Təfərrüatsız

190 21 13
                                    

        Adәtәn mövzu sevgi olur ki, әn çox tәsir edәn dә budur. Normal hәyat tәrzinә zidd hadisәlәr soyudur adamı. Nәyi düşünәcәyini vә ilk olaraq nәyә qәrar verәcәyini bilmәdiyim üçün davamlı olaraq nәlәrisә düşünürәm vә qәribәdir ki, verdiyim qәrarların heç biri düşünülmüş olmur. Vә adını "düşüncәsizlik" qoyuram. Mәsәlәn, adicә bu mәtni yazmağı heç planlaşdırmırdım, amma, metroda ulduz stansiyasına çatanda xeyli sıxıldığımı hiss elәdim, danışmağa kimsәm yoxdu deyә mәcbur yazıram. Mәnimlә üzbәüz әylәşәn tәxmini hәmyaşıdım olan xanımın diqqәtlә vetnamkalarıma baxmağı da biraz sıxır mәni, amma, mövzunu daha da әylәncәli hala gәtirmәk üçün ayaq barmaqlarımla ritm tutmağa çalışıram. Vә 5 manatlıq vetnamka belә belә gözәl bir qızı cәlb edә bilirsә, krasofka geyinsәm o qızla hansı sәrhәdlәri aşacağımı tәsәvvür belә edә bilmirәm. Artıq 28 may metrostansiyasındayam vә o xanım ayağa qalxıb vaqonu tәrk elәdi, vetnamkalarım gözü yolda, qulağı sәsdә, ömrü qәfәsdә, hisslәri xәstә, qәlbi ahәstә qaldı. Fikir verirәm qarışıq şeylәrdәn danışanda ruh halım belә öz-özünә dәyişir. Gül kimi kefsiz oturmuşdum, amma, yazdıqca özümü necә hiss elәdiyimi unuduram, ona görә sağolun.      

ShablonWhere stories live. Discover now