Azərbaycan...Adını belə yazdıqda gözlər dolar,əllər əsər,ürək dayanar.Bir torpaqdakı,çörəyi atmağa qıyılmır,o millətdən heç kəsə ziyan gəlməz.Bizim"Qarabağ"adlı bir dərdimiz var.Bir Vətəninki,başı Qarabağdı,o torpaqlar bizlərə geri dönməyənədək başımız necə sağ olar axı? Duamız ALLAHA,ümüdümüz isə Tanrıya.Soyuqda Analarımızı,millətimizi qoruyan,istidə canlarından belə keçməyi gözə alan hərbiçilər,əsgərlər diyarıdır.Azərbaycanımızın yerinin altı xəzinə,üstü sərvət.Sevinci,sevincimiz;hüzünü hüzünümüzdür bizim.Damarımızda 3 rəng,qəlbimizdə isə aypara və ulduz həkk olunmuşdur sanki.Beynimizdə isə hər saniyə düşmənin məhvi fikirləri.Necə qıydılar sənə Ana Vətənimiz?,necə səni üzdülər?,ağlatdılar?.
Sən düşmənlərə bir tikə bar belə vermə.Yadlaşırıq biz sənə,sən bizə doğma Qarabağımız.Nə vaxt Şuşadan xarı bülbül dəstəli gəlinlər köçəcək?Nə vaxt bizlərə geri dönəsən? O sevinci,xoşbəxtliyi,qüruru bizlərə geri bəxş et.Nənələrimiz,Babalarımız görmədən,qəlbləri yanar getdilər Vətən.Bir az incik,bir az küskün.Analarımıza,Atalarımıza,bizlərə yaşatma o dərdi,o dağı,o dəhşəti və vəhşəti.Neçə can səni geri gətirər bilmirəm.Amma bunu bilki,yoxluğun hər gün bizi-bizdən almağa davam edir.Yenədə unutma:"Səni Sevirəm Canım Azərbaycanım"
ŞİMDİ OKUDUĞUN
İnsanlıq
SpiritualSalam.İlk önce demek isterdimki yazılarım spiritüal janrdadır.İndiden deyer verib izleyenlere minnetdaram. A.Əhmədli.