Final part I

346 22 129
                                    


Multimedya-Psixopat-hekayə təqdimat videosu.(Fikirlərinizi gözləyirəm.)

Qulaqlarındakı uğultu yalanların çirkləndirdiyi qaranlıq quyuda boğulan keçmişin səsi idi. Zaman isə o quyuya atılmış kəndirlə dırmaşaraq gələcəyə kölgə salırdı;Günahkar bir ruhun düşüncələrlə öldürdüyü zamanı geri qaytarmaq üçün.Kəskin,rəngarəng işıqlar qaranlığın tilsimini sındırarkən ruhu kimi,ürəyi də bulanmağa başladı.Saniyələr ötüşərkən gözləri də bu üsyana qoşuldu.Su yaşılı gözlərindəki qız,əlinə bulaşmış mürəkkəbi ilə suyu korlamışdı;Ətrafı bulanıq görürdü.

Gecənin irəliləyən saatlarında əllərindəki içkilərindən bir qurtum içərək,dəli kimi rəqs edən insanları gördükdə illərdir necə onlarla bir örtüyün altında gizləndiyinə təəssüf etdi.Gecə günahkar ruhlarla onu necə eyni kəfənə bürümüşdü?

Kürəyinə zillənən baxışlarını duyurdu,amma bu,onu dayandıracaq qədər güclü bir hiss deyildi;Əksinə,ayaqları bir-birinə dolaşsa belə irəliyə bir addım daha atmağa vadar edən kinlə yoğrulmuş ölü çırpınış idi.

Qoluna yapışan əl onu dayanmağa vadar etdi,qarşısındakı ət divarı görmək üçün başını azca yuxarı qaldırıb,ağlamaqdan şişmiş gözlərini ona zillədi."İnci?"deyə soruşdu,qarşısındakı oğlan,qızın halına acıyaraq.

"Nə olub?"

Simasını bacardığı qədər ciddi və ifadəsiz saxlamağa çalışaraq donuq gözlərlə Kənana baxdı."Heç nə."deyə,cavabladı.

"Gözlərin qızarıb,ağlamısan sən?"

Oğlanın səmimiyyətdən uzaq saxtakarlıqla bütünləşmiş səsi,İncini olduqca narahat etmiş və əsəblərinə toxunmuşdu.Cavab vermək üçün aralanan dodaqları cümlələri havaya püskürəcəkkən,nəfəs almaqla kifayətləndi. Gözlərinə sataşan bir cüt göz,onu mühasirəyə alan uzun kirpikləri ilə çığırtıların ərşə qalxdığı bir quyuya həbs edirdi ruhunu sanki.Buz və alovun bir-birini məhv etməsi kimi idi,bir-biriylə gözlərinin toqquşması;Biri əbədiyyətə qovuşaraq əriyərkən,digəri sonsuza qədər sönəcəkdir.

Sürətlə gözlərini çevirdi.

"Sizi maraqlandırmır."deyə cavab verdi,aralarındakı cizgiyə tikanlı məftillər əlavə edərək.

"Yaxşı görsənmirsən,istəyirsənsə,mənim evim boşdur."dedi,dodaqlarından sovrulan hər cümlə ilə bahəm qarşısındakı qızın reaksiyasını ölçərcəsinə gözlərini üzünün hər zərrəsində gəzdirirdi."Deyəsən,bir gecəlik qonağa çatacaq qədər yerim var."deyə mırıldayaraq dərindən rahatlığa qovuşmuşcasına nəfəs aldı.

Sərxoşluq virus kimi bütün bədəninə yayılarkən,həmin dalğalar az öncə eşitdiyi səslərin qulağında yenidən əks-səda verməyinə səbəb oldu:

"Amma mənim də səndən istədiklərim var,təəssüf ki,mənim istəklərim səninki qədər saf olmayacaq."

"Mən,"deyə dodaqaltı mırıldadı.İndi isə hər şeyi bir-birinə qarışdırmışdı;Eyniylə onun kimi.

İstəklərinə nəfsi bulaşmışdı.

Qarşısındakı qızın,hətta ayaq üstə dayana bilmədiyini gördükdə qolundan tutaraq onu insanların nəzərlərindən uzağa-ağacların arxasına çəkdi."İnci,həqiqətən yaxşı deyilsən,içkilisən?"

Qolunu oğlanın əlindən xilas edərək özünü cəmləməyə çalışdı gənc qız,ayaq üstdə dayanmağa çalışaraq."Yaxşıyam,başım bir az gicəllənir,bu qədər."dedi,dodaqlarındakı düz cizgidə baş göstərən kiçik gülümsəmə ilə təşəkkür etmək məqsədi ilə.

PsixopatHikayelerin yaşadığı yer. Şimdi keşfedin