#1 - Qısa Başlanğıc

49 5 0
                                    

Yeni yazmağa başladığım kitabıma paylaşaraq, səs (vote) verərək, rəy yazaraq dəstək olsanız sevinərəm! Təşəkkürlər! :)

Göz qapaqlarımdakı ağırlıq qalxanda özüm də ayağa qalxdım. Sanki günlərdir burada yatmışdım, bütün bədənim ağrıyırdı. Ayağa qalxıb ətrafa baxanda heç tanış olmayan bir yerdə olduğumu gördüm, buraya necə gəldiyimi də xatırlamırdım. Tavanın yarısı dağılmış, yerə tökülmüşdü, divarlara da spreylə qəribə simvollar çəkilmiş, tanımadığım bir əlifbaynan yazılar yazılmışdı. Sağ divarda da qabağını zibillər tutmuş iri bir dəlik var idi.

İçimdə yaranan istəyi idarə edə bilmirdim: ağlımdakı tək fikir buradan bir yolla çıxmaq idi. Həyətə açılan divardakı bir boşluqdan çıxaraq qaçmağa başladım. İrəlilədikcə ətraf mühit tez-tez dəyişir, gah qar yağır, gah ildırım çaxır, gah da gün çıxırdı. Qaçdıqca taqətim azalır və belim getdikcə əyilməyə başlayırdı. Nəfəsim daralır, ömrümdə heç yaşamadığım hissləri yaşayırdım.

Ayaqlarımda güc qalmadığından özümü dayandırdım, ətrafa göz gəzdirəndə parkda olduğumu gördüm. Bu park evimdən çox da uzaqda olmayan bir park idi. Ətrafda oturmağa skamyalar axtarırdım, hər kəs qəribə sima almışdı: bəzilərinin sifəti tamamilə qaralmış, ağzı, burnu, gözləri yox idi, bəziləri ağzı gülərkən gözləri ağlayırdı, bəzilərinin də sinələrinin sol tərəfi, ürəklərinin olduğu yer kürəyinə qədər deşilmişdi və içərisi boş idi.

Mən də oturmağa skamya axtarırdım. Bütün skamyaları dolu olmağı, məni bayaqdan bəri çəkindiyim adamın yanında oturmağa məcbur etdi. Adam üzünə maska taxmışdı. Maskanın iki rəngdə idi və mən bu rəngləri ömrümdə ilk dəfə görürdüm ya da elə gəlirdi. Sadəcə gözləri olan yerdə deşiklər var idi və həmin yerlərdən boz rəngli işıq çıxırdı. Həmin skamyaya oturanda ürəyimin döyüntülərinin artıb, daha sonra azaldığını hiss etdim. Əllərimi dizimə qoyub başımı aşağı əydim, şalvarım əynimə bollaşmağını, sallanmağını və əllərim qırışlarla dolu olmağını gördüm. Tez həyəcanla əlimi sifətimə doğru apardım, sifətim də qırışlarla dolu idi. Qocalığın verdiyi yorğunluq və "quruluq" ilə birlikdə gözlərim doldu. Bir yorğunluq başımı aşağı əyməyə məcbur etdi, xoş hiss etdirən bir yüngüllük məni sarıdı, bədənimdəki bütün ağrılar sovrulub havaya getdi. Gözlərim də çoxdan yumulub qaranlığı görürdü. Sanki biri məni ahuşuna alıb yavaşca havaya qaldırırdı. Çiynimə aldığım çox zəif zərbə ilə sürətlə skamyaya endiyimi hiss etdim. Amma inadla gözlərimi açmırdım: yenə o hissi yaşaya bilərəm deyə. Təkrar ağırlığı və qurumuş, qırışmış dərimi hiss etdim. İkinci bir çox zəif olan zərbəni yenə hiss etdim. Bu zərbə ilə birlikdə mırıldanma da eşitdim. Üçüncü zəif olan zərbəni alarkən isə yavaşca sağa doğru itildim, gözlərim açıldı.

Bir Addım GələcəkWhere stories live. Discover now