İllər sonrakı ilk görüş

24 1 1
                                    

Ayağa qalxdı. Uzun illər əvvəl qazandığı ölümsüzlük hüququ onun da fani bir fərd olduğunu, onun da yaşlandığını tamamilə unutmasına səbəb olmuşdu. Qarşısında gördüyü varlıq isə, onun da sadə, ölümlü bir canlı olduğunu xatırlamasına, daha da pisi, bütün xəzinələrdən daha üstün gördüyü həyatının bir azdan sonlanacağını anlamasına səbəb olmuşdu. Ölümün bu gün onunçün gələcəyini bilirdi. Ləng, inamlı addımlarla ona doğru irəlilədi. Bu addımların bəlkə də son addımları olacağını anlayırdı, lakin özünün son səhnəsi üçün möhtəşəm bir xoreoqrafiya hazırlamışdı, hətta ötən yarım əsri bu xoreoqrafiyanı hazırlamağa sərf etmişdi. Ölümə son qarşılaşmalarında həyatı uğruna oynadıqları oyunu xatırladıb yeni oyun təklif etdi. Oyunun məğzi isə çox sadə idi. Hər iki tərəf birbirlərinin zehnlərini ələ keçirərək müxtəlif telepatik üsullarla onun zehnində yeni, fərqli bir dünya yaradaraq rəqibin gerçəklik hissini məhv etməyə çalışırdı. Ölüm demək olar kainatdakı hər şeydən yaşlı olmasına baxmayaraq, elə də güclü təxəyyül qabiliyyəti yox idi. Hətta məktəbdə vəbayayma, bioloji silahlarla  ölümyayma, Radioaktiv ölümlər, yoluxucu xəstəliklərlə ölümlər, və s. kimi fənlər üzrə ən aşağı qiymətləri almışdı, bütün bunlar onun necə təxəyyüldən məhrum bir varlıq olduğunu göstərirdi, yəni bucür hadisələr nəticəsində baş verən ölümləri daha kreativ şəkildə gerçəkləşdirmək olardı, buna baxmayaraq Ölüm sadə, düz yolu seçmişdi, amma məktəbin sahibi atası olduğu üçün ən yüksək qiymətlərlə məktəbi bitirib universitetdə də "Ruhoğurlamanın Əsasları" adlı elmi işini müdafiə etdikdən sonra mütəxəssis adını almış və bir zamanlar ilk dəfə ölümü meydana gətirən Habilin qardaşı Qabili öldürməsi hadisəsində üstün əməkləri və yardımları səbəbilə baş ölümgətirən adı qazanaraq kainatdakı bütün ölümlülərin(hətta bəzən ölümsüzlərin belə. Odini misal çəkmək olar) həyatlarında son dəfə gördükləri varlıq olmaq haqqını qazanmışdı. Fantaziyasının mənfi səviyyələrdə gəzməsinə rəğmən bu qədər uzun müddət varlığını davam etdirməsi nəticəsində yaşamın bütün hilələrini, bütün priomları əlinin içi kimi bilirdi. Əgər bunları bilməsə, ölən ruhları son model Ferrarisinin baqajında öz səltənətinə aparması, və ya Maldiv adaları dövlətinə daxil olan bir neçə adanın mülkiyyətinə sahib olaraq bəzən ora viski içməyə və bəzi gənc ruhları almağa getməsi insana absurd gələrdi. Bu pulları isə, əsasən Vegasdakı qumarxanalarda qazanmışdı. Dövrlərinin ən məşhur qumarbazları, kart ustaları belə Death ustaddan 5 dəqiqəlik dərs üçün milyonlarla dollar ödəməyə hazır olmuşdurlar, amma ölümə son 60 ildə çox qəribə gələn bir şey var idi. İndi qarşısında durduğu insan tarixin yaranmasından indiyədək yaşamış yeganə canlı idi ki, Ölümü bir dəfə aldada bilmişdi. Ona olan heyranlığı onun ruhunu almağa mane olurdu, Əlbəttə ruhunun kölə olaraq hər dəqiqə boşalan içki qədəhlərini dolduran sevimli xidmətçilərindən biri olması düşüncəsi də ağlından çıxmaq bilmirdi. Bütün bu qarışıqlığın içində ən anlaşılan şey o idi ki, Ölüm doğrudan da düşüncələr içində yolunu itirmişdi, əlbəttə əgər məktəbdə keçilən düşüncələrin idarəedilməsi, lüsid təxəyyül kimi dərslərdə iştirak etmək yerinə dostlarıyla birlikdə göydən ildırım atıb, hələ yaranan ilk onurğasız canlıları lupayla günəşin işığında qızartmağa çalışmasaydı, hər şey daha yaxşı ola bilərdi, amma real vəziyyət ölümün öz xəyalları içində həbs olunduğunu göstərirdi. Bucür kosmik varlıqların xəyallara sərhəd qoyan və canlının təxəyyülünün zirvəsinə çatmasına mane olan  beyin adlanan organa sahib olmaması nəticəsində bəzən belə hadisələr baş verə bilirdi, amma bu dəfəki həmişəki hadisələrdən fərqlənirdi. sanki öz xəyalında deyil də, kimsə başqa birinin xəyalında həbs olubmuş kimi hiss edirdi. Onun təxəyyülünün yaratdığı dünya adətən qaranlıq, hər tərəfinə qan sıçramış, gilyotinlər, dor ağacları, uğuldayan öküz və s. kimi ölüm və işkəncə vasitələrilə dolu otaqlardan ibarət olurdu, lakin bu dəfəki dünya tam fərqli idi, ətrafda güllər açmış və uzun eralar öncə rənglərin necə olduğunu unutduğu, hər şeyi ağ qara görməyə başladığı gündən etibarən ilk dəfə rəngli varoluş qalıqları gördüyü bir düşüncədə görürdü özünü. Bucür faktorlar isə, onda mərhəmət hissi yaradırdı

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Bütün günahların anasıWhere stories live. Discover now