Sentyabr ayının ortaları idi..11B-dəki şagirdlərin eşitdikləri xəbər heç de onların xoşuna gəlmədi.Çünki siniflərinə başqa bir şəhər mektebinden sagird transfer olunmusdu.Bu hala en cox qanı qaralan Sinif numayendəsi Namiq idi..Çünki yay tətilində sinifdə hər zaman yanında oturan dostu-sinif yoldası qəza keçirmisdi və əlil arabasına məhkum olunmuşdu. Nə qədər uşaqcasına görünsə də Namiq dostunun yerinde heç kimin oturmasını istəmirdi.Tək oturardı.Dərs boş keçirdi, ona göre həmin şagirdin taleyini müzakirə edirdilər.Düşünürdülər ki bəlkə xaişlə başqa sinifə ,,perevod,, elətdirərlər .Namiq direktorla danışmaq istəyirdi.Direktorun onun hörmətini saxladığını bilirdi.Çünki Namiq Edebiyyat tədbirləri üçün təkliflərlə gəlirdi. Namiq düşünürdü ki bir xahişini direktor yəqin ki nəzərə alar.Digər şagirdlər də Namiqi başa düşürdülər, çünki hamısı 1-ci sinifdən bir yerdə oxumuşdular ve son zəngi də bir yerdə keçirmək istəyirdilər.Namiq katibədən direktorun yanında kiminsə olub olmamasını öyrənəndən sonra qapını döyüb icazə alıb içəri keçdi.Direktor qarşısında Namiqi görəndə gülümsündü. Düşündü ki, yəqin hansısa bir tədbir üçün təkliflə gəlib.
-Hə Namiq buyur, eşidirəm səni.
Namiq bilmirdi sözə necə başlasın.
-şeeey..sizdən bir xahiş eliyə bilərəm?
Direktor duruxdu.
-əlbəttə. Olmaya nəsə problemin var.Hə denən.Əlimdən gəldiyincə kömək etməyə çalişaram.
Direktorun sözlərindən cəsarətə gəlib fikrini açıqlamağa qərar verdi.
-o bizim məktəbə transfer olunan şagirdi olar ki bizim sinifdən başqa sinifə perevod eliyəsiniz?
Direktor təəccubləndi.
-Səbəb?
-Biz istəyirik son zəngi 1-ci sinifdən 11-ə qədər bir yerdə olduğumuz uşaqlarla keçirək.Yad uşaq olmasın.
Direktor Namiqin belə düşünməsinə bir az məyus oldu:
-Namiq bax səni tanımasam bəlkə də dediklərini o qədər də önəmsəməzdim, amma özün də dünyagörüsü olan bir oğlansan, insanlarla münasibətin də gözəldi, ünsiyyətcilsən, amma belə geri düşüncəli olmaq sənə yaraşmır. Sırf bu məktəbin sosial işlərində yaxından iştirak etdiyin üçün istəyirsən belə edək.O biri 11-lərdən bir uşaq sizə göndərək, həmin şagirdi də o sinifə...
Namiqin oxuduğu sinif digər 11-lərlə həmişə rəqabətdə idi.Ona görə bu fikrə etiraz əlaməti olaraq sual verdi.
-başqa heç cürə yolu yoxdur?
Bu an katibə qapını döyür.Direktor və Namiq qapı tərəfə baxırlar.Katibə və transfer olunan şagird içĕri daxil olur. 1.75 boylarında sarışın ve gözləri zəif olduğundan eynək taxan Suna adlı bu qızı görəndə Namiq özünü qəribə hiss eliyir.Qısa bir tanışlıqdan sonra direktor Namiqə Sunanı sinifə aparıb uşaqlarla tanış eləməyi tapşırır.
Direktorun otağından çıxıb karidornan sinif otağına gedə-gedə az da olsa söhbət edə bilirlər.
-Nə yaxşı bu məktəbə transfer olunmusan?
-Yaxınlıqdakı qəsəbəyə köçməli olduq atamın işlərinə görə.Ona görə mecburən bu məktəbə yazdırdı adımı.Amma mən uşaqlarçun çox darıxıram.
-Başa düşürəm.İnsan yanında qalanlar üçün darıxmır heç vaxt.Ancaq uzaqdakıların həsrətini çəkir.
Tənəffüs olduğu üçün onlar sinifə tərəf getdikcə uşaqlar onlara baxırdılar.Yeni şagird hər kəsi celb eləmişdi.
