İçimdəki Musiqi.

185 16 21
                                    

Bu gecə də pəncərəsiz yatmaq fikri yox idi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bu gecə də pəncərəsiz yatmaq fikri yox idi. Yuxuya gedənə kimi gözünü pəncərədən çəkməyəcəkdi. Yanaqlarına düşüb süzülən hər mirvari damcısı parlayıb sanki qəlbimə sızlayırdı. O məni pəncərədən kənarda, səmalarda axtararkən mən onun düz yanında, incə əllərinə, saçlarına toxunacaq məsafədə idim. Amma mən həyatın qara siyahısına düşüb o məsafəyə kainat qədər uzaq düşəcək bir bədbəxt idim. Hal - hazırda içimdə boğulub qalan çox sözlər vardı, əslində, ona deyiləcək. Əlimdə olsaydı əgər, ən birincisi, onu çox sevdiyimi, son gündə dediklərimin hamısının bircə - bircə yalan olduğunu deyəcəkdim. Həmin gecə eqoist olduğumdan onun da gül üzünün dərddən saralmasını, incinməsini istəmişdim. Sevdiyimə bunu edə biləcəyimi hələ də inana bilmirəm, lakin etdim: gülər gözünü soldurdum, gülüşünü dibindən kəsdim, günəşini söndürdüm o gündən və deyəsən, həmişəlik. Onun bütün baş verənlər üçün özünü günahkar saydığını özümə bağışlaya bilmirəm, halbuki bütün zibillərin səbəbi mən idim. Acizliyimdən özümü məhv etməyim, parçalamağım gəlirdi, amma real olaraq məhv edilmiş olmaq da bir ayrı dərd idi.

  Yatağından birdən durdu və otağında var - gəl etməyə başladı. Köhnə döşəmədən gələn cırıltı səsi belə onun ayaqları altında həzin bir simfoniya kimi gəlirdi qulağıma. Otağın hər tərəfi üzü çevrilmiş rəsmlərlə dolu idi, öz çəkdiyi rəsmlərə nifrət edən biri üçün başqa necə ola bilərdi ki? Otağı kimi özü də həmişə dağınıq olub başdan-ayağa. Saçlarından tutmuş fikirlərinə qədər. Dediyi sözlərdən arzularına kimi. "Dağınıq" sözünün kökü olmayan "dağ" sözü belə onu ifadə edirdi. Dağ boyda dərd və problemlərlə dağa dönmüş istəkləri. O istəklər ki ürəyinə dağ olub, nə dağıda bilirdi, nə saxlaya. O da mənim kimi məqsədsiz şəkildə hər zaman məqsədlərinə çatmağa çalışırdı. Və bu da bir ayrı dağ idi onun üçün. Sonra da mən özüm dağ oldum onun yoluna və getmək bilmədim. Hah! Getdimsə də, dağ olaraq qaldım.

     Boşluqda dayanıb nə isə düşünürdü. Başını yuxarı qaldıranda bildim ki, nə isə yadına düşüb və göz yaşlarını içinə salmaq üçün əlindən gələni edir. Birdən - birə  qısa, acınacaqlı gülüş atdı və hansısa musiqini zümzümə etməyə başladı yavaş- yavaş. Bu musiqini tanıyırdım. Bu ki...bu ki bizim musiqimiz idi! Ona yaxınlaşıb gözlərinə baxmağa çalışdım. Başını qaldırıb düz mənə baxmağı məni, həqiqətən, qorxutmuşdu. Arxamda onun marağını cəlb edə biləcək bir şeyin olub - olmamasına baxdım. Amma yox idi.
" Bilirəm, burdasan ", - dedi sakit səslə.
Bu kəlmələri eşidəndə əminəm ki, var olmayan bədənimə üşütmə düşmüşdü.
Əllərini rəqsə dəvət edirmiş kimi açdı və yenidən o musiqini dodaqlarının altında oxumağa davam etdi.
" Olmaya mənimlə rəqs etməyi yadırğamısan ? ", - deyəndə ayıldım və qeyri - mümkünü mümkün etməyə çalışaraq əlindən "tutdum". Onunla havada sağa-sola, irəliyə -geriyə getdikcə hiss etməyə, xatırlamağa çalışırdım.  Hər toxunuşu, keçmiş günləri, sözlərini, musiqini yada salaraq o günü bu gün etmək istəyirdim. Və bilirəm ki, o da.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 12, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

İçimdəki MusiqiWhere stories live. Discover now