12

1.9K 49 14
                                    

KÜLƏK
Yağış sakitləşəndən sonra Bakının şıltaq küləkləri əsməyə başlamışdı. Onların vıyıltısından köhnə stalinkanın arakəsmələri fit çalır,hündür ağacların gövdələri ağır və tənbəl rəqslərinə başlayırdı. Küləkli havada Bakı sakinləri,başlarını aşağı salıb,içlərinə doğru yığılır,gözlərini qıyır və hündür dağlarda yaşayan çinlilərə bənzəyirdilər.Amma bu davamlı küləklər bir tərəfdən də insanları daha çox qabağa itələyir,tənbəl-tənbəl hərəkət edən piyadaları yuxudan oyadıb yeni fəthlər və çalışqanlığa yönəldirdi.Mən pəncərədən küçəyə boylanır və bu adamları seyr edirdim. Artıq mələyin varlığına öyrəşmişdim. Və məni çox qəribə bir hiss bürüyürdü. İndi aşağıda gəzən insanların birisi Allaha inanır,birisi inanmır,birisi dua edir,o birisi Mələklərin nağıl olduğunu düşünür,amma mən onların
hamısını sübut edə bilərdim bu möcüzənin həqiqət olduğunu.
Bu gün işə getmədim.Saatlarla Mələklə danışağa çalışdım,amma heç nə alınmadı.Elə gözlərini mənə zilləyib susr və səsimi dinləyirdi.Daha sonra ona yemək verməyə
çalışdım,bu da alınmadı,
13
onda mən fikirləşdim ki,yəqin mələklər yemək yemir. Amma bir neçə saat sonra,qarnını tutduğunu,iylə içəridə nə isə bir şey axtardığını və mənə yazıq-yazıq baxmasından anladım ki,acdır.İki saatlıq əziyyətlərimdən və 3 dəfə dükana gedəndən sonra anladım ki,Mələk ac olanda ancaq süd içə bilir – bəyaz,soyuq süd.Lap mpişik balası kimi südü tökdüyüm kasadan içir və arada iri mavi gözlərin qaldırıb mənim onu izləməmə baxırdı. Köhnə sevgilim məni atıb gedərkən unutduğu paltarı ona vermişdim.Qanadlarının arasından paltarı birtəhər cırıb onun bədəninə uyğun etmişdim. Ayaqlarımı qucaqlayıb oturcağa qısılmış,Mələyə öz hekayəmi danışırdım. Öz taleyimi,öz işimi,öz anamı,atamı. O da süd içir, arada mənə baxır və gözəl gözlərindən suallar yağırdı üstümə. Amma mənim də suallarım var idi. Nə elməliyəm bu mələklə? Axı onu geriyə, göylərə qaytarmaq lazımdı.Deməli, yarası sağalmalıdır.Yarası sağalan kimi onu geriyə dama qaldırıb uçmasına kömək edəcəm.Amma içimdən bir səs də deyirdi kı. Mələyi heç yana buraxmayım, ona danışmağı öyrədim, insanların içində yaşamağı öyrədim. Amma görəsən, o, insanlarla yaşaya bilər? Hərdən də ağlıma gəlirdi kı, zəng eləyim məscidlərdən birinə, ya televiziyalardan birinə, bildirim ki, mələk tapmışam. Qoy bütün kanallar çəksin, bütün qəzetlər yazsın, qoy İnsanlar bilsin ki, doğrudan da,
Allah var,
14
onun mələkləri var. Qoy ən ümidsiz xəstələr, ən kasıb uşaqlar da sevinsin ki, o biri dünyada bizi cənnət və bu cür gözəl mələklər gözləyir. Axı bu mələk, doğrudan da, sübut idi, Allahın, möcüzələrin, nağılların, bütün insanlığın əsrlərlə görmədən inandığı bütün müqəddəs varlıqların sübutu idi.
