-Mən çıxıram evdən
-Hara?
-Uşaq var,onnan görüşəcəm,yeməyini yeməyi yaddan çıxartma.Çayı da qaynatmışam istidi,mənim süzdüyümdən başqa bir-iki stəkan da içərsən.
-Yaxşı yaxşı.Neçədə gələssən sən?
-Bilmirəm hələ
Evdən çıxdım.Bu zülmət pilləkənlər məni hara aparır görəsən.Məni gözləyən var ama.Bu səhər elədiyim zəngdən sonra o da xəbər tutdu bundan.Addımlarım sürətlənir.Mən asfaltı yaş olduğunda sevirəm amma bu şəhərdə asfalt belə saf və təmiz damcılar görmür.Artıq pilləkənlər bitir və mən açıq səmaya baxan boz həyətdəyəm.Ümumiyyətlə o qədər pis oluram ki bu həyəti hər gördüyümdə.Təsəvvür edin ki,işi gücü qutarmış 5-6 45-50 yaşlarında qadın öz nəvələrini paslanmış yelləncəkdə yelləyərək qonşunun qızını harada gördükləri haqda boş və mənasız söhbətlərini edirlər.Və maraqlıdı ki bu söhbət davamlı olur və niyəsə heç bitmir.
Mənsə artıq avtobusdayam.Yolum çox da uzun olmasa belə 2 fərqli nəqliyyatdan istifadə etdiyim üçün təxminən 30 dəqiqə ərzində isdədiyim yerə varıram.Dünən həyatımın ən pis günlərindən biri olmuşdu.Gecəyə yaxın hər şey düzəlməyinə az qalmışdı ki,sevgilimlə də yenə ayrı qalmalı olduq.Və hər şey üst-üstə gəldi.Bu gün saat 10 olardı ki,dostuma dəqiq vaxt verdim.Halbuki o vaxt sevgilimlə keçəcəkdi...
Mən artıq PUB-dayam.Və hər şeyin çox qarışıqlığından,problemlərin həllindən danışırıq.Yenicə gəlməyimə baxmayaraq mənim çox az vaxtım var.Təxminən yarım saat sonra buranı tərk etməliyəm.Artıq vaxt azalmışdı və mən evə doğru istiqamətimi dəyişdim.Etdiyim zənglərə qarşılıq gəlmirdi.Buna görə də mən çox narahat idim.Yenə də eyni şeylər davam edirdi.Və eyni avtobusla eyni mənzilə geri dönürəm.Ama bu dəfə nisbətən irəliləyiş var.Anamın güləriz qarşılamasından sonra həyatdan tək istədiyim şey onun bir daha gül üzünü görmək idi.
YOU ARE READING
Qara qızıl
FantasyBu mətn ego göstəricisi deyil.Nə də albom dediyim toplu.Qara qızıl yazdığım maraq doğuran yazılardandır.Yazmağa dəydiyi kimi oxumağa da dəyər.Bir neçə hissədən ibarət olan bu yazılardan hərə özünü tapa biləcək.Və ən azı bir hissə sizə də aid olacaq...