Proloq

1.9K 82 23
                                    

    Sentyabr ayının birinci ongünlüyü bitmək üzrə idi.Bakı sakinlərini bu il əməlli-başlı bezdirmiş isti yay öz yerini yavaş-yavaş payız fəslinə verməyı hazırlaşırdı.Havalar iki gün əvvəl yağan yağışdan sonra sərinləşməyə başlamışdı.
     Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli başqa bir qəzetin redaktoru Səbuhi ilə dostu Ceyhungilə qonaq gəlmişdi.Daha doğrusu,bu gəliş Səbuhinin evinin təmiri ilə bağlı idi.O,mənzilini təmir etdirmək istəyirdi və Nemət onu bura gətirmişdi ki,Ceyhunla danışsınlar,
Ceyhun təmirin bütün rəngsazlıq,kafel-metlax işlərini boynuna götürsün.Bazar günü olduğuna görə ailə üzvlərinin hamısı evdə idilər.Nəsrin xanım xörək hazırlamaq üçün mətbəxə keçmişdi.Ailənin ikinci övladı Rəvan divanda sakitcə pturub qonaqlara qulaq asırdı.Çayı süfrəyə Nurtay gətirdi.Nemət içəri girəndə hamı kimi bu qızla da salamlaşdı.Amma yenə ondan hal-əhval tutmaq istədi:
-Necəsən,gözəl qızım?
-Nurtayın al yanaqları bir az da qızardı:
-Sağ olun,yaxşıyam.
    Nemətin arvadı Fədayə xanım bu qəşəng qızı gələcəkdə öz gəlini kimi görmək istəyirdi.Nemət əvvə bu arzuya zarafatla yanaşırdı.Oğlumuz da,Nurtay da hələ uşaqdır,-deyirdi.Amma sonra bu ailələr arasında yaxınlıq bir az da möhkəmləndi.Nemət oğlu İlhamla Nurtayın mehriban münasibətini görüb ürəyində arvadıyla razılaşdı.İndi o da bu fikirdə idi ki,nə bundan yaxşı qız,nə bu ailədən yaxşı ailə tapa bilməyəcəklər.
    -Bu il doqquzuncu sinifdə oxuyacaqsan,hə?-deyə soruşdu.
    -Bəli.
    -Daha dərslər də başlanır.Üçcə ilin qalıb.Allah qoysa on biri qurtaran kimi üniversitetə qəbul olarsan
    Qız utancaq halda gülümsəyib əlindəki podnosu mətbəxə apardı.
    -Allah qoysa!-Onun arxasınca baxan Səbuhi dilləndi.
    -İnan mənə,Səbuhi,-Nemət dedi.-Çox yaxşı uşaqlardır bu uşaqlar.Elə bütümlükdə ailə özü də.Belə tərbiyəli,belə təmiz ailə heç yerdə tapa bilməzsən.Həm də çox xoşbəxtdirlər,maşallah!Hamısı bir-biriylə can deyib-can eşidir.
    -Halal olsun!-Səbuhi başını tərpətdi.
    Bundan sonra çay içə-içə iş barədə söhbət etməyə başladılar.Nemət məsələni izah edib,Ceyhunu Səbuhiyə bir usta kimi təkrar təriflədi.Səbuhi işin nədən ibarət olduğunu anlatdı və söz demək növbəsi Ceyhuna çatdı:
    -Nemət müəllim məni çox təriflədi.Mən bu sənəti təxminən iki il yarımdır ki,işlədirəm.Nemət müəllim bilir,Nafiz adında dostum var idi.Allah ona dönə-dönə rəeləs eləsin!O rəhmətlrəhmqoşulub işləyəndən sonra öyrənmişəm bu sənəti.İndi özümə fəhlə götürüb tək işləyirəm.
Çalışıram ki,gördüyüm iş layiqli iş olsun.
    -Dostunuz nədən rəhmətə gedib?-Səbuhi maraqlandı.
    -Bu ilin fevral ayında öldürdülər onu.Həm dı açıq-aşkar vəhşiliklə.İndi də yadıma düşəndə dəhşətə gəlirəm.
    -Bəs səbəb nə olmuşdu onu öldürməyə?
    -Heç nə!-Ceyhun əlini yellədi.-Bu barədə hem danışmasaq yaxşıdır.Rəhmətlik Nafizin taleyi onda dönmüşdü ki,evlənəndə quldur,başkəsən bir ailəyə rast gəlmişdi.Yırtıcının isə elə balası da yırtıcı olar.Bizimlə üzbəüz mənzildə yaşayırdılar.İndi başqa ailə köçüb ora.Pis adamlar deyillər,amma hər dəfə onları görəndə rəhmətlik Nafiz yadıma düşür.
