıq savaşlarından ləyaqətlə çıxıb, sınmayıb, varlıрıнı qoruyub...Bakı! Bakı - Ana Vətən!
Bizə şöhrət yarandın sən.
Gül camalın şö'lə salır,
Qəhrəmanlar ilham alır
Sənin həyat qüdrətindən.Gündüzlər sahil boyunca, qədim və yeni küçələr, prospektlərlə insanlar axır, gecələr nur, işıq dənizinə çevrilir Bakı! Elə bil bu işıqlı şəhər ulduzlu göy üzündən nur qayçısıyla kəsilib. Bakım mənim! Bakımız bizim! Biz onu candan əziz tuturuq. Varlıрından qürur duyuruq. Bakı bizim bəxtimizin şəhəridir, bəxtiyarlıрı-mızdır. Sevən ürəklərin saf nəрməsidir Bakı... Onun şə'ninə deyilmiş min-min nəрməni milyon-milyon insan bir aрızdan oxuyur:
Bakı, əziz şəhər,
Mehriban diyar,
Sinəndə boy atıb
Oldum bəxtiyar,
Səndə ilk eşqimin
Yadigarı var!
Sən mənim söhbətim,
şərəfim, şöhrətim,
Tükənməz dövlətim,
яzizimsən!şirvanşahlar sarayı
şirvanşah I Xəlilüllah zamanında Bakıda şirvanşahlar sarayının bəzi binaları tikildi. Bu saray tikililəri ansamblı orta əsrlər Azərbaycan memarlıрının ən yaxşı abidələrindən olub, XV-XVI əsrlər ərzində müxtəlif vaxtlarda tikilmiş bir sıra binalardan ibarətdir.Həmin vaxta qədər şirvanşahların iqamətgahı şamaxı şəhəri idi. Lakin XV əsrdə çox möhkəmləndirilmiş qalalardan biri və Xəzər dənizində əsas liman olan Bakının iqtisadi və siyasi yüksəliş ilə əlaqədar şirvanşah I Xəlülillah Bakını özünün yeni iqamətgahı seçdi.
Saray ansamblı bir neçə binadan ibarətdir: ən iri baş saray binası, Divanxana, Türbə, minarəli məscid, Seyid Yəhya Bakuvinin türbəsi ("Dərviş türbəsi") və köhnə məscidin qalıqları. şərq tərəfdən tək dayanan "Murad qapısı" deyilən baştaр, ovdan və uçmuş hamamın qalıqları da saray tikililərinə daxildir. Hamar yonulmuş sarımtıl oxrya çalan yerli daşdan tikilmiş bütün bu saray binalar ansamblı o dövrün me'mar və rəssamlarının yüksək sənətkarlıрından xəbər verən görkəmli me'marlıq əsəridir