Buyurun " Səfil Qoca " hekayəm .
Sakit bir həyat keçirdən orta yaşlı adamın hekayəsidir bu hekayə .Bu hekayənin məqsədi bəlkədə kimlər üçün məsləhət ola bilər, etdiyi hərəkətlərin mənfi olduğunu başa düşər hə kimdir deyirsizsə o səfil qoca bu hər birimiz ola bilərik yox təəccüblənməyin çünki həyat sürprizlərlə dolu bir qutudur xoşagəlməz sürprizlərdənsə qaçmaqdan heç birimiz sığorta olmamışıq əslində bəlkədə edə bilərik .Çünki Allah insanı yaradarkən heç vaxt bəndəsinə pislik etməyi düşünmür həyatında olan bütün nə varsa özü bunları əməlləri sayəsində qazanır .Söhbətin əsl məğzi bu səfil qoca ilə bağlıdır əslində çünki , bir çox mühitlə dəyişən insanlar var bu səfil qoca da elələrindən idi .İnsanlara əl tutmaqdan qaçan , yaxşılıqları itirən , kömək etməyi ağılsızlıq sayan biri idi .Düzdü işində məsul olsada amma insanlıqda belə deyildi , salam verməyi belə özünə ağır bilirdi bu insan , amma düzdü bu danışdıqlarım onun səfil olmamışdan əvvəlki halıdır o necə bu hala düşüb ?
Bir gün səhər Rəcəbin işlətdiyi kafeyə iki nəfər köməyə ehtiyacı olan insan gəlir
Amma onlar bunun təbii ki, xasiyyətini bilirdilər başqa adamlarda isə imkan yox idi tandıqları onlara kömək edəcək ümid təkcə buna idi .Başlanğıc kimi bunlardan biri - Əmi , sizin ananız sağdır ?
-ay bala , mənim şəxsi işlərimdən sənə nə ? müştərisən otur yeməyini ye də !
Hə onlar artıq başa düşdülərki ikinci kəlmə artıqdır .onlar yeməklərini bitirib qalxmağa hazırlaşırdılar elə bu vaxt içəri Asəf dayı gəldi , Ay mənim balalarım siz hara bura hara ? ananızız səhhəti necədir ? sağalırmı ?
Nə bilmək olar Asəf dayı hər şey Allahın əlindədir 20 min manat pul lazımdır
-Üzülməyin , mən bu gun Rəcəb dayınızla danışaram bəlkə o .
-Asəf dayı o yaxşı bilirki biz bu gün bura onun kafesində imkanımız olmadığı vaxt niyə gəlmişik ehtiyac yoxdur istədik nəsə söhbət salaq amma o heç bizə cavab verməyi belə borc bildi özünü yorma sözün yerə düşməsin .
-Allah axırını xeyir etsin mən də elə bu səbəbdən gəlmişdim danışım onunla .daha sonra ürəyində :çox insafsız insandır amma Allah onun yenədə ruzisini verir şükür onun verdiyi məsləhətə Asəf dayı dedi .
-Allah razı olsun deyə Rahib dilləndi .
Rahib və Camal Asəf gilin qonşuları idi .analarından başqa heç kimləri yox idi ataları isə onları uşaq vaxtından tək qoyub getmişdi anaları tək başına böyüdüb onları .Anaları Nisə xanım uşaqların atası ilə o vaxtı qoşulub qaçdığı üçün ailəsi , bütün qohumları ondan üz döndərmişdi .Həmdəki ərinində adamları kişi ondan ayrıldıqdan sonra danışmırdı məcbur idiki işləsin uşaqları böyütsün .Bir dərzi xanada işləyirdi və belə-belə illəri bir-birinə hörərək zamanı aylara günlərə saatlara verərək uşaqlarını böyüdüb oxutmuşdu hətta amma onların işləməsin üçün pul lazım idi .Hardasa 3 ay əvvəl bir gün işdə olan vaxtı Nisənin ayaqlarına tikiş maşını düşmüşdü və o artıq gəzə bilmirdi yeriməsi üçün əməliyyat lazım idi .odaki çox baha idi bilmirdilər nə etsinlər .Evləri dəniz kənarına yaxın olduğu üçün balıq tutub həm günlərini keçirdir həmdəki uşaqlar balıqsatıb çörək pulu qazanırdılar .Hər həftədə evlərinə aptekdən borcunuzu qaytarın deyə Kamil adlı orda işləyən bir nəfər zəng edirdi . Rahib hər dəfə Kamil müəllim imkanımız olan kimi ilk sənin borcunu verəcəm , bu həftə bazara balıq aparmalıyam satıb gətirərəm pulunuzu belə deyirdiki çox uzanmasın söhbət .Camal isə balıq tutmağa getmişdi artıq qaş qaralırdı ancaq hələ camaldan səs yox idi .gecə saat 11 idi gəlməmişdi Rahib çox narahat oldu və qonşusu Cavaddan xahiş etdiki onun maşını ilə dəniz kənarına Camalı axtarmağa getsinlər .Amma gələndə qayıq və balıq tutmaq üçün ləvazimatlar orda idi .Rahibin ürəyində narahatçılıq keçirtdi , ətrafa Camal , Camal deyə qışqırırdı Cavad isə sabah işə getməliyəm yorğunam yoxdur gəl gedək bəlkə harasa gedib işi olub xəbər verməyə imkan olmayıb dedi .Ümidsiz halda maşına oturdu və evə gəldilər .evə gələndə bundanda dəhşəti ilə qarşılaşdı anasın təcili yardım ilə xəstəxanaya apardıqlarını dedilər Cavadın arvadı Nisənin yanında qalmışdı . xoşbəxtlikdən mən ordaydım Rahib yoxsa anan Allah etmsin artıq yox idi Cavadın arvadı dedi .
