Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlü ürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!Nə deyim,nə yazım,qələmim donur?
Orxanın dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası!Müəllif : Orxan Hüseyni 🎭
ESTÁS LEYENDO
Bağışla Allahım ❗
RomanceQorxuram cəhənnəm odunda yanam Düşən də yadıma günahlar Allah Bilirəm qarşında günahkar qulam Sən yenə rəhm elə bağışla Allah...