Proloq

1.6K 66 193
                                    

Göylərin əbədi səyyahı,ay,ətrafındakı itaətkarlarının yanından laqeydcəsinə ötür,Səma Sarısının batdığı qədər ətrafa işıq saçırdı.Tükürpədici səssizlik,gecəyə hökmranlıq edirdi.Səssiz ve lampanın aydınlatdığı qədər işıqlı küçədən kəskin ayaq səsləri gəlirdi.Gənc oğlan,qara dəri pencəyinin yaxalığını dikləşdirib,addımlarını yeyinləşdirir.Şahin qədər kəskin görən gözləri ətrafı gözdən keçirdikdən sonra belini divarın soyuq zəmininə söykəyib, əlini belində daşıdığı "Arcus98DA" markalı tapançasına doğru apardı.Tapançanın lüləyini üzü ile eyni səviyyəyə gətirib,başını bir az da arxaya söykədi.Səssiz,eyni zamanda tənha idi küçə.Eyni gənc oğlanın istədiyi kimi.Təqib edilmədiyindən əmin olduqdan sonra yoluna davam etdi.

Böyük,həyətində axranaları olan binaya çatdığını dərk edən gənc,əlini yumruq kimi sıxdı;İndi hesabat vaxtı idi onun üçün.Əlindəki qanın qoxusu,ovuclarındakı, zaman əqrəblərinin sancdığı izlərə keçməmiş sona çatdıracaqdı bu oyunu. Arxa qapıdan binaya girəndə,həmişəki kimi axranalar öz yerlərinə çəkilmişdi.Hər kəsin adını eşidər-eşitməz titrədiyi,düşmənlərin qorxulu kabusu,bəzilərinin isə "Ölüm mələyi" adlandırdığı iyirmi bir yaşlı bu gənci heç onlarda tanımırdı.Ancaq bu "Ölüm mələyi" nin qan donduracaq qədər gözəl olduğu hər kəsə məlum idi.Yenicə çıxmağa başlayan saqqalları onu nəfəs kəsici qılırdı,təhlükənin bütünlüklə hopduğu,cəhənnəm alovunun cisimləşmiş halı olan gözləri belə insanı tilsimləyirdi,geyimi ve saçlarının dağınıqlığı azad ruhunun ən böyük sübutu idi.

O, hər qızın xəyalındakı qəhrəman idi,həyatında istəməyəcəyi...

Soyuq ətrli binaya girər-girməz pilləkənləri iki-iki çıxmağa başladı.Nəhayət,"8"nömrəli otağa çatdıqda,qapını açıb,içəriyə daxil oldu.Kabinet,qəhvəyi iş masasından,başda tək ədəd olmaqla dəri kreslo ve qarşı-qarşıya düzülmüş iki stuldan ibarət idi.Saçları ağarmış,üz cizgilərindən aydın olduğu qədər çox kəşməkəşli yollar keçən,yaşının çox olmağına baxmayaraq gücündən heç nəyi itirməmiş görünüşə malik qoca,qarşısındakı oğlana anlayışla təbəssüm bəxş edib ona doğru irəlilədi."Başın sağ olsun."Qollarını oğlanın boynuna dolayıb ona ürək dirək vermək istərcəsinə əlini çiyninə qoydu.Qarşısındakı qocanın səmimiliyi belə,ruhunu bir az əvvəl gecənin qaranlığına təslim etmiş gəncə təsir etmirdi.

İki saat evvel...

"Yalvarıram,etmə!"deyə yalvardı yerdə ağzı burnu qana bulaşmış qoca, əhəmiyyətsiz olacağını bilərək.

Gecənin qaranlığında cümlələrə həbs olmuş ruhlar azaddır...

Heç kimin eşitmediyi... Bəyaz sətirlər qara mürəkkəblə qovuşan zaman,o cızırtı səsini heç eşitdinmi? Öz qaranlığında gedən müharibənin gurultusunun ört-basdır etdiyi qədər səssiz olan bu səsi...

Belini maşının kapotuna söykəyib,ruhsuz gözlərini göy üzünə zillədi.Bu gece ulduzlar dünənkindən daha çox idi,tək-tək parıldayan ulduzlar qaranlığı cüzi də olsa aydınladırdı.Bütün bunlar "Ölüm mələyi" ni özündən çıxarırdı.

Ulduz sürüşməsi bir insan həyatına son qoyulduğuna nişanədir. Bəlkə də, heç vaxt ulduzları saya bilməyəcəkdi,ancaq qaranlıq tilsimini pozan "kiçik günəşləri"göy üzündən sökəcəyinə inanırdı gənc. Və bu an son çırpınışlarını edən "ovuna" iştahla baxırdı.Nəhayət,söykəndiyi yerdən dikləşdi və ayaqqabısının asfaltda çıxardığı kəskin səs ahəngi ilə ona yaxınlaşdı.Gözucuyla,qurbanının özü üçün qazdığı qəbrə baxdı;Hər kəs öz quyusunu özü qazar,yaşarkən yaşatdıqlarımız sadəcə çiynimizdəki mələklərə deyil,həm də ölüm mələklərimizə ilham verirdi.

PsixopatHikayelerin yaşadığı yer. Şimdi keşfedin