Allah onu qəsdlə Bakıya göndərib, bəlkə bu Mələk bizim şəhəri ədalətsizlik və çirkinlikdən ikiüzlülük və cahillikdən xilas etmək üçün göndərilib? Mənim suallarıma cavab yox idi, onun baxışları da sonsuz, dərin sualları ilə sanki mənim suallarımın içində öz cavablarını axtarırdı. Necə zərif bir qız idi bu Mələk, necə incə və zərif, kimsəsiz, yaralı və sakit... getdikcə sanki onun gözəlliyindən daha çox ruhunun təmizliyinə vurulurdum. Mənim həyatımda heç vaxt yaxşı qadın olmamışdı. Həmişə özündən razı tüklü,həyasız, qarasifət qızlar idi vurulduğum gözəlçələr.Bircə öpüşə görə məndən min manatlıq nişan üzüyü tələb edən qızlar idi mənim sinif yoldaşlarım, qrup yoldaşlarım və iş yoldaşlarım. Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun, sadəcə, daşları idi. Yolun kənarında mənə lazım olmayan "Yol daşları" idi həmin yoldaşlar.
Külək birdən otağımdakı pəncərəni çırpıltı ilə açdı və pərdələr qalxıb şaxtalı havanı içəriyə süpürdü.
15
Bu səs və bu mənzərədən qorxan Mələk qanadlarını açıb yerindən sıçradı və mənə tərəf tullanıb, qucağıma qısındı.Məni bərk-bərk qucaqlayıb gözlərini yumdu... Mən də onu qucaqlayıb başını sığalladım. Gümüşü saçları sinəmə tökülür, qızılgül ətri başımı gicəlləndirirdi. Deməli, o, artıq mənə güvənir, deməli anlayır ki, mən onu xilas elmişəm. Başa düşür ki, mən yaxşı adamam... Mənim üçün bundan gözəl təsəlli ola bilməzdi bütün günahlarım qarşısında. Dünyaya enmiş yeganə Mələk mənim qucağımda rahatlıq tapır. Mən artıq yüzə yüz qərar vermişdim. Ona kömək edəcəm. Qanadlarını sağaldacam...
Günlər keçir, mən arada işə gedir, onu evdə bağlayır, gələndə süd və yeni sarğılar alır və divanda yatmağa öyrəşirdim.Əslində həyatımda o qədər şey dəyişməmişdi Mələk gələndən, həmişəki kimi işə gedir və gəlirdim.Sadəcə, aldığım südlər və işdə fikrə getdiyim dəqiqələr artmışdı.Nə fərqim var idi ki, digər işçilərdən? Sadəcə, mənim evimdə Mələk var idi, göydən düşmüş, yaralı bir qız. Mavi gözlü, gümüşü saçlı Mələk.Günlər keçir, külək dayanmaq bilmirdi, hiss olunurdu ki, bu şimal küləyi özü ilə qalın qara buludlar gətirəcək. Bu buludlar da ya yağışlar, ya da qarlı günləri Bakıya miras qoyub cənuba üzəcək. Heç xoşum gəlmirdi Bakının küləyindən. Nəyindən xoşum gəlirdi ki, küləyindən də gəlsin.Bakı
16
böyüyürdü. Binaları, pulları, əlaqələri... Bakı meqapolisə çevrilirdi. Və Bakının insanları cılızlaşırdı bununla. Bu qədər bahalı maşın bu qədər varlı adam necə bölüşəcəkdi bu kasıbların çiynini.Bu kasıbların kürəyini neçə varlı tapdalaya bilərdi, görəsən? Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar. Mən, yəqin ki, bu bölüşmədə ikinciyə aid idim. Mənim heç nəyim yox idi. İkiotaqlı kiçik "stalinka"mı çıxmaq şərtilə, heç nəyim yox idi. Sadəcə, 40 il müddətində 8 saat işləmək borcum var idi bu dövlətə. Nədir ki, yavaş-yavaş 40