    -Allah rəhmət eləsin!-Səbuhi dedi.-
Nə edəsən!?Yaxşılar gedir,pislər qalır.
    Sonra necə oldusa söhbət dəyişib Nemətin qonşusu,istefada olanipolis polkovniki Qanbay Qasımlıdan düşdü.Nemət hər yerdə onu ağızdolusu tərifləyirdi.İndi də qeyri-adi qonşusunu Səbuhiyə tanıtmaq istədi:
    -İnan,Səbuhi,cinayət axtarışı işində bu adamın tayı-bərabəri yoxdur.O qədər bacarıqlı,diqqətli adamdır ki,gözündən heç nı yayına bilməz.Açılmayan qaranlıq cinayət işləri olanda onu xarici ölkələrə də dəvət edirlər.Bax,elə indi bu saat TTürkmənisyandadı.İki gün əvvəl hansısa iş üçün dəvət etmişdilər.
    -Maraqlıdır.-
Səbuhi başınl tərpətdi.-
Deyirsən,indiyədək aça bilmədiyi iş olmayıb onun?
    -Yox...-Nemət belə dedi və Ceyhuna baxıb nədənsə sözünü dəyişdi,-Əslindı mən onu tanıyandan,yəni on ildən bu yana tək bircə dəfə belə bir şey olub.İndicə Ceyhunun dediyi həmin rəhmətlik Nafizin ölüm işində.İşi çox təcrübəli bir müstəntiq aparırdı.Bəlkə adını eşidərsən,Vasif Nüsrətov.
    -Hə,eşitmişəm.-Səbuhi təstiq etdi.
    -Bax,onunla Qanbay müəllim arasında rəqabət yaranmışdı bu işdə.İş elə çətin iş deyildi.Bakıda hər ay baş verən adi cinayətlərdən biri idi.Qanbay müəllim artıq qatildən şübhələnmişdi.İşin üstüİşitezliklə açacaqdı.Amma müstəntiqin səlahiyyəti də,imkanları da daha genişdir axı.Nə isə!Qanbay müəllim o işdə özünü məğlub hesab etsə də mən onunla razılaşmıram.
    -Nə vaxt olmuşdu bu hadisə?-Səbuhi soruşdu.
    -Bu ilin fevralında.Yeddi ay bundan əvvəl.
    -Məğlubiyyətə alışmamış elə bir adam,yəqin ki pərt olmuşdu,hə?
    -Bəlkə dı.Amma onun halını vı nə düşündüyünü heç vaxt anlamaq olmur.Ceyhun da onunla görüşüb,amma onu yaxşı tanıya bilməz.Həmin iş yekunlaşan günün axşamı Qanbay Qasımlının mənzilinə keçdim ki,ona biraz təskinlik verim.Çox fikirli görünürdü.Dedim,narahat olmayın,
əsas odur ki,iş açıldı və cinayətkar öz cəzasına çatacaq.
    -Bəs o nə cavab verdi?
    -Qəribə bir söz dedi.Dedi ki,bu seçilmiş cəzadır.Cinayətkar özü öz cəzasını seçdi və mən də onun seçimiylə razılaşdım.
     -Doğrudan qəribədir!Səbuhi heç nə anlamadı.-Cinayətkar məgər cəzasını özü seçir,ya bunu məhkəmə təyin edir? Qatil artıq tutulmuşdu onda?
    -Hə,tutulmuşdu.Hər şeyi etiraf etdiyi üçün iş yekunlaşıb prokurora verilmişdi.
    -Bəs onda bu "seçilmiş cəza" nə deməkdir?
    -Bilmirəm...-Nemət çiynini çəkdi.-Qanbay müəllimi bəzən heç anlamaq olmur.
   Bu söhbət,deyəsən,Səbuhi üçün öz marağını itirdi və dönüb Ceyhunla və evinin gələcək təmiri barədə danışmağa başladı.
    Neməti isə fikir götürmüşdü.Onların söhbətinə qulaq asa bilmirdi.Həmin o soyuq fevral axşamında polkovnik Qasımlının dediyi sirli sözləri anlaya bilməmişdi.Amma,elə bir ciddi əhəmiyyət də verməmişdi o sözlərə.İndi isə,üstündən yeddi ay keçəndən sonra həmin müəmmalı kəlmələrin mənasl barədə yenidən düşünməyı başlamışdı.Doğrudan da,nı demək idi axı seçilmiş cəza?
   Öz fikirlərinə o qədır aludə olmuşdu ki,hətta qeyri-ixtiyari olaraq ,dodağının altında:
   -Seçilmiş cəza...-deyı pıçıldadı.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jun 08, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Seçilmiş cəzaHikayelerin yaşadığı yer. Şimdi keşfedin