Pinqvinlərin Kainatdakı Rolu

12 1 0
                                    

Marsdakı yenidən qurma işlərinə davam edirdik. Bu planet bir zamanlar sadəcə ucsuz bucaqsız çöllərdən ibarət idi. Biz öz doğma planetimizin məhv oluşundan sonra məcburiyyət qarşısında bura gəldik və planetin ətrafında troposfer qatı yaratdıq. Planetdə çox qısa müddət qalsaq da, bu qısa müddət ərzində çox gözəlliklər yaratmışdıq. Ətrafı yaşıllaşdırmış, buranı yaşanılabilinəcək bir planetə çevirmişdik. Xüsusi kosmik gəmilərimizlə kosmosdakı su buxarlarını toplamış, planetdə çoxlu su anbarları tikib topladığımız suyu bu anbarlarda yığmışdıq. Hər şey çox gözəl gedirdi, amma bircə tərslik var idi ki, Marsın yerli əhalisi(düz oxuduz. Marsın yerli əhalisi də var imiş. Min illərdir həyatlarını sürdürmək üçün planetin qabığının altında yaşayan yerli əhali.) çox israfçı idi. Hətta deyə bilərəm ki, bizim yer kürəsində etdiklərimizi edir, ətrafı çirkləndirir, planetin qayğısına qalmırdılar. Biz planeti gözəlləşdirdikcə, onlar məhv edirdilər. Elə bu qarışıqlığın içində geomorfoloqlarımız planetdə bir qəribəlik gördülər. Tədqiqatlar göstərirdi ki, planet qütblərdən parçalanırdı. Sanki, kimsə planetin qütblərini deşib onun nüvəsinə enməyə çalışırdı. Bu hadisə ilə əvvəlcə də qarşılaşmışdıq. Yer kürəsi də bu şəkildə məhv olmuşdu. Və hər şeyi də edən o balaca, "Şirin" Pinqvinlər olmuşdu. Kimliklərini elə gizləmişdilər ki, hətta biz belə onların quldurluqla məşğul olan, daha doğrusu planetlərin dərinliyinə enərək planetin bütün sərvətlərini ələ keçirən "Əsas olan uçmaq deyilee, ürəhdi, qaqam, ürəh" planetinin sakinləri olduqlarını anlamamışdıq. Hansı ki, yer kürəsinin də qütblərində məskən salmışdılar. İdeal yer idi. Burada heç kəs məskən salmadığı üçün öz planlarını gizlicə həyata keçirmiş və yerin bütün yeraltı sərvətlərini talamışdılar. Bu zaman onlar yeri nüvəyə qədər deşdikləri üçün yer parçalanaraq məhv olmuşdu. Marsı da bu aqibət gözləyirdi. Bunun qarşısını almalıydıq. Onlar yeri istila edərkən apardığımız danışıqlarda əsas vasitəçi mən olduğumçün onları dayandırmağa mən getməli oldum. Bugünədək kəşf etdiyimiz ən güclü döyüş gəmisi (roketi) ilə yola düşdüm. Qütbə çatdıqda isə dəhşətə gəldim. Bütün pinqvinlər toplaşmış, böyük bir cihazla Marsın dərinliklərinə doğru enirdilər. Məni bu şəkildə görüb bir anlıq dayandılar o qədər şirin idilər ki, atəş açmağa əlim gəlmirdi. Buna görə də yenidən danışıq aparmağı qərara aldım. Pinqvinlərin komandanı ilə apardığım danışıqlar nəticəsində mənə məlum oldu ki, onlar dayanmayacaqlar. Buna görə də öz mənafelərimi düşünməyi qərara aldım. Onlar mənə söz verdilər ki, onların işinə müdaxilə etməyəcəyim təqdirdə mənə çıxaracaqları qiymətli materialların 40%-ni və bu materiallarla birlikdə planetdən çıxmam üçün kosmik gəmi verəcəklər. Bu irq hər nə qədər quldur olsa da, bütün kainat onların verdikləri bütün vədlərə hər zaman sadiq olduqlarını bilirdi. 40% isə böyük bir sərvət demək idi. Onsuzda bu planet heç xoşuma gəlmirdi. Qırmızı rəngdə də planet olar? Bütün bunlardan sonra 2 gün ərzində pinqvinlər öz işlərini qurtardılar. Mənsə bu müddətdə pinqvinləri dayandırmaqçün buraya göndərilən bütün avadanlıqları məhv edirdim. Nə də olsa bugünədək kəşf olunmuş ən güclü hərbi texnikanı özləri mənə vermişdilər)). Pinqvinlər işlərini qurtardıqdan sonra sözlərinə əməl etdilər və hamımız birlikdə 13 dəqiqə ərzində Marsı tərk etdik. Bu arada komandanlarının adı Trojan idi. Trojan dediki, ən maraqlı yeri indi başlayır və pərdələr açıldı. Hamımız bu möhtəşəm mənzərəni izləyirdik. Marsın məhv oluşunu. Həqiqətən də bu mənzərə bütün bunlara dəyərdi. Bu mənzərəni izlərkən keçirdiyim 5 dəqiqəyə həyatımın bütün geri qalanını qurban verə bilərdim. Və bir anlıq yer kürəsinin məhv oluşunu izləyə bilmədiyim üçün təəssüfləndim. Kim bilir necə möhtəşəm görüntü olub. sora da ayrıldıq. İndi isə kosmik gəmimdəki sərvəti qara bazarda satmağa gedirəm.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 24, 2017 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Nankor PinqivinlərHikayelerin yaşadığı yer. Şimdi keşfedin