Qaraqan-Mələk

3.1K 63 15
                                    

İnsanları nə qədər çox tanıyıramsa, bir o qədər itlərə sevgim artır.
                           Adolf Hitler

Hekayəmə keçid üçün kiçik bir...

                        Proloq

Artıq neçənci gecə idi gözümə yuxu gəlmirdi.Pəncərənin qarşısında əyləşib səmanı ikiyə bölən ildırımlara baxır, otağımın tör-töküntüsündən yağış damlalarını azadlığında gizlənərək, onların səliqəsiz düzülüşündəki ilahi incəliyi gözlərimdən içimə çəkib rahatlayırdım.Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün gözləmələri və altı- bazar həyatını yaşayan, özündən küsmüş, otuzyaşlı uşaq idim. Mənim həyatım siqaret tüstüsü kimi dodaqlarımdan sovrulub göylərdə yox olur, əriyir, buxarlanırdı.Heç nə gözləməyən və heç kəsin gözləmədiyi bir adama çevrilmişdim. Pəncərənin şimşək səsindən silkələnməsi və bir başmağa qoyduğum iki ayağımı bir-biriləri ilə qızdırmağım mənə qəribə bır hissiyatsızlıq verirdi sanki.Elə bu dəqiqə otağın küncündəki dipçəkdə bitən kaktus da olmağa razı idim. Nə fərqi var ki, onsuzda.
   3
Yağış getdikcə möhkəmlənir, göy gurultuları küçələrdə həyasızca şütüyən varlı balalarının təkərlərinin səsinə qarışır. Bakı çılpaq çirkinliyilə məni özündən daha da uzaqlaşdırırdı. Hava soyuyur və fikirləşirdim ki, bir dəqiqəlik də olsa, bu gözəl və eyni zamanda eybəcər mənzərəyə baxıb yatacam. Nə olursa olsun, buna cəhd etməliyəm. Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etmək üçün sabah gümrah olmalıyam.Bircə dəqiqə də bu mənzərəyə baxım. Payızın ikinci yağışı idi və bu yağış, deyəsən bütün noyabr ayı yağacaqdı. Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu noyabr da heç nə gözləmirdim. İllər
keçdikcə içdən qocalır və ümidlərimi bir-bir uşaqlıq xatirələrimə yola salırdım. Özümü həyatın dibində hiss edirdim. Günü-gündən inkişaf edən və yüksələn bu şəhərdə sanki yerin dibinə düşür və orada gözəgörünməz bir qarışqaya çevrilirdim. Amma düz deyirlər ki,həyatın ən aşağı nöqtəsinə enəndə,ən pis vəziyyətində olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi,elə bir hadisə olur ki,bu onun bütün gələcək həyatını,həyata baxışlarını və hisslərini,düşüncələrini və inamını dəyişir. Mən heç nəyə inanmırdım həmin gecə. Amma bu hadisə baş verdi.Və mənim hətatım tamamilə dəyişdi.