ilim keçər, çıxaram pensiyaya, başlayaram yaşamağa. Amma Mələk mənim düşüncələrimdən çıxmır və mən içimdə bir sıxıntı keçirirdim.Vurulurdum getdikcə ona... Hər evə qayıdanda, açarın səsinə dəhlizə çıxan, mənim ağ köynəyimdə mətbəxdə gəzən, pəncərədən səmaya baxıb dərindən ah çəkən, hərdən, çox nadir vaxtlarda əlimdən tutan və... Mələk... mənim mələyim... Gözəl mələk... İnanılmaz gözəlliyə sahib tərtəmiz ruhlu, içində heç bir pis fikir olmayan bakirə bir Mələk... Külək saçlarımı dağıdır və bazarlıqdan daşıdığım torbaları yelləncək kimi yellədirdi əlimdə. Bu gün Mələyə hədiyyə almışdım.Bu kiçik yun papaq idi və ağ yun corablar.Yəqin ki, onu soyuqdur bu küləkli havada. Az qalıb, qanadı sağalan kimi onu dama çıxaracam və icazə verəcəm uçsun,
17
əgər uçub getsə bu onun öz seçimi olacaq,əgər qalsa məni dünyanın ən xoşbəxt oğlanı edəcəkdi.Mən ona verirdim bu seçimi.Həm mənim hisslərim onda olmaya bilərdi.Axı mən,sadəcə,bir insanam.Adi,sıradan bir insan.O isə Mələk.Onun düşüncəsi,hissləri,həyatı dərk etməsi bizdən qat- qat yüksək ola bilərdi. Külək zibilliklərdən qəzet və zənbil parçalarını sovurub göyə qaldırır,sonra Bakının qollu-budaqlı ağaclarına ilişdirirdi. Küləklər şəhərinin adi,ən sıradan mənzillərindən birində bir oğlanla bir Mələk üzbəüz oturub bir-birinə baxırdı.Necə şirin idi bu qızcığaz,əyninə böyük olan köynəkdə,yun papaq və ağ corablarda.O böyük qanadları o qədər gözəl idi ki,bəzən onun üzünü,gözlərini unudur və ancaq qanadlarına tamaşa edirdim. Bu cürə gözəl mənzərəyə baxdıqca keçmişdə sevdiyim,vurulduğum qızlar yadıma düşür onun yanında baxanda hiss edirdim ki,bir pillə aşağıyam,bir varlıq kimi,bir insan kimi,bir şəxsiyyət kimi.Axı biz insanların içi kin və paxıllıqla doludur.Özümüzdən yaxşı adam gördükdə belə içdə fikirləşirik ki,biz ondan yaxşıyıq,biz ondan gözəlik.Hər bir oğlan,hətta boks çempionunu görəndə belə düşünür ki,çox əsəbi halda dalaşsalar,o,çempionu beli üstə yıxa bilər.Ən eybəcər qız,gözəl bir qadını görəndə də içində
fikirləşir ki,bu qadın gözəl olsa da,
18
mənim ürəyim daha təmizdir,ya mən daha ehtiraslıyam,ya daha maraqlıyam. Həmişə! Biz insanlar həmişə bizdən üstün insanları aşağılamaq üçün bir şeylər tapa bilərik.Amma bu Mələyin qarşısında sanki dilim-ağzım tutulmuşdu. Heç bir şübhə,heç bir sual yox idi içimdə. Əksinə,cavabı bilirdim. Bu Mələkdir,möcüzədir və məndən təmizdir,məndən günahsızdır. Bunu içdən qəbul edəndə,onun məndən daha yaxşı birisi olduğunu qəbul edəndə içimə qəribə bir hiss gəldi. Bəli, qarşılıq gözləmədən,heç bir səbəbə və nəticəsi axtarılmadan hiss etdiyim sevgi hiss idi. Sadəcə sevmək,uzaqdan sevmək,toxunmadan,onu istəmədən sevmək.Bir-bir keçmişdə sevdiyim qızlar yadıma düşür və anlayırdım ki,bu qız onların heç birisinə bənzəmir.Axı ona nə mənim atamın harada işləməsi,nə pullar,nə qızıllar maraqlı idi. Onun üçün fərqi yox idi mən nə dərəcədə yaraşıqlıyam,ya çirkin,boyum uzundur,ya qısa,hansı maşını sürürəm,hansı dilləri bilirəm,hansı ölkələrdə gəzdirəcəm onu. Mələyə bunların heç birisi maraqlı deyildi,onun gözlərinə baxır və anlayırdım ki,o belə deyil. Onun baxışlarında sevgi,hörmət və qürur hissi görürdüm. Kimliyimdən və necəliyimdən asılı olmayaraq,sadəcə,insan olduğuma görə,Allahın yaratdığı varlıq olduğuma görə mənə hörmət edirdi.Bəlkə də bunlar ancaq mənim ağlımdan keçən fikirlər idi.Amma onun
gözlərinə baxanda,
19
onlardakı o parlaq işığı görəndə anlayırdım ki,bu qız çox təmiz və çox yaxşı birisidir.
