Mən 11 yaşımda idim, qoca kişi mənə yaxınlaşıb bir qutu verdi. Mən tez sual vermək istəyəndə o, artıq getmişdi. Qutu əlimdə qalmışdı. Mən bir az qorxdum, ancaq sonra qutuyu açdım. Qutuda bir məktub vardı. Məktubda "Sən bu məktubu oxuduqdan sonra geriyə dönüşün yoxdur. Sən həyatının 10 gününü yada 10 ilini müxtəlif hər şey olaraq yaşayacaqsan. Sonda isə mükafatın olacaq. Sabah günorta saat 2:09-da kilsənin yanında, üzərində üçbucaq olan balaca bir ev görəcəksən. Oraya gəl. İçəri girdikdən sonra, içəridə stolun üzərində qırmızı şüşədə olanı iç. Ondan sonra isə 10 ildən sonra mükafatını alacaqsan." yazılmışdı. Mən bunu düşünmədim, amma qutuyu yolun digər hissəsində olan evimizə apardım. Məktubu özümlə götürdüm. Hər zaman kı əyləncəli hallarımı yaşamağa başladım. Əvvəlcə kilsənin yaxınlığındakı qoca nənəyə kömək etdim. Sonra Evelina xalaya evi təmizləməyə yardım etdim. Daha sonra Bill dayının evinin qarşısındakı qırılmış arabanı düzəltməyə çalışdıq, az qalmışdı. Sadəcə bərkitmək lazım idi. Bill dayı mən özüm bacararam dedi. Mən işi bitirmək istəyirdim, ancaq Bill dayı məni məcbur etdi ki, mən gedim. Mən getməyə məcbur oldum. Daha sonra bizim təpəyə qalxdım. Hamı öz işində idi. Bu təpə yüksək idi, hamıyı görə bilirdim. Bu mənə çox xoş gəlirdi, ancaq dəqiq bilirdim ki, bu çox çəkməyəcək mən sağollaşmaq üçün buraya gəlmişdim. Çünki mən buraya, ancaq Ella ilə gələrdim. Bura bizim sevimli yerimiz idi. Bütün hamını görər, kimə yardım lazımdırsa qaçıb yardım edərdik. Ella mənim dostum idi, düzü bir az xoşum gəlirdi. Çox yaxşı qızdır niyə də xoşum gəlməsin!. Ən azından məktəbdəki kobud Donydən daha yaxşıyam yoxsa elə deyilmi? Bilmirəm, amma Elladan xoşum gəlir. Bəlkə Donydən qorxduğum üçün Ellaya bir şey deyə bilmirdim. O isə mənim ona nə isə deməyimi gözləyir. Bu tamamilə belədir. Əgər elə olmasa, məktəb çıxışında Ella Dony ilə gedərdi, mənimlə yox. Mən Ellaya nə isə deməliyəm, ancaq bilmirəm nə deyim. Utanıram!. Evdə xəyallar qurarkən düşünürəm ki, məktəb çıxışında Ellaya deyəcəm ki, gəl gedək bizim təpəyə. Oraya gedəndə kitab tapıb ona sevdiyimi deyəcəm. Mən nə dedim, onu sevmirəm demək istəmədim, ondan sadəcə xoşum gəlir. Yaxşı sevirəm, amma sevginin nə olduğunu bilmirəm axı. Bu uzun məsələdir, amma biz Ella ilə heç vaxt üzgün olmamışıq. Deyəsən yalan dedim, qoca nənəyə yardım etmək istəyərkən gücümüz çatmadı. Biz nə qədər çalışdıq, ancaq bacarmadıq. Nənə də o qədər ərzağı yığmışdı ki, məcbur olduq ki, bir-bir daşıyaq. Çox yorulmuşduq, ancaq bizi üzən o deyildi. Nənə bizə bir "Sağolun" belə demədi. Biz üzgün olduq, amma Ella qayıdıb. Nənənin ərzağından 2 alma götürdü. Nənə qışqırmağa başladı, ancaq hey qışqırsın o bizə çata bilməzdi. O pis kadın idi, öz nəvəsini döyürdü. Biz almanı özümüz yemədik. David və Corc bizdən istədi. Biz isə onlara verdik. Günümüz beləcə keçirdi ki, biz təpəyə çıxmağa hazırlaşırdıq. Mən ona supriz hazırlamışdım, ancaq Ellanın atası çağırdı. Evə getməyə məcbur oldu. Mən isə xoşum gəldiyini deyə bilmədim. Ella da pis olmuşdu, ancaq "son günümüz deyil ki" deyə düşünüb gülümsədik və beləcə sağollaşdıq. Bu hadisə qoca kişi mənə qutuyu verməzdən 1 gün öncə olmuşdu. Mən kömək edə-edə vaxtımı keçirirdim. Artıq gecə olmuşdu. Evə getdim, anam yeməyi bişiridi. Mən gözləyənə qədər çölə çıxdım, bir az dayandım. Elə o anda məktub yadıma düşdü. Cibimdən çıxarıb yenidən oxumağa başladım. Yox, məktubu kim dəyişdirdi. Burada sözlər fərqlidir. Bu qoca kişinin mənə verdiyi məktub deyil. Burada tamam başqa şeylər yazılıb. Mən ilk sözə baxanda bunu anladım. Təəccüblə məktubu oxumağa başladım. Məktubda yazılanları yüksək səslə oxuyurdum... " Bu gün sənə verdiyim məktub adi məktub deyil. Sən sabah niyə gələcəyini unutma. Bir az aşağıda bu gün etdiklərini yazmışam, sabah gəlməyi unutma..." burada mənim etdiklərim yazılmışdı. Mən oraya gedəcəkdim, amma bu məni bir az qorxudurdu. Mən fikirləşirdim, məktub əlimdə sağa sola gəzirdim. Anam yeməyə çağırdı. Məktubu cibimə qoydum və yeməyə getdim. Sabah tez qalxdım və kilsənin yanına gəldim. Məktəbə getməmişdim. Saat 2-yi gözləyirdim. 4 saat ətrafda gəzdim, heç bir qəribəlik yox idi. Mən buraları yaxşı tanıyırdım, ancaq bu evi görməmişdim. 4 saatdan çox idi ki, burada idim. Həm də acmışdım. Saat 2 oldu, mən qorxmadan evə doğru irəlilədim. Gedərkən hiss etdim ki, Ella bu gün məni axtarıb. Qapıya çatdım, 9 pilləkəni qaxldım və qapıyı döymək üçün əlimi vuranda, qapı özlüyündən açıldı. Sadəcə qısa bir toxunuşla qapı açıldı. İçəri girdim, tezcə qırmızı şüşədəkini içib nə olduğunu bilmək istəyirdim. Otağa daxil olduqda, çox sadə və inanılmaz dərəcədə təmiz ev olduğunu gördüm. Yerlər parıldayırdı sanki. Bir az öz paltarıma görə utandım. Bu evdə ikən özümü dünyadan başqa yerdə hiss etdim. Çox sakit, inanılmaz dərəcədə hüzur verici idi. Mən otağa valeh oldum. Qırmızı şüşəni gördüm. Şüşəni əlimə aldım və içdim. Çox qəribə oldum. Başım fırlanırdı. Özümü saxlaya bilmədim. Yerə yıxıldım. O, an yuxuya getmişdim...
ŞİMDİ OKUDUĞUN
Mən hərşeyəm
RandomFərqli bir gəncin hekayəsi. Təmiz sevgi, xoşbəxtlik, oyun, macərə...