Cavad yorgun oldugunu bilirəm amma bu vacibdir məni təcili xəsətəxanaya çatdır .
-gəl Rahib tez otur gedək .
-çox sağol Cavad bu gün çox kömək oldun Allah özü anama kömək olsun .Rahib stressdən Cavada eyni fikirli fərqli cümlələr deyirdi
Cavad isə bunu hər kəs edər narahat olma anan bizə çox kömək edib bu nə sözdür deyirsən .
-Bilmirəme bu gün çox ağır oldu Camal yoxdu anam xəstəxanada , həmdəki onu burdan artıq əməliyyatsız çıxartmamalıyam amma ki necə ?
-Fikir eləmə çıxış yolu fikirləş Cavad dedi .
Və onlar xəstəxanada Respşından Nisə xanımın hansı mərtəbədə olduğunu tələm tələsik öyrənib liftə tərəf qaçdılar amma nədənsə Rahib ayaqlarına güvənib pillələrlə tez çıxaq dedi hə 12 ci mərtəbəyə kimi dayanmadan qaçan Rahib təngnəfəs idi ancaq bu hal onu hal-hazırkı vəziyyət üçün narahat etmirdi , həkimi ilk gördü və anam necədi nəyi var tələşalı vəziyyətdə soruşdu
Hələlik yaxşıdır amma əməliyyat
-bilirəm həkim şükür ki , indi yaxşıdır deyib həkimin sözünü kəsdi
Dərin bir ah çəkən Rahib rahatladı anasın yanına gəldi bu vaxt anası şiri-şirin yatırdı sanki , elə uşaqlarını gözləyib uzanmasında narahatlıq var idi bunu adi bir uşaq da görə bilirdi çox kövrək olmuşdu Nisə, axır vaxtlardakı pulsuzluq isə onu sıxırdı əlləridə əsməyə başlamışdı .illər öncə uşaqlarına çay içirdiyi kimi stəkan tuta bilmirdi indi , zaman tamam əksinə olmuşdu .Uşaqların ikisini sevsədə Rahibi yeri ürəyində tamam ayrı idi .Bu gün onun başına gələnlər Camalın üzündən olmuşdu onun gecə evə gəlməməyi anasını pərişan etmişdi Camalda hardasa haqlı idi fərqli həyat axtarışında ola bilərdi amma seçidiyi zaman düzgün deyildi indi ona fərqli həyat lazım deyildi amma olan və ölən qayıtmır zaman 1dəqiqə əvvəli belə əl çatmaz edir insana .
Rahib ürəyində Camal axı hardasan indi bunun heç yerimi idi çıxıb getdin buralardan .Hə həyatımız çətindi bilirəm amma ki, biz söz vermişik axı ikimiz birlikdə hər şeyə qalib gələcəyik nəysə Allah bilir indi hardasan , təkcə indi özünə qəsd etmə tək heçnə bacarmaram .