Sinifə çatanda sinifin dağıldığını hiss eliyirdi.Ona görə Sunanı qapı ağzında gözlədib sinifi sakitləşdirməyə çalışdı.
-Eeeeey uşaaqlar..Eeeeeeyy!!!
Uşaqlar sakitləşib Namiqə tərəf baxdılar..
-Taniş olun Suna.
Usaqlar bir müddət Sunaya baxdılar.Araya sessizlik çökdü.
Vüsalə durub Namiqin boş olan partasında oturdu.
-Yəqin orda oturacaq.-deye əliylə öz yerini göstərdi.
-Yox Vüsalə! Burda oturacaq.Dur keç yerivə!
Vüsalənin saymamazlığına əsəbləşib qışqırdı:
-Vüsalə!! dedim ki dur kec yerinə!!Adamı hövsələdən çıxartma!
Vüsalə Namiqin bu sözlərindən pərt olub öz yerinə qayıtdı. Suna isə sinifdə ilk gün xoş qarşılanmadığına görə üzüldü, kefi qaçdı. Keçib oturdu Namiqin göstərdiyi yerdə. Sinifdən bir-iki oğlan Namiqlə söhbət etmək istediklerini deyib onu çölə çağırdılar.
-Namiq sən neynirsen?!
-Bəs deyirdin həll olunacaq məsələ..Qızı da götürüb sinifə gəlmisən..
-Belĕ alındı, neyniyim...
-Necə yəni belə alındı? Hamımız demişdik axı bu şagird gəlməsin..
-Başqa 11-dən uşaqla dəyişilməsinə razısız?
-Yox!..Bilmirsənki onlarla reqabətdəyik, neynirik onları..
-Onda nə moizə oxuyursuz? Tək çıxış yolu bu idi, mən də razı olmadım. İstəyirsiz siz də uzatmayın.Xətrivizi çox isteyirem, ona görə də pesman olacağım sözlər deməyə məni məcbur eləmiyin.
Mövzunu bağlayıb sinifə keçdilər.Artıq sinif mecburən də olsa Sunaya qaynıyıb qarışmağa başlamışdı..Qızlar onunla dost olmağa çalışırdılar.Bircə Vüsalədən başqa..Çünki Vüsalə platonik olaraq Namiqi sevirdi, amma Namiq ona qarşılıq vermirdi və üstelik Sunanı gətirib yanında oturtmağı ona çox pis tesir elemişdi.Bir-iki həftə sonra Riyaziyyatdan açıq dərs idi.Açıq dərsi ele birinci saata salmışdılar.Fleşkartdakı bütün məlumatlar silindiyi ücün müəllimə əsəbləşmişdi.Namiq müəllimənin evlərindən ehtiyat diskin getirdiyi üçün her şey qaydasında idi.Hər kəs dərsdə idi, amma Suna gecikirdi.Sinifin qapisi döyüldü, Suna icaze alıb içəri keçmək istəsə də müəllimə ,, avtobusun gec gelmeyi menim problemim deyil,, deyib onu sinife buraxmadı.Suna çox pert olmuşdu.Namiq də onun arxasınca gedəndə müəllimə təəccubləndi:
-Sen hara?
-İşim var.
-Nə işi?bes teqdimat nece olacaq,?
-Təqdimat menim problemim deyil!
Namiq əsəbi halda qapını çırpıb karidora çıxdı.Suna karidorda deyildi.Baxılması ən məntiqli yer bufet idi.Suna oturub ağlayırdı.Namiq salfet və Kofe alıb gelib onun yaninda oturdu, həmişəki zarafatından qalmadı..,,Salam ay qonşu nətərsən??-bu Namiqin ona en çox elediyi zarafat idi.Suna gözlerini silib gülümsədi.
-bes açıq ders nece olacaq?sene qayıb yazacaq axı..
-Yazsın da..Mənə sənin qəlbində qayıb yazılmasın..Sen də söz ver ki həmişə sən də mənim yanımda olacaqsan..Mənim qəlbimde de sene qayıb yazılmayacaq..
