...acı...

86 7 1
                                    

Minlərlə səs vardır- çox gözəl, zövqlərə xitab edən, dünyanın ən məşhuru ola biləcək-ölüdür;

Bilirsiniz, səs eşitdim bu gün. Necə gözəl idi. Eşitsəniz həmin səsə heyran olardınız. Saatlarla söhbət etmək, o səsdən ən gözəl nəğmələri dinləmək  istərdiniz. Amma o səsin sahibi çox çarəsiz və layiq olmadığı bir yerdə idi. Titrəyirdi soyuqdan əlləri, səs telləri əsirdi danışarkən, bir damla suya möhtac idi. Özü də, səsi də ölmüşü...

Minlərlə qabiliyyət vardır- nadir tapılan bir şeydir istedad halbuki - ölüdür;

İnsan vardır kimsənin düşünmədiyini düşünən, hər kəsdən fərqli olan, yeniliklər yaradan, lakin necədə yaddır öz istedadına, kimlərəsə qurban etmişdir ömrünü , ən dəyərlisi qalmamışdır həyatda.

Minlərlə xəyal vardır- reallaşsa bəlkə də ən böyük kəşflərdən olacaq - ölüdür;

Xəyalları sadəcə xəyal olaraq qalanlar vardır, danışsa bəlkədə inana bilməzsiniz düşüncə tərzinə. Ümidini üzmüşdür həyatdan, məhv olmaqdadır o xəyallar.

Minlərlə sevgi vardır- qəlblərdə yatır, oyansa sülhə səsləyər cahanı - ölüdür;

Sevməyə belə qorxar bəzi qəlblər,  sevsə necə gözəl gülər gözləri, gülümsədər ona baxanları. Ətrafına nəşə yayar ən saf duyğularla.

Minlərlə kəlimə vardır- deyilsə qəlblər qırılmaz, ayrılıqlar olmaz - ölüdür.

Demədikləridir  insandan hesab tələb edən, demədikləridir ən son anında belə ən böyük peşmanlıqları yaşadan. Kəlimələrdir insanı yaralayan, yaraları sağaldan. 

**************************************

yaşayırsan, həyatda varsan, bir zamanlar sənin kimi yaşayanların əksinə indi sən nəfəs alırsan Yaşamağa çalış, ən azından çalış çünki həgigətən yaşamırsan...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 11, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

DolunAyWhere stories live. Discover now