Günlər çox sehrli keçirdi mənim üçün.Artıq bir həftə olardı ki,Mələk evimdə yaşayırdı. İşə getmirdim son iki gün,ona görə həmişəkindən bir az gec qayıtmalı olmuşdum. İşlər üst-üstə yığılıb qalır,mənim həyatım isə Mələyin yanında paralel bir dünyada davam edirdi,sanki çox həvəssiz və soyuq idim,Mələkdən kənar hər şeyə qarşı.Evə gələn kimi hər şeyi unudur və yalnız Mələyə tamaşa edirdim.Evdən gedəndə də onu yenidən görəcəyim anı düşünürdüm.İnsanlar isə qarışqa kimi işləyir öz aləmlərində hansısa vacib məsələləri həll edirdilər. Amma mən bilirdim ki,bütün onların bu rəqəmləri,planları,kağızları – hamısı boş-boş şeylərdi.İnsanlar bir anlıq belə dərindən nəfəs alıb həyatlarına kənardan baxmaq,bircə anlıq nə üçün yaşadıqlarını anlamaq istəmirdilər.
Qapını açanda narahatçılıq gəldi içimə,axı həmişə açarın səsinə dəhlizə çıxardı? Görəsən, nə olub Mələyə? Tez torbaları yerə qoyub yataq otağına keçdim. Ayaqlarını qucaqlayıb sıxılırdı.Gözlərini qıyır,ağzı büzülür,titrəyirdi. Mən ona ona yaxınlaşıb nə baş verdiyini öyrənməyə çalışdım. Amma danışa bilmirdi,susur,yazıq gözlərini mənə qaldırır və sanki ağlayırdı. Tez onun arxasına
20
Keçib qanadına baxdım... Aman Allah,onun qanadı qanamışdı,yarası açılmışdı deyəsən.Sarğıdan qan yatağa sızır və yerə tökülürdü. Çox qan itirirdi. Axı niyə belə olub,mən ki,hər şeyi düz eləmişdim. Bəlkə də səhv eləmişdim,tibdən o qədər yaxşı başım çıxmırdı. Amma əmin idim ki,bu,sadəcə,kiçik bir cızıqdır. İndi isə bu mənzərəni görüb özümü dünyanın ən alçaq adamı hiss edirdim. Mən necə bu qədər diqqətsiz ola bilərdim,axı? Amma onu həkimə də apara bilməzdim. Qorxurdum onu insanlara göstərməkdən. Özgə insanlara göstərmək olmazdı onu.Çox düşünmədən,telefonu qaldırıb,evə zəng elədim.Anama atama çoxdan zəng eləmirdim. Axı mən böyük qardaşım kimi deyildim. Onların istədiyi oğul,onların istədiyi həyat tərzində yaşayan,onların kiçik allahlar kimi cızdığı alın yazısı ilə hərəkət edən böyük qardaşım kimi olmamışdım mən. Onun kimi pencəkli,qalstuklu,nişanlı,toylu və arvadı hamilə deyildim mən.Ona görə məni rahatca evdən aralamışdılar. Bizim böyük evimiz var,üçmərtəbəli həyətində iki cipli. Anam da,atam da həkim idi. Onlar artıq uzun illərdi dövlət xəstəxanalarından birini ələk-vələk etmişdilər. Və bu bütün ailənin xoşuna gəlirdi,bircə məndən başqa. Mən dözə bilmirdim,onların azərbaycanlı dar düşüncələri və adət-ənənələrinə. Həmişə sıxılırdım və həmişə hər şeyə özüm qadir olmaq istəyirdim. Ona
21
