Gәnc olmaq әslindә gözәl hissdir. Amma vaxt keçdikcә çox şey dәyişir, başda bu hisslәr olmaqla. Mәsәlәn, bir vaxtlar gözәl gün hәvәsindә, gündә biriylә, keçirdi vaxt. Bundan zövq alırmış kimi davranırdıq ki, әn böyük anlaşılmazlıq da elә buradan başlayırdı. Öz-özümüzә yedizdirmәyә çalışdığımız yalanlardan qurtulmaq istәdikcә hәqiqәtlәr dә arxada qalırdı. Yaşanılan ağır mәqamları "hәyatdı da" başlığı altında yola verirdik. Әslindә bunların hamısı geridә qoymamalı olduğumuz şeylәr imiş. Gözәl dostluqları, ailә sәadәtini, sәmimi mәktubları, tәxmini cineration dövründәki smslәri, velosiped sevdasını, naçala yazdırmağı, mәktәbdәki yoxlamaları, imlaları - hәrşeyi geridә qoyduq ki, biz böyümüşük. Әslindә "böyümәk" özünә xas otağının olmağı, özünәmәxsus şәxsi telefon zәnglәrinin gәlmәyi yaxud özünü kiçiklәrdәn uca hiss etmәk deyildi. Bu sadәcә cәmiyyәt tәrәfindәn zor tәtbiqiylә şüuraltı yeridilmiş düşüncә idi. "16 yaşım var, amma, yaşıdlarımdan böyüyәm.","Nә olsun ki, yaşım azdı? Mәn yetişkin düşüncәliyәm.","Yox e nә trip atmaq? Mәn anlayışlı biriyәm." vә.s Bunların hәr biri hardasa özümüzә bәraәt qazandırma cәhdlәrindәn başqa bir şey deyil. Çünki, sәn yaşından böyük düşündüyünü qeyd edirsәnsә bunu başqaları da edir vә bu artıq sәnin onlarla eyni olduğunu göstәrir. Qaşı vuranda gözü çıxartmaq kimi. Hәrkәsin fәrqlәnmәyә çalışmağı fәrqlәndikcә hәr kәsdәn biri olmağa gәtirib çıxarır. Amma, çox tәәssüf ki, fәrqlәnәn sadәcә rәqәmlәr idi, hansı ki, insanların boş verdiyi, yanlış saydığı vә әslindә hiss etdiyi yaşda olduğunu düşündürәn rәqәmlәr. Amma mәn, 20 yaşım olmağına baxmayaraq yaşımdan böyük düşünürәm, mәn anlayışlı biriyәm, öz qәrarlarımı verәbilәcәk potensiyaya sahibәm. Yәni mәn dә sәn kimi, sәn hәr kәs kimi, hәr kәs isә mәn kimidir. Biz hәrkәs-dәn bir kәslәrik. :)
YOU ARE READING
Shablon
Non-FictionHər məqamı nəfəs-nəfəsə keçən həyatım, hər an gözəl bir şey olacaqmış kimi təəssürat yaradır nədənsə çılpaq nəzərimdə.