                            1
                       Yağış
Eşitdiyim gurultu məni sanki yuxudan oyatdı.Yuxusuz bir adam yuxusuzluq yuxusundan oyadacaq qədər özgə bir gurultu idi bu.Yox,bu göy gurultusu deyildi.Yox,bu növbəti qoca qadını ya uşağı vuran vicdansız avtoş deyildi. Yox, bu pəncərənin çırpılmasına da bənzəmirdi.Bu heç qapının döyülməsi də deyildi. Gurultu sanki yuxarıdan,haradasa düz mənim mənzilimin tavanından gəlmişdi. Axı bu necə olurdu? Mən sonuncu mərtəbədə yaşayıram. Məndən yuxarıda adam yoxdur ki,oradan səs gəlsin.Otağın içində o yan-bu yana getməyə başladım.Yağış dayanmaq bilmir,pəncərəyə sıçrayır və şırıltısı navalçalardan aşağı süzülürdü. Evdə oturmağa davam etmək və qapını açıb binanın damına qalxmaq arasında kiçik bir qərarsızlıq səddini aşmağa hazırlaşırdım. İnsanlar o qədər dəyişmişdi ki,ovçuluqdan kapitalizmə qədər. Əvvəllər pələngi əlləri ilə boğan kişilər indi bir mərtəbə yuxarıya qalxmağı özləri üçün böyük bir qəhrəmanlıq hesab edirdilər. İkinci şimşək gurultusundan sonra evin işıqları
zəiflədi və yanıb sönməyə başladı. Yox,
5
yüz faiz damda nə isə işlər xarab idi.Ya yanğın başlayıb,ya nəsə düşüb dama,ya hansısa oğrunu elektrik cərəyanı kül edib.Əlimə gələn ilk pencəyi əynimə geyinib divarlardan tuta- tuta qapıya yaxınlaşdım. Bayır qapısını açan kimi sərin yel içəri süzüldü,yalın ayaqlarımın arasından keçib barmaqlarımı qıdıqladı. Bu yəqin ki,son iki-üç ayda ən cəsarətli qərarım idi.Yalın ayaqlarla pilləkənləri qalxıb,blokdan dama keçən kiçik dəmir qapını araladım.Bakının bulud dolu qırmızımtıl səması və damcılardan parlayan qırlı dam ayaqlarımın altına işıq salırdı.Budur,damda,doğrudan da,kimsə var imiş.Qaramtıl bir şey antenaların arasında,bacaların arasında yerə uzanıb qalmışdı.Alaqaranlıqdan gözlərim heç nə seçmirdi,Amma bu adam idi. Yerində yırğalanır,dərindən nəsəf alır və qıvrılıb titrəyirdi. İçimdə sanki bir kişi instinkti oyandı və dərhal əynimdəki pencəyi çıxarıb onun üstünə atdım. “Narahat olmayın indi sizi aparacam evə,narahat olmayın” – sanki yaxşılıq etmək arzusunu bütün ruhumu soyuqluq yuxusundan ayıltmışdı. Yerdə dizlərini qucaqlamış bu adamı əllərimlə qaldırıb yavaş-yavaş qapıya tərəf yönəldim. Gözlədiyimdən daha ağır idi bu zavallı.Amma mən bu yağışın altında onu tək qoya bilməzdim.Lap dilənçi olsun,lap qonşuların antenasını oğurlayan bir oğru olsun fərq etməz,insan idi ən sonunda. Pilləkənləri
6
enib,evimə daxil oldum. Onu öz yatağıma uzadıb,üstünü qalın yorğanla örtdüm.Yazıq danışa da bilmirdi,elə yorğana bürünüb donurdu.Onu gecənin bu yarısı sorğu-suala tutmaq istəmirdim,həm də işıqlar sönmüşdü göz-gözü görmürdü. Divarlardan tutaraq qonaq otağına keçdim və divanda uzanıb üstümü pencəyimlə örtdüm. Heç olmasa vicdanımın gugecəki “Bu gün kimə yaxşılıq etdin” sualına cavabım var idi. Mən yazıq bir adamı yağışın sərt və soyuq damlalarından xilas etmişdim. Ona görə bəlkə belə tez gözlərimə yuxu gəldi.Yuxusuz gecələrimin bitəcəyinə bir işarə kimi başımı qoyan andan dərin uzun yuxuya getdim.
Səhər gözlədiyimdən daha tez açılmışdı sanki,amma içimdə heç bir yorğunluq yox idi. Hətta dünən canımda olan soyuqdəymə də itmişdi.Hətta payız səhərindən qızılgül qoxusu da gəlirdi. Nə qəribə səhər idi. İşə getmək,gecikmək,saatın zəngi... – Bütün bunlar sanki birgünlük silinmişdi həyatımdan. Buludların arasından üzümə günəş şəfəqləri düşür və yağışdan sonra gələn torpaq iyi qızılgül iyinə qarışırdı. Ayağa qalxanda yadıma düşdü ki,evdə tək deyiləm.O biri otaqda dünən damda tapdığım adam yatırdı. Tez çayı üstünə qoyub,o biri otağın qapısına yaxınlaşdım.Qapını yavaşca aralayıb yataqda uzanan adama