görə mənə bu köhnə evi,daha doğrusu atamın əli harama batmadan babamdan qalan evi vermişdilər. Daha doğrusu,mən bu evi özüm istəmişdim. Onlar mənə mərkəzdə yeni tikilmiş binalardan birində ev söz vermişdilər. Amma mən babamın mirasını onların haram pullarla qazandığı evə dəyişə bilməzdim. Bəlkə də çox sentimental doğulmuşdum iyirmi birinci əsr üçün. Amma mənim vicdanımın öz kodeksləri,öz qanunları var idi və mən ancaq öz vicdanımın səsi ilə hərəkət edirdim həmişə. Valideynlərim azadlığımı və seçmə hüququmu əlimdən alıb mənə bahalı maşın və qohumlardan birinin qızı ilə nişanlanmağımı istəyirdilər. Mən isə azad həyat və alın təri ilə qazandığım ruzini seçdim. Amma bu gün... Bu gün onların köməyinə həqiqətən ehtiyacım var idi.Atam cərrah idi,anam da yaxşı həkim idi,onları bura çağırsaydım,onların Mələyin qanadını sağalda bilsəydi... Kaş mənim dediyimə razılaşsınlar. Kaş hər şey alınsın. Mələk qəmli gözləri ilə mənə baxır və sakitcə mızıldanırdı. Onun elə incə səsi var idi ki,bu lap uşaq səsinə bənzəyən zərif qadın səsi idi. Necə də qəribə idi. O qız olsaydı,yəqin ki,20 yaşı olardı. Necə cavan və təmiz idi Mələk... Mən axı valideynlərimə bunu necə başa sala bilərdim. Onun Mələk olduğunu necə deyəcəkdim onlara? Bəlkə də heç nə deməsəm yaxşıdır. Sadəcə deyim ki,yaralanmışam mənə kömək lazımdı.
22
“Ana,Anacan... Atanı da götür,gəlin mənim yanıma,deyəsən yaralanmışam. Ana... deyəsən,bıçaq yarasıdır. Neçə gündür gizlədirəm sizdən,amma deyəsən yaram açılıb və qanaxma dayanmaq bilmir”. Bu zəng bəs etmişdi ki,15 dəqiqə sonra atamla anam qapının ağzında dayansın. Düz tapmışdım,onlar mənim bıçaqlandığımı eşidib heç bir həkimi bura çağırmıyıblar ,söz-söhbət olmasın deyə özləri gəliblər. Onlar qapının ağzında durub mənə baxır,mən onları qucaqlayıb təşəkkür edirdi ki,məni dara qoymayıb
gəldilər.
- Ata,Ana... mən yaralı-zad deyiləm...Sadəcə...
Atam qaşqabağını tökdü:
- Adam da belə şey deyər anasına,özün də bilirsən ki,xəstə
arvaddır. Ürəyinə salır hər şeyi.
Anamın gözləri doldu və ağlamağa başladı.
- Ana ata... yox... siz başa düşmədiniz.Mən yalan
danışmamışam,mənim yataq otağımda yaralı var...
Atam lap dəli oldu. O dəqiqə fikirləşdi ki,mən kimisə
bıçaqlamışam.
- İt balası... sən nə danışırsan? Kimi yaralamısan,bizim
ailənin adına ləkə gətirmək istəyirsən?
- Ata,mən yaralamamışam. Bu,şimşək,yarasıdır. Sişmək
vurub onu.
- Kimi?
23
- Ana can... bu mənim... bu mənim... belə deyim, dostumdur.Amma sizdən bır şey xahiş edəcəm.
Atam artıq çamadanı açır və lazımı sarğıları və dərmanları hazırlayırdı, şimşək yarasına qarşı nələr lazım olduğunu bilirdi, düzdü, bu hadisə ilə çox nadir hallarda rastlaşsa da, bilirdi ki, bu cərəyan keçirməsi nəticəsində daxili orqanlar partlaya bilər, amma bəzən bu, sadəcə, yüngül
yanıqla bitirdi.
- Ata, qulaq as mənə... Siz mənə söz verməlisiz.Söz verməlisiz ki, mənim yataq otağımda gördüyünüz haqda susacaqsınız. Ən yaxın dostlarınıza belə, qardaşıma belə, heç
kəsə deməyəcəksız heç nə!
