Seni sevmek

144 25 24
                                    

Gəl səni ruhuma qonaq aparım
Gör sənsiz dünyada yaşamaq nədir
Əlin yanağımda izlərə dəysin
Bilki ağlamaq ne,yaş axmaq nədir.

Düşübdur dilinə, ağzına düyün
Elə bil dönübdür daşa ürəyin
Bax bir ,ay insafsız, gör sen gəzdiyin
Dünyanı ürəkdə daşımaq nədir.

Hərdən darıxıram bilirsən necə?
Oluram sakitlik kimsəsiz küçə.
Şəklin qucağımda yatdığım gecə
Görki əzizləmək ,oxşamaq nədir.

Demişdin "hissizəm sənə son sözüm"
Sevgimi basdırıb ,toplayıb dözüm
Unudar Əbülfəz səni əzizim
Bilərsən hissiz nə,boş olmaq nədir.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 01, 2016 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Seni sevmek # watty_aze2016Hikayelerin yaşadığı yer. Şimdi keşfedin