I

301 14 6
                                    

Əsmər İsmayılova

QARANLIQ PIÇILTILAR

"Həyatın bizə qurduğu tələlər son nəfəsimizi verdiyimiz an bitmiş olacaq."

Uçurum kənarında dayanmış bir qız əllərini qaldırır Tanrıya və dilənir ölüm əlifbasının kor hərflərindən ölümü. Qəlbi dəfələrlə ayaqlar altına qalıb, əzilməsinə baxmayaraq hələ də dimdik ayaq da durmağa çalışan bir qızın hekayəsi bu. Dizlərinin qanayıb ayaqda durmağa taqəti qalmayan bir qızın hekayəsi.


Əcəlin laylası, həyatın qışqırığına qarışdı. Və qız ruhunu bir çərpələngin ucuna bağladı.

***

Qaralmağa üz tutmuş tutqun hava, gecənin yaxınlaşdığını bəyan edirdi. Küləyin vıyıldayaraq əsdiyi küçədəki tək səs ağaclardakı qurumuş yarpaqların xışıltısı idi. Yerə tökülmüş saralıb, qurumuş yarpaqlar küləyin təsiriylə kiçik burulğan əmələ gətirdikdən sonra küçənin digər tərəfinə qədər uçub yerə səpələndilər. Və budur, evin önündəki iri, qoca ağacda məskən salmış bayquş, öz səsiylə gecəyə ürkünc bir abu-hava qatmağa başlamışdı. Pəncərəni bağlayıb pianinonun qarşısına keçib əyləşdikdən sonra gözlərimi yumub dərin bir nəfəs alıb verdim. Və barmaqlarım Beethoven'in Silence sonatasını ifa etməyə başladı. Bu musiqini çalmağı da, dinləməyidə, dinləyərək hiss etməyi də sevirdim.

Piano həqiqətən mənim üçün bir həyatdır. Barmaqlarımın toxunduğu hər bir nota da bir nəfəs gizlidi. Duyğu sıxlığı çox olan yerlərdə notalar sürətlənir, eynilə nəfəs alış-verişinin tezləşməsi kimi. Piano çalmaq bir ehtirasdır.

***

Günlər beləcə keçib gedirdi. Hər yeni bir gün dünən də ilişib qalmış, dayanmadan onu təkrar edirdi. Dəyişən bir şey var idisə o da təqvimdəki aylar, günlər, illər idi. Bu qədər. Sadəcə bu...

Rəfdəki bütün kitabları ən azı 2-3 dəfə oxumuşdum. Artıq yeni kitablar almalı idim. Almaq istədiyim kitabların siyahısını yazdığım kiçik vərəqi cibimə sıxışdırdım. Təbii ki, siyahıdakı kitabların hamsını almaq mümkün deyildi. Aynanın önünə keçib uzun qara saçlarımı əlimlə səliqəyə saldıqdan sonra geyimimi nəzərdən keçirdim. Qara cins şalvar, qara köynək, qara dəri pencək, qara botlar. İlahi! Bu qaraltı içində bəyaz əllərim və üzüm lap cəsədinkinə bənzəyirdi. Yəqin bir ölüdən fərqim dolğun dodaqlarımın canlı rəngə sahib olmasıydı. Çox gözəl deyildim, amma çirkin də sayılmazdım. Bəs insanlar məni niyə sevmirdi?

Bu düşüncə bitib-tükənmiş qəlbimin itkin düşmüş guşəsinə ağır yara törətdi. Aynadakı əksimdən gözlərimi qaçırdım, lakin aynadakı əksimin gözlərini zilləyib iynəliyici baxışlarla məni süzdüyünü bilirdim. Bunu həmişə hiss edirdim.

Qısa səssizliyin verdiyi narahatlığın ardından anamı səslədim. "Ana, mən gedirəm." Anam otaqdan çıxıb yanıma gəldi. "Hara gedirsən yenə?"

"Yenə? Axrıncı dəfə üç gün bundan əvvəl mağazaya getmişdim sadəcə. Ahh, nəysə... Kitab almağa gedirəm. Tez gələcəm."

"Atan bilsə ki, pul yığıb kitab alırsan dəli olacaq. Az xərclə pulu gic-gic şeylərə."

Susdum. Deməyə bir söz tapa bilmədim. Mən heç vaxt bu yaşam tərzinə alışmayacaqdım. Heçnə demədən qapını örtüb çıxdım evdən. Amma anamın "Tez gəl. Gecikmə." dediyini duydum. Sadəcə hava almaq üçün, sıxıntıdan çölə çıxmağa haqqım belə yox idi. İstənməyən, sevilməyən bir övlad idim. Zatən başqa nə gözləyirdim ki? Anlayış? Sevgi? Sayğı? Ya da biraz qayğı? Hə, bu pis olmazdı.

Beynimi ələ keçirən qaranlıq fikirlər bir sarmaşıq kimi uzanıb, çoxalırdı. Bundan yorulmuşdum. Artıq gecələri yata bilmək işgəncə halını almışdı. Daima məni izləyən, arxamca gələn qara, iri, kölgədən adam vardı. O həmişə məni təqib edirdi. İndi olduğu kimi. Varlığını hiss edə bilirdim. İlk başlarda ondan qorxsam da, artıq öyrəşmişdim.

QARANLIQ PIÇILTILARHikayelerin yaşadığı yer. Şimdi keşfedin