Onlar mənim belə əsəbi və qəti olmağımdan narahatçılıq
keçirdilər.
- Yaxşı bala. Narahat olma. Apar bızı dostunun yanına,
onu müalicə edək.
- Yox, ata. Əvvəlcə söz ver. Söz ver mənə kişi kimi nə sən
nə anam heç kəsə heç nə deməyəcəksiniz!
- Yaxşı oğul, söz verirəm. Söz verirəm. Nə mən nə anan
heç kəsə heç nə deməyəcəyik.
Onları qucaqlayıb dərindən ah çəkdim.Mələyin qanı axırdı yəqin, mən də onları gecikdirirəm.Amma başqa cürə edə bilməzdim. İndi isə
24
anamı və atamı mələklə görüşə hazırlamalı idim.Yavaşca qapıya yaxınlaşıb onu araladım.
- Ata, içəridəki varlıq insan deyil, əvvəlcədən deyirəm qorxmayasız...
Bu sözləri demişdim ki, Mələk qanadlarını açıb bir neçə dəfə çırpdı. Sonra yenidən yatağa yıxıldı.Onun yatağa yıxılması ilə mənim anamın ürəyi gedib yerə yıxılması bir oldu.
- Ana, ana! Nə oldu sənə?!
- Aman Allah, bu nədir?! - deyə atam Mələyə tərəf yaxınlaşdı.
- Ana... Ana...
- Pıssımillah, pıssımillah!
- Ana, bismillahdır o... Nə pıs-pıs salmısan... qorxma... Bu mələkdir. Ata, o mələkdir.Qanadı yaralıdır.Şimşək vurub onu... Salıb yerə...
Atam dərmanlarını hazır tutsa da, yaxınlaşmağa qorxurdu, anamı sakitləşdirən kimi, atama yaxınlaşdım, və Mələyin əlindən tutdum.
- Mələk, bu mənim atamdır.O sənə kömək etmək istəyir...
ata, qorxma yaxınlaş... Bu Mələkdir, yaralı bir Mələk...
Atam ona yaxınlaşıb yarasını gördü və həmin an onda həkim vicdanı oyandı sanki, özünü itirmədən, tez yaranı
araladı.
- İrinləyib bu... əməliyyat eləməli olacağıq...
- Necə yəni?
25
- Bax bu hissəni görürsən, buranı kəsib atmaq lazımdır. Kiçik olsa da, bu ət parçası onu öldürə bilər...
- Ata, axı onun qanadı...
- Narahat olma, yara özü laxtalanıb bağlayacaq o yeri, sadəcə, bu kiçik hissəni kəsmək lazımdı, o irinləyir və laxtalanmaya imkan vermir. Yaxşısı budur, sən onu möhkəm tut mən də iynə vurum, bir neçə dəqiqəyə yuxuya gedəcək
- Oldu ata... oldu... Mələk... qorxma. Biz sən xilas edəcəyik indi. Sadəcə bir az ağrıdacaq. Bircə damcı ağrıdacaq.
- Qızım qorxma, - deyə atam əlavə etdi...
Mən Mələklə danışdığımdan elə bildi ki, o məni başa düşür... elə bildi ki, danışa bilir. Ya da heç nə düşünmürdü atam?
Anam kənardan baxır və başını yelləyirdi. Dilinin altında mızıldanırdı "Allahım, ya rəbbim, bu nə cürə şeydi yaratmısan... Vay, vay, vay... Bu nə cinni ifritədi... bu nə mələkdi... quşdu... nədi... ay Allah!"
Biz Mələyi yatızdıran kimi atam əməliyyata başladı və tez bir zamanda onu bitirdi.Yarasını sarıyıb dedi ki, iki günə sarğını tamam açım ki, hava dəysin tez qurusun. Onun dediyinə görə üç günə, dörd günə uça bilərdi. Mələk xilas
olmuşdu. İndi atamla anama başa salmalı idim hər şeyi.
