Tanıtım

125 3 1
                                    

- Başa düşün bu müsahibə mənim üçün çox önəmlidir! Xaiş edirəm icazə verin keçim !
- Bir daha təkrar etməyəcəm xanım jurnalistlərə icazə yoxdur . Yalnız mərhumun yaxınları keçə bilər.
-Lənətə gələsiz! Bu axı işimi itirməmək üçün son şansımdır!
En azı iki qatım olan kostyum geyinib, qulağına qulaqcıq taxmış yekəpər mühafizəçi ağır addımlarla üstümə gəlməyə başlayırdı və mən isə heç də ağır olmayan addımlarla sürətlə geri çəkildim. Bu qədər bitdi, işimi itirdim və jurnalistlik fəaliyyətim bununla başlamadan sonunu tapdı.Hə, bu arada o qulaqcığı niyə taxıldığını heç vaxt başa düşməmişdim , bunu da qeyd edim.
Artıq altıncı uğursuz iş təcrübəmdən sonra heç bir qüvvənin məni yenidən bu sənətə gətirə bilməyəcəyini düşünərək, xəstəxananın arxa qapısına doğru irəliləyirdim və birdən yanımdan sürətlə kəçən təcili yardım maşını bir can qurtararkən az qalsın meni öldürürdü.
Müvazinətimi itirib yərə yıxıldım , sağ dizim asvalta çırpılan zaman biləyimin burxulduğunu hiss edə bildim yalnız. Yerdəcə oturub maşından düşənlərdən birinin kömək edəcəyini gözlərkən tam fərqli bir söhbətə qulaq şahidi oldum.
".....bu həftə ərzindəki dördüncü ölümdür artıq. Bir şey etmənin sizcə də zamanı deyilmi ,doktor?"
" Yox bir müddət daha gözləyək , onsuz da bu da digərləri kimi xərçəng xəstəsi idi. Cəsədi morqa aparın, ailəsinə isə qəfil kriz olduğunu və ürəyinin dözmədiyini bildirin.."

You've reached the end of published parts.

⏰ Last updated: Mar 14, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

DNAWhere stories live. Discover now