Yay tətili təzə başlamışdı. Amma mən heç yerə gedə bilmirdim. Günlərim boş-boş oturmaqla keçirdi. Heç nə eləmək istəmirdim. Bütün dostlarım harasa gedər,gəzərdi hamı görsün deyə "instagram"-da paylaşıb altına lazımsız bildirimlər yazardılar. Hal-hazırda mənim kimi çox adam var evdə oturan.
Artıq 5 ildir ki, atam evə qayıtmır. Anam pis halda olsa da, mənə bildirməməyə çalışırdı. Elə bil heç nə olmamış kimi yaşayırıq.
Səhər təzə açılmışdı ki, birdən bərk yağış yağmağa başladı. Qapı döyüldü, anam içəri daxil oldu.
-Qızım, Dəniz dur.
-Uff! Mama yaydı da qoy yatım.
-Mən işə gedirəm. Dur qapını bağla.
-indi dururam.
Yenə həmişə ki kimi anam işə gedir, nə də olsa həkimdi, xəstələri gözləyər. Durdum qapını bağladım. Yerin soyumamış təzədən yerimin içinə girib yatdım. 1 saat sonra...
Yerimdən dursamda yuxulu kimiydim. Telefonuma baxdım. Saat artıq 10:13 olmuşdu. Telefonuma mesaj gəlmişdi- Anamdan: "Axşam işdə qalmalıyam. Səhər evdə olacam.". Yağış kəsmişdi. Əynimə rahat bir paltar geyinib evdən çıxdım.
Yay olmasına baxmayaraq havada xoş bir sərinlik var idi. Ən yaxın dostum olan Leylanın evinə qədər gəzdim. Qapını bir neçə dəfə döyməyimə baxmayaraq heç kim açmadı. Qonşuluqdakı yaşlı kişi evdə olmadıqlarını təxminən 1 həftəyə geri qayıdacaqlarını söylədi. Leylaya zəng etdim amma cavab vermədi. Buna görə mesaj atdım: "Gedəcəyini mənə niyə deməmisən?". Özümü tənha hiss edirdim. Yaxınlıqdakı parka gedib bir az oturdum. Özümə dondurma alıb biraz gəzdim. Axşama qədər gəzdim. Saat artıq 21:19. Evə qayıdarkən bizim blokdan 3 blok əvvəl qəribə bir səs və mavi bir işıq gördüm. Nə baş verdiyini görmək üçün ora getdim. Yavaş-yavaş yaxınlaşdım. Hər şey aydınlaşmağa başlayırdı.
ŞİMDİ OKUDUĞUN
Mavi Işıq
Fantasy16 yaşında bir qızın mavi işığı görəndən sonra həyatının dəyişməsi. Bundan sonra yeni məcaralara atılması haqqında kitab. -Deniz Bulut