Mən ən ağır günlərimdə bura "baş çəkirəm".Oxuduqca da anlayırsız onsuzda.Bu qədər pessimist deyiləm yəni.İlk yazıda da necə satira qatdığımı görmüş oldunuz dərdlərə.Mən güclü bir yazıçı da deyiləm.Şeirlər yazıram ama mümkün olduqca.İkinci hissədə də görəcəksiniz.Maraqlı gəlməyə bilər ama bir insanın öz-özlüyündə nə qədər dərinə vara biləcəyini göstərməyə çalışıram.Siz güclü qaldıqca ətrafınuzdakı yaxınlarınız da güclü qalır.Eləcə də sizi sevənlər.Bir insanın çox problemləri ola bilər.Sevgidə gözlənilməz xəyanət yaşaya bilərsiniz.Ailənizdə problem ola bilər.Dostlarınız satqın da çıxa bilər.Ama bir şeyi yadda saxlamaq lazımdı ki,hər şeyə inad üzün gülməsi vacibdi.Çox vacibdi həqiqətən.Mən çox problemlərə qarşı 2-3 dost və sevgilimlə addımlayıram.Çox az bir ətrafım var.Ama uğurlarım çoxalır getdikcə.Və bu mənə digər uğur üçün motivasiya edici rol oynayır.Həyata siz də pozitiv baxdığınız təqdirdə həyat da yaxşıya doğru davam edər.Uğurlarınız bol olsun!
VOUS LISEZ
Qara qızıl
FantasyBu mətn ego göstəricisi deyil.Nə də albom dediyim toplu.Qara qızıl yazdığım maraq doğuran yazılardandır.Yazmağa dəydiyi kimi oxumağa da dəyər.Bir neçə hissədən ibarət olan bu yazılardan hərə özünü tapa biləcək.Və ən azı bir hissə sizə də aid olacaq...