26
- Ata, ana... bilirəm, bunu sizə deməli idim.Amma... bilirsiz, bu çox təsadüfən oldu. Yağış yağan gün binanın damına nəsə düşdü, qalxdım gördüm adamdır,evə gətirdim ki,yağışın altında yatmasın, bir də səhər duranda gördüm ki, Mələkdi.Anacan, görürsən, necə gözəldi? Qızılgül ətri gəlir ondan.Çox gözəldi.Hələ bir lələklərinə bax?
Anamın gözləri tavanda qaçır və nə isə fikirləşirdi.
Atam ayağa qalxıb dedi:
- Axır ki, tale bizim ailənin üzünə güldü!..
- Ata nə mənada?..
Əlli yaşlı kişi birdən başladı hoppanmağa... Sevinməyə!
- Biz varlı olacağıq, varlı!.. Mənim balam, tarixə düşəcəyik... Bütün dünya bizi tanıyacaq və ən əsası mən... Mən ilk həkim olacam... Mələyi əməliyyat etmiş ilk həkim olacam dünyada! Biz varlandıq, Sən bilirsən bizə nə qədər pul verəcəklər bu Mələyə görə?
Onun bu sözlərindən gonbul anam hırıldayır və qızıl dişləri görünürdü.
- Ata!!! Sən nə danışırsan? Ana! Nəyə gülürsən? Bizim evimizdə yaralı var... Siz onu sağaltdız.İndi də satmaq isləyirsiz? Budur sizin vicdanınız? O bəyəm bizim mülkümüzdü
ki, onu sataq, ya onun sayəsində məşhur olaq?
Anam dilləndi:
27
- Atan nə deyir düz deyir. Heç görmüsən bir dəfə nəyisə səhv desin? Özü də axır vaxtlar vəziyyətimiz ağırlaşıb bizim. Prezident rüşvətlə mübarizəyə başlayıb.Bilirsən bu nə deməkdi? Kim rüşvət alsa onu işdən qovacaqlar. Bizim də bütün pulumuz rüşvətdən gəlirdi, özün bilirsən.İndi isə işlər
çətindir.
- Ana,bunun nə dəxli var Mələyə? O bizim ailənin rüşvət almaq problemlərini həll eləməlidi bəyəm? Ana, ata... təsəvvür edin ki, bu mənim dostumdur, ya sevgilimdir, siz onu
satacaqsız ki, bir az pul qazanasız?
Atam əsəbiləşib əlini masaya çırpdı:
- Ay kişi, bir az pul? Bir az pul? Sən bilirsən Mələyə görə nə qədər pul verərlər? Təsəvvür edirsən adicə Səhiyyə Nazirliyi nə qədər pul verər bizə ki, Mələyi müayinə eləsinlər, bilsinlər ki, onun hansı orqanları var, neçə qrup qanı var? Bilirsən bu nə cürə böyük bir tapıntıdır? Elm üçün, dünya üçün! Tibb
üçün!
- Həə... tibb indi yadına düşdü? Bəs rüşvət alıb köməyə ehtiyacı olanları ölümə göndərəndə? Harda idi sizin vicdanınız? Ata, biz bunu dəfələrlə danışmışıq və mənə vicdandan, ədalətdən və tibdən danışmayın.Qazancınız da, pulunuz da eviniz də mənə lazım deyil. Sizdən bircə kömək istədim.Bircə kömək bu yazıq qızcığazın qanadını sağaltmaq. Siz hətta insan olmayan, bir manat pulu olmayan
28
Mələkdən belə pul istəyirsiz? Elə bil Tibb Universitetini yox, İqtisad Universitetini bitirmisiz!
Onlar mənə baxır və sanki hirslənməkdən, əksinə yazıqları gəlirdi mənə. Elə baxırdılar ki, elə bil mən nəsə xəstə bir adamam. Mənə xəstəyə baxdıqları kimi baxırdılar. Və çox peşəkar həkim kimi bilirdilər mənim xəstəliyim nədir. Onlar məndə vicdan xəstəliyi tapmışdılar. Və bu vicdan getdikcə böyüyür, xərçəng kimi mənim bütün bədənimi özünə tabe
edir və axırıma çıxırdı.