Baxışları elə qəmli idi ki , heç olmamış kimi adi bir saat neçədir deyə soruşamağa insanın ürəyi gəlmirdiki ağlayar vəziyyət düşündüyünüzdə də kritik idi
14 gün xəstəxana yatdı Nisə Rahib isə arada bir işinə gedir axşamlarsa gəlirdi anası ilə yatırdı bilirdiki dərmanlardan çox o lazımdır anasına onu yaşamağa Rahib sövq edirdi , həyatı gözlərində Rahib canlanıdırırdı Nisənin .Hər gün Camaldan xəbər alırdı amma Camal yox idi .Polisə də xəbər vermişdilər və üstündən 3 gün keçmişdiki Camalın sorağı həbsxanadan gəldi . Səbəb isə Camal Həmin gün balıq tutmaq adı ilə evdən qaçıb Bir mafia ilə görüşüb Ordanda İrana gizli narkotik keçirməyə gedibmiş demə və birinci dəfədən tutulması elə onun bu işdə səriştəsiz olduğunu sübut edib .Bu sözləri Rahib eşidəndə inanmadı əvvəlcə axı necə, amma özü ilə görüşəndə hər şey artıq aydın idi .Camal indi bu etdiyin çıxış yolu deyildi indiyə kimi bizim evmiz haram tikə görməmişdi səncə sən o narkotiki satsaydın belə Allah qoyardımı anamız müailcə olsun? Axı sən nə vaxt böyüyəcəksən indi az dərdi olan kimi birdə səni burdan çıxarmağı fikirləşmək .eh nəysə sıxma canını mən gedim düzələr gələcəm hər həftə yanına
-Rahib hə buyur eşidirəm
-Atamız burda həbsdədir
-necə ?? nə danışırsan hardan bildin
-demə bizi atıb gedəndən 4 ay sonra evlənibmiş və qanunsuz qumarxana işlədib sən demə və tutulub7 il cəza alıb və ona burda çox işgəncə verirmiş bir gözətçi onuda öldürüb və toplam 14 ildə buna görə cəza alıb indi onun burdan çıxmasına az qalıb amma səfil günündədi məhbuslar deyirki ilk əvvəlki 7 ildə deməy olarki gecə yuxularında Nisə deyərək sayaqlayırmış
-nəysə sonrakı peşmançılığın faydası olmur Camal ona yardım etmə çünki bizim ehtiyacımız olan vaxtda o bizim yanımızda olmadı və indi həyat ona götsərsinki bizdə onun yanında ola-ola etmirik .Bizim imkanımız olmadı onun həyatına qarışmağa getmə deyə bilmədik indidə alacağı elə budur qoy çəksin cəzasın sən narahat olma yaxında səni burdan çıxardacağam .
-Rahib mən onun bizim atamız olduğunu yastığının altındakı uşaqlıq şəkilimizdən bildim parkdakı şəkillərimizi saxlayıb
əsəbli halda qışqırıb Rahib : Qoy cəhənnəm olsun .
8ay Camal həbsxanada yatdı və belə desək həyat onuun üzünə güldü 2ayda atasının burdan çıxmağına qalırdı həbsxanada keçən həyat ona hər şeyi başa saldı.
Camalın ona olan münasibəti həyata olan düşüncələrini tamam dəyişmişdi peşmançılıqlar onu özünün hərəkətlərinə nifrət etməyə vadar edirdi .Azadlıq əslində ona zindanda betər olacaqdı isti evə və qayğıya ehtiyacı olan bu gəncliyin zalım indinin zavallı qocası ən çox arzuladığı şey ölüm idi .Amma Nisənin vəziyyətindən xəbərdar idi .Həyatın belə olacağını bilməyən kişi artıq azadlıqda ömrünün soyuq qışını qarşılayırdı .Yeni il gecəsi idi hər kəs ailəsi ilə oldugu halda səfil qoca küçələrdə isti bacalar axtarıb özü ilə kağız kartonlar daşıyırdı əslində bu onun öz günahı idi heçkim onu bu həyatı yaşamağa vadar etməmişdi .Səhvlər hər zaman düzəlmir , yəni düzəltmək olmur yaxud gec olur .İndi onun üçün səhvini düzəltmək çox gec idi .Hətta özü-özünü mənəviyyatını tərk etmişdi səhərlər zibillikləri gəzib dolaşan insan bir vaxtlar bezib , döydüyü Nisəni elə çox arzu edirdiki kaş ki bir dəfə olsaydı onun görərdim ürəyindən bu istək keçirdi .yanvar 11i güclü qar yağdı və şəhərdə artıq hər yer soyuq , külək və buz bağlamışdı küçədə yatmaq ölüm demək idi .Bu zavallı səfilinsə getməyə tək yeri küçənin axırında yerləşən avtomobil dayanacağı idi .Çətində olsa o bura gəldi bir gecəlik mühafizəçidən istədiki xahiş etsin ki, hava çox soyuqdur bir gecə burda yatsın
