İlk hərşey, mən kitabam...

17 1 0
                                    

 Gözümü açdım və əllərimi qaldırmaq istədim, ancaq qalxmırdı. Hərəkət etmək istədim, ancaq hərəkət də edə bilmirdim. Ətrafıma baxdım, bura kitabxana idi. Özüdə bizim şəhərdə olan kitabxana idi, amma mən buraya getməmişdim. Sadəcə divarda olan yazıdan hara olduğunu başa düşdüm. Mən kitab olmuşdum. Düz qabağımda kitab rəflərində yüzlərlə kitab vardı. Mənə bu halda olmağım maraqlı gəldi. Ən azında yeni bir şey idi. Hansı sırada hansı rəfdə olduğumu bilmirdim. Buraya başqa məktəbdən olan uşaqlar gəlib kitab oxuya bilərdilər, ancaq evlərinə apara bilməzdilər. Mən buraya gəlmək istədim, Ellaya da demişdim, ancaq hələlik mümkün olmamışdı. Məni ilk maraqlandıran, hansı kitab olduğum idi. Demək qoca kişi "hərşey" deyəndə kitab olmağı nəzərdə tutubmuş. Mən sıxılırdım, heç kim məni oxumurdu. Ürəyim sıxılırdı, hansı kitab idim ki, məni oxumurdular. Yəni çox maraqsız kitab idim, bu çox pisdir. Off hələ də oxuyan yoxdur. Artıq günortadır. Mən rəfim gündüşməyən tərəfində idi. Günəş pəncərədən qarşıdakı divara düşürdü. Mən divara baxaraq təxmini nə vaxt olduğunu dəqiqləşdirə bilirdim. Günorta idi və məni oxuyan yox idi. Mən bezirdim. Hərəkət də edə bilmirdim. Sadəcə ətrafı görə bilirdim. Günortadan azacıq keçmişdi ki, bir qız mənə doğru yaxınlaşdı. Üzünü görə bilmirdim. Bir az daha yaxınlaşanda üzünü gördüm. Bu Ella idi. Mən təəccüblənmişdim. O buraya gəlməzdi axı. Bu necə olur mənə maraqlı idi. Məni götürdü və oxumaq üçün olan yerə deyil, yazmaq üçün olan yerə apardı. Qələmini çıxardı. Mən əslində kitab deyil. Kitab qədər qalın olan bir dəftər olduğumu anladım. Ella mənə yazmağa hazırlaşırdı. Mən qıdıqlanırdım. Gülürdüm, ancaq yazanda necə olacağını düşünürdüm. Onun əlləri çox isti və gözəl idi. Onun əllərinə toxunmadığıma görə isti və gözəl olduğu, həm də qəribə xoşbəxtlik verdiyini başa düşməmişdim. O mənə yazanda qələmin ucu məni Ellanın əlləri kimi qıdıqlayırdı. O çox mənimlə çox incə davranırdı. Özünü hazırladı və yazmağa başladı..." Mən bu gün onu məktəbdə axtardım, amma tapa bilmədim. Bilirəm ki, onun məndə xoşu gəlir, ancaq deyə bilmir. Atam məni çağırmasaydı. Bəlkə də o mənə xoşu gəldiyini demişdi. Donydən heç xoşum gəlmir, qorxuram ki, o Donydən xoşum gəldiyini düşünə. Əgər belə davam etsə mən ona deyəcəm. Nə olacaqsa olsun, mənim ondan xoşum gəlir. O çox utancadır, amma Dony onun qədər deyil. Dony mənə artıq üçüncü dəfədir ki, sevgili olmağı təklif edir, ancaq mən istəmirəm. İstəmirəm ki, o bunu bilib pis olsun. Dony onu incitməsin deyə Donyə biz dostuq deyirəm. O sanki yeni doğulmuş çox şəffaf bir uşaq kimidir. Mən onunla olarkən çox xoşbəxt oluram. Digər oğlanlar vecimə də deyil. Onu sevirəm, amma