Mələk Qanadlı şəhzadəm...Anaya sinonim olan sözlərdən sadecə və sadecə biri.Məndə digərləri kimi, Anaların yuxusuz gecələrindən tutmuş ta elədikləri fədakarlıqlara qədər bir çox mövzulardan bəhs edə bilərəm.Dastanlar yazmaq əvəzinə,yazdıqlarımızı əməllərimiz ilə sübuta yetirməliyik.Analar başımıza tac,qəlbimizə hökmdar,arzularımıza bəzək,xəyallarımıza gerçəklikdirlər.
Nolsunki simaları bənzərsiz bir qönçəni xatırladır,daxilləriki yorğun bir çinardan fərqlənmir.Ailəyə sədaqət,övlada dayaq,yoldaşa güvən,Vətənə sevgi,ətrafa can,səhraya sudur Ana.Əziyyətdən belləri bükülə,alın qırışları qartlaşa,əlləri bərkiyə bilər.Amma o ürək.Bax o ürək halal övlad sezdiyi müddətdə əsla nə bükülər,nə qartlaşar,nə də ki,bərkiyə bilər.Gözlərindən iri sıldırımlı qayalara çırpılan dalğalar görünsə belə,Bəzən sakitcə baxarlar.Baxarlarki qırılan təkcə öz qəlbləri olsun.
ALLAHIM bu nə möcüzə?bu nə əsrarəngizlikdir?Analar yaxşı bir övladı özlərinə bəzək seçərlər.Sizlər böyük bir səma,bizlər isə o səmaya vurğun xırda ulduzlar.Canımız,qanımız fəda bir göz yaşınıza.Kim nə deyir,desin Ana haqqı ödənmiyib,ödənmir və ödənmiyəcək........
ŞİMDİ OKUDUĞUN
İnsanlıq
SpiritualSalam.İlk önce demek isterdimki yazılarım spiritüal janrdadır.İndiden deyer verib izleyenlere minnetdaram. A.Əhmədli.