1.Nə olacağını bilmədən yaşamaq

258 26 10
                                    

'Həyat' .. bu söz sizə nəyi ifadə edir? Beş hərfli sözdür, mənasıda gözəldir amma elə bu beş hərfli sözdürki yaşadıqlarımızı, peşmançılıqlarımızı, sevdiklərimizi , bir sözlə ömrümüzü özündə əhatə edir. Elə bu həyatdır ki, qarşımıza insanları bəzi hadisələr vasitəsi ilə çıxarır. Onun üçün fərqi yoxdur pis yoxsa yaxşı . Və biz buna qısaca 'Təsadüf' də deyirik. Niyə Təsadüf? Axı Təsadüf deyə bir şey yoxdur. Nəsə olmalıdır və olur. Axı biz insan oğlunun genində var bu , hər şeyə ad qoymaq , başımıza gələnləri gəbul etməmək :) Bəlkədə buna görə 'Təsadüfdür' deyərək sevinirik və ya əksinə üzülürük.
Və həyatda baş verən minlərlə təsadüf adlandırdığımız şeydən biri də bəlkədə Jasmin'nin başına gələcəkdi. Düzdü özünün bundan hələdə xəbəri olmasa da həyat yenə öz 'surpriz'lərini etməyə davam edəcəkdi. Jasmin....gözəl qız idi, həmdə utancaq(qıraqdakilər isə həmişə bunun əksinə olaraq utancaq olmadığını düşünürdülər). Universitetdə də yaxşı oxuyurdu, idman etməyi, rəqsi (əsasda kpop dance cover etməyi:P) çox sevirdi. Balacalıqdan getdiyi hər yerdə araşdırmacı ruhuna, hər şey bilmək istəyinə, ( bəlkədə bu aralar heçnəyə həvəsi qalmayıb deyə elə görünmür :) ), zəkasına və aurasına görə diqqətləri cəlb edirdi. Böyüdükcə bu araşdırmacı ruhuna görə Koreya'nı hərtərəfli kəşf etmişdi. Onların dillərini , musiqilərini, yeməklərini , bir sözlə hər şeyini çox sevirdi. Ailəsi , hətta universitetdəki yoldaşları belə bunu bilirdi.

[Azərbaycan. Bakı]
Və yenə adi günlərdən biri idi. Jasmin universitetə getmək üçün oyanmışdı. Həmişəki kimi öz yeməyini hazırlayırdı. Amma xəbəri yox idi ki, bu gün onun həyatını kökündən dəyişəcəkdi.

Yeməyi elə təzəcə süfrəyə qoymuşdu ki, telefonuna bildiriş geldi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yeməyi elə təzəcə süfrəyə qoymuşdu ki, telefonuna bildiriş geldi.
Jasmin- "Ahhhh yeni bölüm çıxıb!! Tez baxmalıyam. Yox.. universitet.. zehlem gedir oxumaqdan😭"(bütün qiymetləri A'dır :P)

Anası:- "Nə qışqırırsan? Məndə dedim nə olub!"
Jasmin- "Ana ahaha , bağışla mukuum."
Anasi - "Yaxşı yaxşı, gəl yeməyini ye. Onsuzda quş qədər yeyirsən! Yeməyini bitirməmiş universitetə getdi yoxdu. Arıqlamısan artıq lazımından çox . İtə oxşayırsan!"
Jasmin- "Ana bəsdidə yenə. Mən lazımı gədər yeyirəm narahat olma"— deyərək anasının üzündən öpdü. Ahh bu analar hamısı eynidir deyəsən :D

Burda Bakıda həyat Jasmin üçün belə keçərkən dünyanın başqa yerində başqaları üçün təbii ki fərqli keçirdi. Amma xəbərimiz belə olmur heçnədən, Hər saniyə doğulan və ölən insanlardan, atası ilə dava edən oğlundan. Övladları üşün gecəsini gündüzünə qatan anadan, çox uzağa getməyək hətta iki küçə qıraqda kim nə yaşayır onu belə bilmirik.

[Koreya. Seoul]
Koreyada Taehyung və Jimin üçün də həyat keçirdi . Öz axarı ilə. Daşlar yerinə necə oturmalı idisə elə. Taehyung və Jimin . Adları gözəldir bəli amma özləri adlarından da gözəl, yaraşıqlı (ahaha) . Yaxın dost idilər. Mühəndis və eyni şirkətdə işləyən atalarının dostluğuna görə, bəlkədə bu 'Təsadüf' dediyimiz mevhuma görə çox yaxın dost olmuşdular. Eyni baxçaya, məktəbə getmişdilər. Oxuduqları universitet belə eyni idi. Universitetdə yaman tanınmış oğlan idilər. Üzləri gözəl, özləri gözəl. Koreyada gözəlliyə necə önəm verildiyini yəqinki bilirsiz:)). Taehyung amma belə şeylərə çoxda fikir vermirdi. Eslində başqaları onun haqda nə deyər deyə heç fikirləşmirdi. Jimin isə əksinə görünüşünə çox önəm verən biri idi. Rəqs etməyi dəhşət çox sevirdi. Tete hemişə ona 'Hansısa şirkətə getsəydin indiyə idol olmuşdun' deyirdi.

Təsadüf?? Yaxşı fikirləş;))Where stories live. Discover now