Sevilin telefonuna zəng gəldi . Nömrə tanış deyildi , heç səsdə tanış deyil , amma deyilən sözlər onun dünyasının yıxılmasına bəs etdi . Xəbərlər çox pis idi . Qardaşının maşını güllələnmişdi və qardaşının yoldaşı ilə 8 aylıq uşağıda maşında idi . Bunları eşitdikdən sonra Sevil üçün sanki zaman dayandı , sözləri başa düşə bilmirdi . Axı telefondakı adam nə demək istəyirdi ? Onun qardaşına və ailəsinə nə olub ? Yox yox bu ola bilməz , onlar ölmüş ola bilməzlər . Nəsə səflik var , axı onun qardaşı - Yaqub yaxşı adamdı , heç kimə pisliyi dəyməyib , kim onu öldürmək istəyərki? 100% nəsə səf var , ya səhvən Sevilə zəng vurub , ya da ki kimsə çox yersiz bir zarafat edirdi . Sevilin buna inanmağı gəlmirdi . Amma ki , bundan əmin olmalı idi . Deyilən ünvana tez getdi . Gördükləri onu dəhşətə gətirdi , gözlərinə qaranlıq çökdü , başı fırlandı . Kaş bunlar bir kabus olaydı . kaş sevil bu kabusdan tez ayılaydı. Amma ki , gördükləri həqiqət idi : Yaqub və yoldaşı Ayşənin cəsədlərini yerə uzatmışdılar və üstlərini örtürdülər. Sevil şoka girmişdi , özünə gələ bilmirdi . Sevil birdən özünə gəldi , Orxan yoxdu , Yaqub ilə Ayşənin oğlu Orxanı gözləri nə qədər axtardısa da tapa bilmədi . Ola bilməz , elədikləri bəs deyilmiş kimi hələ Orxanı da qaçırıblar ?
YOU ARE READING
Güclü insan yoxdu , güclü görünən insan var
Ficción GeneralBir insan bu qədər itkiyə necə dözsün ?