Qəribə bir yer

281 12 11
                                    

Yağışlı bir yaz gecəsi idi. Biz yeni bir evə köçmüşdük. Ev tənha bir yerdə, yoldan neçə kilometr ötədə yerləşirdi. Ev dağınıq olsa da gecəni bir təhər yola vermişdik. Səhər açılanda ilk işimiz evə yerləşmək olmuşdu. Anam və böyük bacım evdəki toz-torpağı yığışdırmağa başlamışdı. Atam evdəki köhnə əşyaları bayıra çıxarırdı. Mənə isə 2 yaşlı qardaşıma baxmağı tapşırdık. Beləliklə günorta olmuşdu. Evi az da olsa təmizləyə bilmişdik.   Evdən hələ də qəribə bir iy gəlirdi. Qardaşımı yatızdırandan sonra evi gəzməyə başlamışdım. Aşağıda bir zirzəmi var idi. Qapısı bağlı idi və mən nə qədər açmağa çalışsam da aça bilməmişdim. Qəribə iy deyəsən zirzəmidən gəlirdi. Cəld yuxarı qalxıb evdəkiləri zirzəmi olan yerə çağırmışdım. Atam da nə qədər əlləşsə də qapını aça bilməmişdi. Mən və bacım bir otaqda qalırdıq. Otağa qalxdım bir az uzanmışdımki yuxu tutmuşdu məni. Yuxuda zirzəminin açıq olduğunu görmüşdüm və qapıya tərəf gedəndə parlaq bir işıq gözümə düşürdü. Mən zirzəmiyə girmək istəyəndə nəsə məni arxaya atdı və mən yuxudan ayıldım. Tez zirzəmiyə tərəf düşdüm və qapının hələ də bağlı olduğunu gördüm.
Artıq axşam idi, hamı süfrə başında idi. Anam dadlı yeməklər bişirmişdi, amma nədənsə iştahım yox idi. Süfrədən durub otağıma keçdim. Bir müddət zirzəmidə nə ola bilər deyə fikirləşdim. Ağlıma heç nə gəlmirdi.
Saat 23:00 göstərirdi və yatmaq vaxtı gəlmişdi. Hamı öz otağına yatmağa getmişdi. Mən isə anamdan xahiş edib televizora baxmaq üçün icazə almışdım.  Divanda uzanmışdım ki, birdən zirzəmi tərəfdən səs gəldiyini eşitdim. Mən əvvəlcə gedib baxmağa qorxdum sonra isə ayağa durub yavaş-yavaş zirzəmi tərəfə düşdüm və birdən kim isə arxadan mənə toxunduğunu hiss elədim. Arxaya çönüb baxanda gördüm ki, mənə toxunan bacımmış. Bacımı nə qədər səsləsəm də o, məni eşitmirdi, sanki yuxuda idi. Bacım zirzəmiyə tərəf irəlləyirdi və birdən dayanıb mən tərəfə addımlamağa başladığını gördüm. Gözləri  işıldayırdı, artıq mən çox qorxmuşdum. Yuxarı qaçmaq istəyəndə bacım məni tutub saxlamışdı. Qorxudan qışqırmağa başladım və birdən anamın "qızım oyan, qızım oyan" səsini eşitdim. Televizorun qabağında yatıb qalmışdım. Anam nə üçün qışqırdığımı soruşanda "heç" deyib, otağıma keçdim. Bacım çoxdan yuxuya getmişdi. Mən yerimdə uzanıb yatmağa çalışdım, amma nədənsə qorxurdum. O gecəni anamla yatmaq istədim.



ŞizofrenHikayelerin yaşadığı yer. Şimdi keşfedin