Part 1

100 2 5
                                    

31 Avqust...

Qaçırdı, var gücü ilə qaçırdı. Havanın belə olacağını bilmədiyi üçün geyindiyinə peşman olduğu mavi uzun paltar yağışdan islanıb ona mane olsa da qaçırdı. Küçələrin qaranlığı bəs etmirmiş kimi tez tez gözlərini örtən uzun qara saçlarından yağış dayanmadan süzülürdü. Axı hər yer niyə belə səssiz idi? Sanki onun qaçdığı küçədə həyat dayanmışdı. Bircə öz nəfəsi və arxada getdikcə sürətlənən ayaq səsləri gəlirdi. Qəfil çaxan şimşəyin səsi sanki hərşeyin bir neçə dəqiqə sonra bitəcəyini qışqırırdı. O isə düşünmək istəmirdi - neçə nəfər olduqlarını, yolun harda bitəcəyini, neyləyəcəklərini - çünki bu sadəcə onu yavaşladır, qorxusunu artırırdı. Qarşısına çıxan ilk döngəyə dönmək həyatında atdığı bəlkə də sonuncu yanlış addım olacaqdı. Əgər düşünməyə bir neçə saniyə daha vaxtı olsa idi......

'Polis Bölməsi'

Polis Dong Hyeon, bir stol, iki stul və sadəcə lazımi sənədlər yığılan kiçik bir şkafın yerləşdiyi otağında oturub, divardan asılmış saata narazı halda baxaraq düşündü,
- Ehh, bircə sən də bu yağış kimi sürətli olmağı bacarsaydın..
Heç gözləmədiyi anda döyülən qapının səsi onu diksindirdi
- İçəri gir
İçəri boyu çox da hündür olmayan, sarı saçlı, yorğunluqdan gözləri şişmiş ancaq bir o qədər də həyəcanlı görünən polis işçisi daxil oldu
- Cənab Hyeon elə indicə bizə məlumat gəldi ki, Şinchon-da 18-li yaşlarda bir qız öldürülüb və həmin şəxs(lər) cinayət yerindən qaçıb. Deyəsən təcavüz hadisəsidir.
Polis cəld əlindəki qələmi stolun üstünə ataraq, ayağa qalxdı
- Bircə bu çatmırdı, əclaflar. Zibilə qalsın....