o mənə hələ də deməyib. Sevimli dəftərim, bu gün sənə çox yazacam. Onu tapa bilmədim. Evlərinə getdim, şəhərdə gəzdim, amma yox idi. Bizim təpəyə getdim. Orada da yox idi. Daha çox axtarmaq istəmədim. O buralarda yox idi. O əgər yaxınlığımda olsa özünü bəlli edərdi, amma ona görə narahat deyiləm. Sanki qoruyucu bir mələyi var. Heç nə olmur. Nə olsa gülməyi bacarır. Nənəyə kömək edib, torbalarını aparanda əllərində qan yığılmışdı, ancaq yenə də davam edirdi. Mənə yükünün ağır olduğunu deməyə utanırdı. Bilmirəm niyə amma xoşuma gəlirdi. O qızarır, şirinləşirdi. Mənə ağır olmasın deyə hamısını özü aparırdı. Sonda qadın sağol demədi. Buna pis oldu. Mən qoca qadını tanıyırdım. Çox pis qadın idi, ancaq ona görə qadına yardım etdim. Qadın sağol demədi deyə pis olmuşdu, ancaq mən risk etdim. Qadının torbasında alma görmüşdüm, almanı tez götürdüm və qaçamağa başladıq. Qadın qışqırırdı, ancaq bizim vecimizə deyildi. Mən qaçarkən çox xoşbəxt idim. Bilmirəm o mənə necə təsir edir, amma çox gözəl idi. Almanı ona verdim, ancaq alma bizə qismət olmadı. Düzü biz o almanı yeyə bilməzdik. Ən azından o yeyə bilməyəcəkdi. Alma onun deyil deyə almanı yeməyəcək, bir heyvana verəcəkdi. Almanı ona verdim. O zaman bizə 2 nəfər yaxınlaşdı. O almanı onlara verdi. Mənə isə " Onsuz da bu almalar, bizim deyildi. Bizə alma verəcək birini tanıyıram, ondan istəyərik bizə verər" dedi, ancaq almaları çoxdan unutmuşdum mən ona heyran idim. O çox səmimi, xoşbəxt idi. Mən onu çox ideal görürəm. Hər gün görmək istəyirəm. Hər gün, hər saat, hər dəqiqə... Onu izləmək mənə səssiz xoşbəxtlik verir, onu izləyərkən sanki dünyada o və mən varmışıq kimi hiss edirəm. Qoca pis qadın isə məni tanıyırdı, elə atama demişdi. Atam isə anama dedi. Anam və atam məni çağırdılar və niyə belə etdiyimi və yanımdakı oğlanı sual verdilər. Mənə sual verərkən oğlandan xoşum gəldiyini anlayırdılar deyəsən. Elə ona görə gülümsəyərək sual verirdilər, amma atam ciddi şəkildə çağırdı deyə mən, ciddi danışacağıq deyə düşünmüşdüm. Anam sevincək bir görünüşdə idi. Qəribə bir xoşbəxtlikləri var idi. Sevimli dəftərim sənə hisslərimi də yaza bilsəydim. Hər şey çox daha asan olardı, amma anamın o qəribə xoşbəxtlik hissini yaza bilmirəm. Onu hiss etmək lazımdır, amma bilirəm ki, sən məni başa düşəcəksən. Atamla anam mənə niyə etdiniz deyəndə, mən pis qadın olduğunu və bizim yardım etdiyimizi və biz o qədər kömək etməyimizə baxmayaraq bizə bir çox sağ ol belə demədiyini dedim. Mən də qəsdən 2 almasını götürdüm. Onun pis qadın olduğunu dedim. Onlar mənə səni sual verəndə isə bilmədim nə deyəm. Üzüm qızardı, gülümsündüm. Bir söz deyə bilmədim. Atam ilə anam xoşbəxtcəsinə gülümsündülər və məni qucaqladılar. Artıq anam və atam da səni