baxdım... Və... gözlərimə inana bilmədim.
7
Gördüyüm mənzərə mənim ağlımı başımdan çıxartdı. Yatağımda çılpaq,ilahi bir gözəlliyə sahib olan qız uzanmışdı. Mavi gözləri mənə baxır,qaşlarından qorxu və baxışlarında uşaq saflığı hiss olunurdu. Məni görüb yorğana büründü... sanki qorunurmuş kimi yorğanı qucaqlayıb pişik kimi başını çıxarıb diqqətlə məni gözdən keçirdi. Mənim ağzım açıq qalmışdı... Yavaşca içəri daxil olub gülümsəməyə çalışdım. Bəlkə gülümsəsəydim o anlayardı ki, mən onu xilas etmişəm, oğurlamamışam. Amma nə gülümsəyə bilir nə danışa bilir, nə də ona yaxınlaşa bilirdim. Yorğan onu tam örtmür və bu örtünmə çılpaq bədəni gizlətmədən daha çox özünü qorumaya bənzəyirdi. Onun çiyini yorğanın kənarından görünür və bəyaz incə dərisi sanki işıq saçırdı. Düz uzun, hamar çılpaq ayaqlan və yenə də bu uşaq kimi məsum baxışlar. Necə gözəl idi bu qız. Mən bəlkə dünyada belə gözəl qadın görməmişdim. İlahi bir gözəllik var idi bu qızda... Amma mənim təəcüblərim bununla bitmədi. Elə ilk kəlməni ağzımdan çıxarmaq istəyəndə birdən ayaqlarımın altında nəyinsə olduğunu hiss edib yerə baxdım. Aman Allah, bu bəyaz, bəmbəyaz iri lələk idi. Bunu gördüyümü görən qız sanki suallarıma cavab üçün yorğanı azca aşağı saldı və mən onun çiyninin arxasından çıxan iri, ağappaq qanadı gördüm.
Bax elə həmin an deyəcəyim söz də yadımdan çıxdı.
8
Yerimdə donub qaldım. Bu insan deyildi. Əgər ilk olaraq gözəl qadına yaxınlaşmaq qorxusu idisə içimdə indi mən heç vaxt anlaya bilməyəcəyim,qeyri-adi,ilahi bir möcüzə ilə üzbəüz durmuşdum. Bu mələk idi. Əsl mələk idi. Bir anın içində bütün dünənki gurultu və onu damdan gətirdiyim qızın ağır çəkisi,damda çılpaq uzanması bütün şübhəli suallar öz cavabını tapdı. Mənim damıma yaralı Mələk yıxılmışdı. Yatağın kənarından azca sızan qan da buna sübut idi. Bu əsl mələk idi,dünyanın ən gözəl qadınından iki qat,üç qat,bəlkə on qat gözəl bir varlıq.
Ayaqlarımı tərpədə bilməsəm də,danışa bilməsəm də düşünə bilirdim. Bəlkə Allaha inanırdım,möcüzələrə inanırdım,qeyri-adi bir qüvvələrin olmasına inanırdım,amma bunu mənə ən yaxın dostum belə danışsaydı ona inanmazdım.Damdan yaralı mələk tapacağım heç vaxt ağlımın ucundan belə keçməmişdi.İndi isə bu mənim gözlərimin qarşısında idi.Mənim yatağımda,bəyaz qanadlı ilahi gözəlliyə sahib,çılpaq Mələk uzanmışdı. Və nə qədər tez hansısa bir qərara gəlsəydim o qədər yaxşı olardı. İnsan heç vaxt rastlaşmadığı bir hadisə ilə rastlaşanda nə etməli olduğunu bilmir. Bu yanğın olsaydı,yüz birə zəng edərdim.Bu,oğru olsaydı mətbəxə qaçıb bıçaq götürərdim. Bu fahişə olsaydı onu geyindirib yola salardım,bu canavar olsaydı belə,qışqıra-
qışqıra
9