-Sözzz..deyib Suna Namiqə sarıldı...O gündən məktəbin ən çox yaraşdırılan və ən çox müzakire olunan çütlüyü oldular.Günlər belə xoş firavan keçə-keçə nəhayət qış gəlib çatdı..Məktəbin həyətində şagirdlər qartopu oynayirdılar.Namiqlə Suna isə kənarda dayanıb uşaqlara baxaraq söhbət edirdilər.Elə bu vaxt sinif yoldaşlarından biri Namiqi və Sunani dövrəyə alıb qartopu ilə onları vurmağı teklif eledi.Hamı qışqıra qışqıra, gûlə-gülə Namiqə ve Sunaya qartopu atırdılar.Namiq Sunaya qartopu dəyməsin deyə. Onu qucaqlamışdı və atılan qartopular onun küreyinə dəyib dağılırdı.Amma nece oldusa atılan qartopulardan biri Sunanın gicgahına tutdu.Namiq qollarında Sunanin huşunu itirdiyini hiss elədi.Tez qucağına alıb mektebin çıxışına tələsdi.Taksi ilə xəstəxanaya çatdırdılar.Həkimlərin cəld müdaxiləsi nəticəsində Suna özünə gəlmışdi.Gözünü açanda atası anası, sinif yoldaşları yanında idi, amma Namiq orda yox idi.Sunanın gözleri onu gəzirdi.O heç bilmezdi ki heç siqaret çekməyən Namiq indi bir paket siqaret alıb çöldə ard-arda yandırırdı.O həkimdən Sunanın başında şiş olduğunu öyrenmişdi.Bu şişin dərmanlarla qorunub böyûmesinin qarşısını almışdılar.Amma gicgahına deyen qartopu şişi tərpətmişdi.Həkimlərin dediyinə görə şişin böyüməməsi üçün daha çox diqqet eləmək lazımdı.Əməliyyat olunarsa riski daha böyükdü.Namiq bilmirdi neyləsin.Uşaqlar gedəndən sonra o geldi.Qapının yanında dayanıb Sunaya baxırdı.O qədər doluxsunmuşdu ki..
-Niyə mənə demədin müalicə aldığını?
-İstəmədim mənə yazığın gəlsin..
-Dəlisən sən?Nahaq yerə elə düşünmüsən.Mən senin sevgilin deyilem?Senin haqqında her seyi bilməyə haqqım yoxdu?
-Düz deyirsən.Bağışla..Bir də olmaz..
Namiq onun belə məsum danışığından həmişə əriyərdi .Əyilib onun gözlerindən öpdü.O Namiqdən gələn siqaret iyini hiss eləmişdi.
-Sən siqaret çəkmisən?
-Bir az..
-Niyə?
-Sen elə oldun, çox pis oldume men.
-Senin siqaret çəkməyin məni sağaldır?
-Yoxx
-Onda bir də söz ver ki çəkmiyəcəksən.
-Sözz..deyib Namiq Sunanın yanağından çimdik götürdü.
Bu hadisədən sonra Namiq Sunaya daha çox diqqət edirdi.Ana öz körpəsin qoruyan kimi qoruyurdu onu.evdən Məktəbə, məktəbdən də evə aparırdı.Məktəbdəki pilləkənlərdən düşüb çıxanda belə qoluna girerdi.Artıq Son Zəngə hazırlıqlar başlamışdı.Son Zəngdə olacaq rəqs cütlüklərindən biri də Onlar idi.Bazar ertəsindən etibaren onların rəqs məşqləri başlayacaqdı.Amma bu gün bazar olduğu üçün şəhəri gəzirdilər.Hətta da kinoya da getmişdilər.O qədər gəzdilər ki yoruldular.Dənizin kənarında oturub qulaqcığı taxdılar.Qulaqcigin bir ucu Sunada, bir ucu isə Namiqdə idi.Mark Eliyahunun-Journey mahnisina qulaq asırdılar.Bu mahnı onlara huzur verirdi, ruhlarını azadlığa aparırdı bu mahni.Bir az kecəndən sonra Suna Namiqə gözlənilməz sual verdi.
-Mən öləcəm?
-Bu ne sualdı verirsen?
-Nə bilim.Səninlə belə gözel saf şeyler yaşıyırıq.Mən bunları yarımçıq qoymaq istəmirəm.Mən ölmək istəmirəm-deyib Namiqi qucaqladı ve hönkürtü ilə ağlamağa başladı.
Namiq onu qucaqlayıb saçından boynundan öpürdü.Namiqin də gözləri dolmuşdu.Əlləri ilə onun yanaqlarını sıxıb pıçıldayırdı Namiq:
-Mənə bax. Sənə heç nə olmayacaq, heçnə!!Her şey daha yaxşı olacaq.Biz öhdəsindən gələcəyik.Bu fikri başından çıxart yaxşı??