sevdiyimi bilir, sən mənə deməsəndə mən bilirəm. Bilirəm ki, məndən xoşun gəlir, məni sevirsən, amma sənin utangaclığın səni səmimi edir. Heç vaxt istəmərəm ki, məndən uzaq olasan. Uzaq olsan belə görüşərkən xoşbəxtliyim sərhədləri aşar. Səni sevirəm amma utanğac olma, amma bu utanğaclıq sənə səmimilik verir. Sən dərsdə Jasminin dəftəri yerə düşəndə onu götürüb ona qaytardın, Jasminin də səndən xoşu gəlir. Bu məni qəzəbləndirdi. O sənin üzünə gülümsünürdü. Sən isə bilirdin, bu gülümsəmə nədir, amma mənə baxım gülümsündün. Mən yenə də başa düşdüm ki, sən məni sevirsən. Mən xoşbəxtlikdən və xəyallardan dərsi dinləyə bilmədim. Sonunda müəllim mənə 4 yazdı. Biz hər gün 5 almaq üçün çalışırdıq. Bu ilk 4 qiymətim idi. Biraz pis oldum, ancaq sən yenə də mən pis olmayım deyə, ən yaxşı bildiyin dərsə pis cavab verdin. Biz çalışanda sən mənə bu dərsi öyrətmişdin. 4 ala bilməzdin, 5 almalıydın, amma mən 4 aldım deyə etdin. Mən pis olmayım deyə etdin bunu bilirəm. Bilmirəm sonu necə olacaq, amma mən xoşbəxtəm. Mən səndən xəbərsiz buraya gəlirəm, hər gün olanları buraya yazıram. Hər gün, həm də hər gün. Bura ən etibarlı yerdir. Kitabların arasında heç kimin xəbəri yoxdur. Bunları sadəcə sevimli dəftərim və mən bilirəm. Bilirəm ki, nə vaxtsa biz xoşbəxt olacağıq və hər gün etdiklərimizi yenidən təkrarlayacağıq. Sevimli dəftərim, artıq mən getməliyəm. Hava qaranlıqlaşıb. İndi bu vaxt biz işıqlı küçədə birbirimizə baxaraq, sən məni evimizə aparırdın, amma sən məktəbdə yox idin deyə. Məndə qaçdım və buraya gəldim. Bu gün səni çox incitdim sevimli dəftərim, yenidən görüşənədək sevimli dəftərim. Sizi çox sevirəm, sabah yenidən gələcəm..." . Ella məni sevir, Ella məni sevir və mənim bundan xəbərim yoxdur. Ella məni aldığı yerə qoydu və getdi, amma mən hələ də onun yazdıqlarını düşünürdüm. Xoşbəxt idim, amma bir az narahat idim. Dony sevgili olmağı təklif edib, ancaq o qəbul etməyib, hələ bizim dost olduğumuzu deyib ki, Dony birdən mənimlə dalaşar. Mən çox güclü deyiləm, ancaq Ella üçün onunla dalaşaram. Onun məni döymək ehtimalı daha çoxdur, amma mən yenə də çalışaram ki, onu döyüm. Bilirəm ki, Ella məni seçəcək amma mən yenə də dalaşardım. Bilmirəm niyə, amma Ella yenə də xoşbəxt olardı. Ellanın yazarkən bircə, Jasminə dəftəri verdiyimi yazarkən qələmi bərk basdı. Bu bir az incitdi. O məni qısqanırdı, bu yaxşıdır. Artıq hava qaranlıqlaşıb, xidmətçi qapını bağlayıb getməyə hazırlaşırdı. İşıqları söndürdü. Qapıyı bağladı və getdi. Mənim yuxum gəlir, yatmaq istəyirəm. Saat 2 olar. Çox yuxum gəlir, mən yatıram...  



Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jan 07, 2016 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Mən hərşeyəmHikayelerin yaşadığı yer. Şimdi keşfedin