Anam gözlərini qıyıb ağlamağa başladı:
- Kül sənin başına... gic oğlu gic. Elə bil dünyanın dərdi sənə qalıb. Qardaşına bax... Bir bax qardaşına, ondan nümunə götür.Adam kimi yaşayır. Sənə baxanda ürəyim yanır. Bu nə mətbəxdir, bu nə yataqdır?! Necə yaşayırsan bu tozun içində,
yağlı qazanların içində necə yaşayırsan?!
- Ana, insan kimi. İnsan kimi yaşayıram.
Atam Mələyə baxdı və dedi:
- Bala, bu bəlkə elə sənin dediyin o Allahın sənə bir işarəsidir? Bəlkə o da baxıb nə gündəsən, sənə xilas göndərib bu Mələyi? Bəlkə bu da sənin ruzindir? Satıb ağ günə
çıxmalısan?
- Ata can... bütün günlər ağdır. Hər səhər günəş doğur və hər səhər biz ağ günə çıxırıq, sadəcə, bunu içdən hiss eləmək lazımdır. Günəşi görmək üçün, dərindən təmiz hava ilə nəfəs almaq üçün nə dollar lazımdı nə avro... Ata, siz özünüz
29
hələ ağ günə çıxmamısız. Elə çapalayırsız pulun içində.Oğluma Mersedes, qızıma cehiz, arvadıma sırğa, özümə kostyum...
çox çətindir sizin həyatınız ata can... mən belə istəmirəm. Mənim heç nəyim olmasa da içimdə bir sevgi var. Və düz deyirsən, bəlkə də Mələyi Allah mənə göndərib, amma onu satmağım üçün yox, onu xilas etməyim üçün. Və mən əlimdən gələni eləyəcəm ki, bu Mələk yenidən uça bilsin. Köməyinizə görə çox sağ olun... Amma mənə mane olmayın. Mən sizə etibar eləyib bura çağırdım. İnamımı qırmayın... Sizə olan son
ümidimi öldürməyin.
Külək pəncərələri silkələyir, onun uzun və kobud vıyıltıları mətbəxdən yataq otağına keçir və Mələyin yuxusuna qorxu və narahatçılıq qatırdı. Mən ilk dəfə otaqda siqaret çəkirdim. Bunun Mələyin xoşuna gəlməyəcəyini bilə-bilə edirdim. Onlar çıxıb getmişdilər. Mənə söz verib getmişdilər. Onları intiharla hədələmişdim. Bundan da keçə bilməzdilər. İndi isə Mələyin açıq çiyninə, hamar incə dərinin lələkli qanada keçidinə onun dərisinin gözəlliyinə baxır və siqareti içimə çəkirdim. Niyə mən? Niyə tanrı onu mənə göndərdi axı? Niyə yaralı Mələk? Amma nə qədər qəmli mənzərə olsa da, qanlı qanadlar yenə də mənə ümid verirdi. Deməli, hələ də ümid var. Deməli, bu çirkli və ədalətsiz insanların dünyasından yüksəklərdə haradasa buludların arasında
30
mələklər var.Bu Mələk kimi gözəl mələklər.Təmiz, xeyirxah, içlərində bircə qram nifrət və kin olmayan şəffaf, saf varlıqlar. Deməli, yaxşı insan olmaq axmaqlıq deyil. Deməli, zəmanə adamı olmaq lazım deyil, deməli, mənim vicdan xəstəliyim də xəstəlik deyil. Son illər necə yaşadığımı yadıma saldıqca anlayırdım ki, hər günüm intihardan bircə addımlıqda idi. Çünki buralarda tək idim. Mənim kimi adamlar yox idi bu ölkədə, özüm öz doğma vətənimdə özgə idim. Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. İş yoldaşlarım hər bazar günü görüşüb birlikdə içirdilər. Bu mənə maraqlı gəlmirdi, ona görə evdə otururdum. Ailəm hər həftə hansısa qohumların evinə gedir, ya toylara, ya yaslara gedirdilər. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, ikiüzlülük edir, bir-birilərinə bütün dostlar, bütün tanışlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir-birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən xoşbəxt idilər.Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Oct 08, 2018 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Qaraqan MələkHikayelerin yaşadığı yer. Şimdi keşfedin