Bir tələbənin göz yaşı

51 4 1
                                    

***
Hamının arzuladığı kimi universitetə qəbul oldum.Yeni dostlar yeni insanlar tanımağa başladım.Gənclik budur dedim.Çox sevinirdim.Zaman isə mənim,gələcəyin ən böyük jurnalistlərindən biri olacağım kimi keçdiyini fikirləşirdim.Fikirləşirdim,amma mən dərslərdən çox qrup yoldaşlarımla universitetin həyətində gəzməyi,əylənməyi,oğlanlarla futbol oynamağı daha üstün tuturdum.
Ancaq etiraf edimki xüsusilə yaz aylarında ətrafda olan dəyişiklikləri,yaşıllıqları gələcəyin böyük jurnalisti gözüylə seyr edirdim.
"Tələbə dediyin kserokopiyalarından bilinər", "Kserokopiyasız tələbə meyvəzsiz ağaca bənziyər" bu sözlər tələbəlik vaxtı hər birimizə əziz olan sözlərdəndi.Xəstə olduğum üçün bir neçə gün dərsə gedə bilmədim.Qrup qızlarının birindən dəftəri alıb universitetin kserokopiya olunan otağına getdim.Bura həmişəki kimi tələbələrlə dolu idi çünki imtahan vaxtı yaxınlaşırdı.Hamının içində imtahan həyacanı varıydı.Dəftəri kserokopiyaya verəndə içəri tələsik halda bir qız girdi və gəlib yanımda dəyandı.Bu qız bizim universitetdə 1ci kursda oxuyurdu.Üzdən tanıyırdım.Bir neçə dəqiqədən sonra kseroksçu qızdan bir fənnin kserokslarının olub olmadığını soruşdu.Kseroksçudan o dərsin qeydlərinin olmadığını öyrənən qız məyus oldu.İçimdəki yardımsevərlik duyğusu qabardı.Onuda deməliyəmki əsasən gözəl qızlara qarşı hər zaman belə yardımsevərəm.Qıza dönərək:
   - "Deyəsən iqtisadiyyat fakultəsində oxuyursunuz" dedim.
   - "Hə" dedi.
   - "Bizim keçən il keçdiyimiz Ədəbiyyat fənninin kseroksları məndə hələ qalır.İstəsəniz onları sizə verə bilərəm" dedim.
   - "Ay sizə zəhmət olmasın" dedi.
   - "Yox əşi nə zəhmət" dedim.
Sonra otaqdan birlikdə danışaraq çıxdıq.Yolda adını dedi: Ləmanmış.Nəysə biz beləcə tanış olmuş olduq.
     Ertəsi gün kseroksları ona verdim.Qız mənim çox xoşuma gəlirdi.Çox gözəl gözləri vardı.Nəysə bu yardımsevərliyim qarşılığında qız məni nə vaxt görsə o dəyqə yanıma gəlməyə başladı.Digər dostlarımlada tanış elədim onu.Artıq çox səmimi olmuşduq.Olmuşduq olmağınada ama mən qıza vurulmuşdum.
Nə etməliydim...Düşünürdüm amma qərar verə bilmirdim.İndi qıza dostluq təklif etsəm, kömək etdiyimin qarşılığı olaraq ondan faydalanmaq istədiyimi düşünə bilərdi.Həmdə dostluq təklif etməyimin digər dostlarımın hələ hələ Fuadın qulağına çatmağı...nə bilimee.Çünki bizim qrupda belə bir bəddua məhşur idi: "Allah səni Fuadın dilinə düşürsün!"
Çox düşündüm və bir qərar verə bilmədim.Ən sonda ona sevgimi məktubla deməyi qərar verdim.Bu məqsədnən oturdum və mənalı bir sevgi məktubu yazdım.

"Bu məktubu qaldığım yerin soyuq divarlarını isitməyə çalışan ürəyimin hər atışında adımı xatıladan istiliyində yazıram.Bir emosiya içində yazmağa çalışdığım bu sətirlər daha çox sevən ürəyimin sevilmə sevincini tutması üçün çabalaması və bəlkədə qarşılıqsız bir sevda bataqlığına necə basdırıldığının ifadəsidi.
Bəlkə Ləman, sənin o mələklər qədər gözəl olaraq təsəvvür ettiyim xəyalı, beynimdən silib atsammı deyirəm.Heyif olmazmı sualı ağlıma gəlir.Heyif olmazmı sevgimə? Bəlkə unudum sənə qarşı hiss etdiklərimi,heç bir şey olmamış kimi,bəlkə bir anda keçən bu qədər zamanın əvvəlinə qayıda bilərəmmi? Tutulan bir quşun əsarətdən qurtulmaq üçün çırpınması kimi,səni görəndə çırpınan qəlbimin döyüntülərini,üzümün hər qızarışını,mənim sənə sevgimi hərəkət və üz ifadəmnən,həyəcanımnan,titrəməmnən başa düşməyinin qorxularını unuda bilərəmmi?
Belə bir şey mümkün olsa belə hər halda yaşadığım bu qədər duyğunu bir anda söküb ata bilmərəm,bacarmaram.
Ətrafında çox bic,üzsüz,hər şeyi çox rahat ifadə edə bilən biri olaraq göründüyümə baxmıyaraq,əslində sevdiyinə qarşı sevgisini və hisslərini ifadə edə bilməyən,çəkinən,utancaq biri olaraq sevgimi yazı ilə yazmağı ehtiyacını duydum .Sənə olan sevgimi xoş qarşılamağın diləyi ilə..."
"Sənə yaxın olan biri"

Bir tələbənin göz yaşıDonde viven las historias. Descúbrelo ahora