bayıra qaçardım. Amma bu Mələk idi. Və səhər yuxudan oyanıb yatağında Mələk görən insanlar üçün heç bir ölkə,heç bir dövlət qanun yaratmamışdı. Bunu mənə nə məktəbdə öyrədiblər,nə universitetdə. Sadəcə,nə etməli olduğumu bilmirdim. Amma qızcığaz dərindən nəfəs alır və əlini çiyninə atırdı. Deyəsən,qanadının biri yaralı idi. Yəqin ki,şimşək çaxanda onu vurub və o göydən düşüb mənim damıma. Getdikcə sanki onun əsl olduğunu beynim qəbul edir və mən yerimdən tərpənə bilirdim. “mən... ııı.. Siz... bura... sizi mən gətirdim... bayırda... yağış yağırdı...” – deyə mızıldandım. Amma o yenə də dil bilməyən uşaq kimi mavi parlaq gözlərini bərəldib mənə baxırdı. Dodaqları əsir və yarasını tuturdu. Mən cəld mətbəxə gedib onun yarasını sarımaq üçün pambıq,yod və digər şeylər götürdüm. Geri dönəndə o artıq yorğanın altından çıxmış və yataqda oturmuşdu. Onun çılpaq bədənini görüb yenidən donub qaldım. Həyatımda az qadın olmamışdı,amma bu qızın bədəni elə gözəl idi ki,hər xətt,bütün kölgələr,rəngi,hamarlığı... Hər şeyi ilə çox gözəl bədəni var idi. Uzun gümüşü saçları çiyninə düşür,və... qanadları... Necə də gözəl idi bu böyük,bəlkə özü qədər böyük olan bəyaz qanadları... bir az da yaxınlaşıb onun yanında yatağın bir kənarında oturdum. Mənə diqqətlə baxır,azca qorxur,amma hiss edirdi ki,mən ona pislik
10
etməyəcəm. Nə qəribə və gözəl yaranış idi Mələk... “Mən insanam... Mən... Mən səni damdan tapdım... Səni,yəqin ki,şimşək vurub və qanadını yaralayıb,sən məni başa düşürsən?” Mələk diqqətlə gözlərimin içinə baxır və məni qəribə bir baş gicəllənməsi bürüyürdü... Utanırdım ondan. Onun təmizliyi və gözəlliyindən. Əlimi yavaşca ona tərəf uzadıb toxunmaq istədiyimi bildirdim. O da yavaşca əlini mənə tərəf uzatdı... Bizim əllərimiz toxunanda,mələk sakitcə diksindi. Mənim də içimdən sanki isti bir cərəyan keçdi. Onun bircə toxunuşundan bütün bədənim ehtiraslandı,sanki soyuq dəniz suyuna girirmiş kimi bütün hüceyrələrim yuxudan oyandı. Dünyanın ən incə,ən ilıq əlləri idi bu əllər. İlıq və soyuq... soyuq və incə... Çox qəribə və hamar. Onun əlindən tutub barmaqlarını ovuşdururdum. Gözlərinin içinə baxıb gülümsəyirdim.Ondan qəribə ətir gəlirdi.Sanki gül bağçalarından gələn qızılgül ətri kimi... Bütün nəfəsimi açır,bütün varlığımı qanadlandırırdı. Əlini buraxmadan o biri əlimlə yaralı qanadındakı qanlı lələkləri kənara çəkdim. Heç vaxt düşünməzdim ki,mələklər yaralana bilər. Bu kiçik bir yara idi. Amma yəqin bu kiçik yara bəs etmişdi onun yıxılmağına.Pambığı isti suya batırıb əvvəlcə yarasını çirkdən yudum.Mələk qaşlarını çatıb yarasına baxır və dərindən nəfəs
alırdı. Mən başa düşürdüm ki,bu onu ağrıdır,amma dözürdü.
11
Bilmirəm anlayırdımı nə etdiyimi,ya yox. Amma icazə verirdi buna. Yarasını dərmanladıqdan sonra yavaşca,asta hərəkətlərə sarımağa başladım.Çox yavaş hərəkət edirdim ki,o diksinməsin gözlərində o qədər qorxu və yazıqlıq var idi ki,bu məni çox incə və səliqəli olmağa məcbur edirdi. Bəyaz sarığı onun lələklərinin arasında qalır və gözdən itirdi.Çox böyük,bəyaz lələkləri var idi.Amma çox incə idilər,lap ipək kimi.Yarasını sarıyandan sonra onunla danışmağa çalışdım. Amma yenə də heç bir xeyri olmadı. O sanki quş idi.Baxır,toxunur,haradasa anlayır,amma danışa bilmirdi. Bəlkə də heç anlamırdı,sadəcə,qorxurdu və tərpənmirdi. Mən bilə bilmirdim. Amma onu daha belə çılpaq görə bilməzdim.Mənim vicdanım sanki buna icazə vermirdi.Onun anlamadan mənə bəxş etdiyi bu gözəlliyə haqqım çatmırdı mənim.Axı bu Mələk əsl qadın olsaydı,heç vaxt mən tərəfə baxmazdı. Mənim kimi sıradan oğlanlar üçün o həddindən artıq gözəl idi. Bu cürə qadınları heç filmlərdə də göstərmirlər,bu gözəlliyə malik qadınları ancaq seçilmiş insanlar görə bilir yəqin. Və mən heç vaxt seçilmişlərdən olmayacam.

Qaraqan MələkHikayelerin yaşadığı yer. Şimdi keşfedin