Və mühafizəçinin üzünü görəndə o dəhşətə gəldi Bu Rahib idi , çox təsirli anlar idi .Daima içində atasına qarşı qəzəbi olan Rahib bu dəfə hər şeyi qırağa qoyub insanlıq borcunu yerinə yetirmək istədi amma anasının yatmadığı gecələr , onlara demədən ağladığı günlər düşdü yadına .İlk kəlməsi bu oldu nə vaxt çıxmısan azadlığa .Dili çətin söz tuturdu başa düşmək olmurduki nə deyir .Bir gecə qaldı dayancağda amma buz kimi daş və soyuq yerdə yatan səfil qoca səhərə soyuqdan donub dünyasını dəyişmişdi .Səhəri gün artıq dayanacağın rəhbərliyi bu məsələdən xəbərdar oldu və Rahibə onu içəri niyə almısan bizim indi başımız çox ağrıyacaq bu söhbəti həll edək özünə yeni iş axtar .Sağlığında xeyir görmədiyi atasından , öldüyü vaxtda ziyan çəkdi.Rahib onun üzündən işini itirdi .-görəsən bunun uşağı ailəsi bu yazığı qoca insanı niyə küçəyə atsın axı ahı tutacaq mütləq uşaqlarını dayancaq müdiri dedi .
Təbii ki, bilmirdi Rahib səfilin oğludur .Bəlkədə əvvəl əsəsbiləşərdi buna vəziyyəti açıqlamasaydı amma Rahibində necə biri olduğuna o bələd idi .Nəysə artıq Rahib iş vaxtı bitmişdi bu gun evə gec getti şəhərdə iş yerləri axtardı axşam evə gəldi anası əməliyyat olmuşdu bu vaxtı Asəf Rəcəbi razı salmışdı kömək üçün hər 3-ü işləyib Rəcəbin borcunu verirdilər .Rəcəbi də həyat dəyişdirmişdi o çox mehriban birinə çevirilmişdi artıq əvvəlki kimi xəsis də deyildi .Hər nəysə o artıq yaxşı birinə çevirilmişdi .Qazancısa iki qat artmışdı namaz qılırdı , cümə günləri məsciddə camaat namazında iştirak edirdi .Cavadın da ilk uşağı olmuşdu 7 il həsrətdən sonra çox xoşbəxt idilər .Camalsa yenib bir bahar yaşayırdı sevirdi oda aşiq olmuşdu xəyallarındakı bir qızı həyatında tapmışdı çox gözəl bir qız idi hər ikisi bir-birini çox sevirdilər və yaxında elçi getməyi planlaşdırırdı Camal .Rahib yeni bir İbrahim adlı oğlanla dost olmuşdu onunla birlikdə alver edirdi imkanı da çox gözəl idi .hardasa 3 il orda işlədikdən sonra Rahib Rəcəbə olan borcunu bitirib yeni bir ofis açdı özünə bu işi universiteti bitirdiyi vaxtdan arzulamışdı analarnında özünün şəxsi dərzi sexi vardı şəhərdə demək olarki , ən tanınmış sexlərdən biri idi .İşləri də yaxşı gedirdi .Həyatlarındakı acı günlər sanki , heç olmamış kimi firəvan həyat sürürdülər özlərinə yeni bir evdə almışdılar özlərini bu evdə sanki , ilk doğulduqları gündən yaşayıblar kimi təsəvvür edirdilər .3 il sonra .
Camal artıq evlənmişdi bir şirin qızı var idi .Rahibdə biznesini genişləndirmiş və yeni bir həyata uğurlara qədəm qoymuşdu .Amma artıq əcəl onların ailəsinə ilk sözünü demişdi Camal evləndikdən 1 il sonra anaları dünyasını dəyişmişdi .Amma çox rahat köçdü bu dünyadan uşaqların xoşbəxt gördü .Hər zaman nəvə arzusunda idi Nisə xanım amm heyif ki, görə bilmədi .Camalsa anasının adını balaca , şirin qızına qoyub anasını ürəyində yenə yaşadırdı.
Belə , hekayəmiz bitti burdan təkcə ibrət alınacaq şey insanları heç vaxt sizə ehtiyacı olan vaxt tərk etməyin , çünki bir gün hər şey tərsinə olur .