-Yaxşı...-Suna bu cavabı verende Namiq ilk dəfə onu dodagindan öpdü.Sanki bu öpüş Sunanın göz yaşlarını qurutdu, üzünde teecub ve tebessum qarisiq bir ifade peyda oldu ve bir az da qızardi.Möhkəm sarılıb bir-birilərinin qoxularını çəkdilər ciyərlərinə,heç vaxt unuda bilməyəcəkləri bir qoxunu..
Hava qaralmamış Namiq Sunanı evlərinə ötürdü.Sabahkı reqs məşqi üçün çox heyacanlı idilər.Sabah tezdən Namiq çox şıq geyinmişdi.O qədər ətirlənmisdi ki anası zarafata danlayırdı onu evdə ətir iyindən boğulduğu üçün.O qeder sevinirdi ki.Yolda mahnı oxuya-oxuya gəlirdi məktəbə.O məktəbə çatanda artıq zeng vurulsa da müəllimə hələ sinifə gəlməmişdi.Namiq həmişə ki kimi gümrah halda sinifə girib sinifi salamladı.Suna hələ gəlməmişdi.Amma sinifi sebebi bilinməyən bir sükut bürümüşdü.
-Noluba millət??Yene yoxlama filan var?Ne qaşqabağınızı sallamısız?
-Namiq?Şeyy...
-Nə?!!nolube sizə??
-Namiq?
-hə də həə
-Suna...Suna dünən yuxudan ayılmayıb..
Bu sözü eşidəndə Namiq dərindən nəfəs aldı.Cümlələrin ardı gəldikce qulağı daha da karlaşırdı.Köynəyinin yaxasını açıb karidora çıxanda yıxıldı...
Gözünü açanda xəstəxanada idi.Həkim icazə vermemişdi qalxmağa. Başı kafelə deyib bir az yarılmışdı.Tam sağalanda artıq üzünü tük basmışdı.Xəstəxanadan çıxanda sinif yoldaşlarından Sunanın məzarın öyrənmişdi.Qəbirstanlıq ona tanış idi.O Sunanın məzarına yaxınlaşdıqca ürəyi daha da sıxılırdı.Hələ də inana bilmirdi Sunanı itirdiyinə.Az qalırdı ürəyi partlasın.Amma onunla danışmağa ehtiyacı var idi.Məzarın yanına yaxınlaşıb çökdü.Buralar ona tanış idi.Qəbiristanliqa gələnde yolu kiçik meşədən keçirdi.O yolu yeridikcə beynindəki xeyalları sanki canlanırdi.Sunanın məzarına baxırdı.
-Sən deyirdin məni sevirsen.Budu sənin sevgin??Men sənə söz vermisdim ki hemise yaninda olacam ve senin qəlbine qayib düşməyəcək.Bəs sən də deyirdin axı mənim dediyimi.Noldu qonsu??-bu sözləri deyəndə artıq ağlamağa başlayırdı.Gözlerini elleriyle silib davam eliyirdi danışmağa..-Hə mən sençün hər şey elədim, hər şey.Nə istədin elədim!!
Sən neynədin?Səndən bir dənə mənimçün yaşamağını istəyirdim.Bunu da bacarmadın.Ürəyim yanımda olmadığın hər gün üçün sənə qayıb yazacaq.Kişilər ağlamaz deyirlər.Amma mən sənin üçün it kimi darixiram Sunaa.İt kimi!!!..-deyib ağlamağa başladı,torpağı qucaqladı...
Qəbirstanlıqdan çıxıb həmin meşənin içi ilə addımlayırdı.Meşədə yolun qırağındakı yelləncəyə baxdı.Suna yellencekde idi.Namiq də yellədirdi onu
-Belə qəşəng yerləri hardan bilirsən sən?
-Atam gətirərdi məni.İlk qızsan ki bura senle gelirem.
-Namiq o qeder yaxsi hiss eliyirem ki senle.Men heç vaxt kimisə sevməmişəm.Heç vaxt səndən uzaqlaşmaq istəmirəm
-O zaman Söz ver Suna.Heç vaxt getməyəcəksən.
-Söz.Heç vaxt getməyəcəm...
YOU ARE READING
Kəpənək və Qarğa
RomanceQarğa bir gün Kəpənəyə aşiq olanda heç düşünməzdi ki 150 il hüzn yaşayacaq..