Əlləri axşam yeməyindən sonra etdiyi təmizliyə görə bulaşan ana mətbəx qapısına söykənərək narahat halda
- JK bəsdir oyun oynadın, bax gör saat neçədir. Yoona hələ də gəlməyib. Sənə saat neçədə qayıdacağını demişdi? Artıq narahat olmağa başlayıram.
Qonaq otağından xanımının səsini eşidən ata elə həmin an onun sözünə qoşularaq
- Sən icazə verdin mən də səsimi çıxartmadım ancaq bir də belə olsa eşidirsən məni JK
JK narazı halda gözünü komputerində oynadığı oyundan çəkərək yatağının üstünə atdığı telefonu qaldırıb saata baxdı
- Woow saat 10-du? Bunun belə olacağını onsuzda bilirdim, yenə məni şirin dilinlə aldatdın hə Y/n. Ax ağlım, artıq neçənci dəfədi ona inanıram, məndən balacadı ama gör necə ağıllıdı? Eyni sənə oxşayıb ana. Ən yaxşısı onu otağına bağlamaqdır. Hə hə ən yaxşısı budur. Qoy gəlsin -
deyinə deyinə ayağa qalxdığı vaxt əlindəki telefon titrəməyə başladı.
- Y/n elə indicə qərar verdik ki səni otağına bağlayaq, bundan sonra nə mən narahat olum nə də anamla atam
- Alo, salam. Siz bu telefonun sahibinin yaxınısınız?
- Bağışlayın, mən kiminlə danışıram?
- Sizi polis bölməsindən narahat edirik. Çox təəssüflər olsun ki, Şinchon-da bədbəxt hadisə baş verib və bir xanım cansız vəziyyətdə tapılıb. Telefonun sahibi ola biləcəyindən şübhələnirik. Dəqiqləşdirmək üçün xahiş edirik xəstəxanaya yaxınlaşasınız.....
Donub qalmışdı. Görəsən düz eşitmişdi, telefonda danışan səs ona cansız bədən demişdi? Yoxsa sadəcə dünənki yuxusuzluqdan qalma səhv anlaşılma idi?
Qorxusunu gizlətməkdən basqa çarəsi yox idi. Əgər eşitdikləri haqqında bircə kəlmə də olsa danışsaydı anasının onsuzda xəstə olan ürəyini daha pis vəziyyətə salardı. Bəs onun ürəyi? Bəs onun içindəki sancı? Əllərindəki titrəməni, üzündəki təri atasından gizlətməyə çalışaraq
- Zəng edən Soomin idi. Deyəsən atası yenə içkilidir evə aparmalıyıq. Ehh bezdim artıq onun əlindən - dedi
Bu sözləri ağzından çıxara bildiyinə özü də heyrətlənmişdi.
Evdəkilər nə olduğunu anlamadan qapıdan çıxdı, üstünə nə bir gödəkçə nə də çətir almadan. Qaçırdı, Yağış bütün bədənini isladarkən düşündüyü sadəcə buydu
- Ya düzgün eşidibsə?..
Üzbəüz otaqları olan dar, boz koridorda ayaqlarını güclə sürüyərək ona deyilən otağa tərəf getməyə başladı. Beyni sanki donmuşdu, heçnə düşünə bilmirdi. Qara saçları yağışdan islanıb gözlərinin üstünü tam örtsə də, üzünün necə bəmbəyaz olduğu o dəqiqə bilinirdi. Qulağında, eşitdiyi andan durmadan təkrarlanan sözlər bir birinə qarışmışdı
- Necə ailədir gecə vaxtı bu yaşda qızı evdən tək buraxıblar?
- Hər şeyə hazırlıqlı olun.
- Yadınızdadı bacınızın bu gün evdən çıxanda əyninə geyindiyi paltar nə rəngdə idi?
- Ailəsindən kiminsə tapılmağı yaxşı oldu.
Bir tərəfi səhv olduğunu bildiyi halda digər tərəfi kiçicik də olsa bir ümidlə qapının dəstəyini aşağı saldı. Və budur...
Soyuq, boz otağın ortasında qoyulan stol və üzərində cansız bədən. Üstü ağ örtüklə örtülü olsa da kənarlardan çıxan parçanın rəngi. Artıq hər şey aydın idi. Mavi rəng.
- Yadımdadı, bu gün nə geyindiyi yadımdadı
İşçinin örtüyü açmasını gözləmədən cəld stolun yanına qaçdı. Gözündən axan yaşların fərqində belə deyildi. Əlləri titrəyirdi amma örtüyü özü qaldırmaq istədi.
Bu gözlər. Həmişə gülərək ona baxan iri gözlər indi sanki dərin yuxuya gedibmiş kimi bərk yumulmuşdu. Evdən çıxarkən heç onun üzünə baxmamışdı da. Bu dodaqlar. Danışmaqdan yorulmayan bu ağız indi tərpənmirdi. Son dəfə onu öpərkən qarşılıq verməmişdi, toxunmamışdı da. Keçirtdiyi hislər ona heç tanış deyildi, içini parçalayır, onu boğurdu. Peşmanlıq, Günah, Qisas, Nifrət, Əzab, Çarəsizlik. İlk dəfə idi ki, ağlayarkən öz səsini eşidirdi. Dizlərində taqət qalmamışdı, halsızlıqdan stolun yanında yerə çökdü.
- Mən sənə icazə verməməli idim
- Səni tək buraxmamali idim
- Hamısı mənim günahımdı, hər şey mənə görə oldu, mənə görə, mənə görə, mənə görə
Bu sözləri deyərkən necə ağladığını, səsinin necə yüksəldiyini, yerə atdığı yumruqlardan əlinin necə parçalandığını hiss etmirdi.
Bacısına toxunmaq, öpmək üçün artıq gec olduğunu bilsə də əlində olan son dəqiqələrdən istifadə etmək üçün ayağa qalxdı, hıçqıraraq bacısını qolları arasına aldı. Başını boynuna qoyaraq son dəfə qoxusunu içinə çəkdi. Soyuq dərisindən gələn qoxu ona tanış idi. Bu ətri ona özü hədiyyə etmişdi. Kaş bu vəziyyətdə daha çox qala biləydi. Baxmağa utandığı üzünə axırıncı dəfə diqqətlə baxmağa çalışdı. Bu son idi, artıq heç nə əvvəlki kimi olmayacaqdı. Dodaqlarını, bacısının saçlarından görünməyən qulağına yaxınlaşdıraraq pıçıltı ilə
- Mənə ən çox ehtiyacın olan anda sənin yanında olmadığım üçün özümü heç vaxt bağışlamayacam Y/n. Ama söz verirəm sənə bunu edənləri mütləq tapacam....

15 İyun...

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 05, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

The MaskHikayelerin yaşadığı yer. Şimdi keşfedin