EŞQİN TƏVAFÜQ HALI

108 14 34
                                    

Bizim hekayəmiz eşqin təvafüqlüyünün sübutu idi. Uşaqlığımdan bəri heç kəsə könül vermədən universitetə qəbul olmaq üçün əlimdən gələnin artığını edirdim. Hətta bəlkə də, mənə güləcəksiniz amma mən tövbə belə etmişdim. Allah qarşısında söz vermişdim ki, uğura gedən yolda qəlbimə qıfıl vuracam. Deyəcəksiniz niyə?!
Səbəbi ətrafımda gördüklərim uşaqlıq eşqinin qurbanı olan rəfiqələrim idi. Uşaq ağlı ilə atılan səhv addımlar, yalançı həvəslərin sonu göz yaşları ilə bitirdi. Və mən artıq onları təsəlli etməkdən həm yorulmuş həm də sevgiyə olan inamımı tam olaraq itirmişdim. Güvən duyğusu alt üstü olmuşdu içimdə.
Məni qınaya bilərsiz. Fikrimlə razılaşmayanlar da ola bilər. Təbii haldır, hər kəs fərqli düşüncə tərzinə malikdir. Amma mənim fikrimcə insan həvəsinə, nəfsinə qurban getməməlidir. Təmkinlə, səbrlə hərəkət etməlidir. Ki, sabah həyat yoldaşı qarşısında dik dursun və o insan qarşısına çıxdığında itirdiyi güvən ona mane olmasın.
Mən uğuruma nail oldum. Universitetə qəbul oldum. Və hal hazırda bitirmək üzrəyəm. Əlbəttə qarşıma maneələr çıxdı və mən yıxıldım, yeri gəldi darmadağın oldum. Amma heç vaxt təslim olmadım. Hər zaman sabaha olan ümid hissim mənimlə idi. Və təbii ki imanım mənə böyük dəstək oldu. Hər hansı bir yenilgiyə uğradığımda "vaxt gələcək bunlar unudulacaq, yeni şeylər olacaq. Heç nə əbədi deyil" deyə özümü təsəlli ettim. Və budur artıq universiteti bitirmək üzrəyəm.

Gələk mənim sevgi hekayəmə. Hamı kimi mənim də sevdiyim oldu əlbət. Bəlkə də uşaqlıq həvəsi....nəbilim.
İlk dəfə bu hisslə altıncı sinifdə oxuyarkən tanış oldum. Kitablardakı yazılan yalanlardan olmasın amma məktəbin ən yaraşıqlı oğlanı məni sevirdi. Mən isə kişi xarakterimlə onu rədd edirdim. Hətta o məktəbin yaraşıqlı oğlanı olmamışdan əvvəl məni sevirdi. Necə?
Məni sevəndə o elə də yaraşıqlı deyildi. Çünkü saf və təmiz uşaq ruhu vardı simasında. Lakin sonra o dəyişdi. Filmlərdə olduğu kimi düşündü ki, mən onu o halıyla sevəcəm. Lakin başqa qızlar onun xarici gözəlliyinə toplaşdıqca mən onun daxili sevgisindən uzaqlaşırdım. Biz film qəhramanı deyildik axı?!

Bizim hekayəmiz saf və təmiz başladı. Sonra bulandırdı yad insanlar sevgimizi. Bugün bu hekayəni yazıram və bəlkə sizlərə bir şeylər qazandıra bildim.

O balaca və təmiz qızcığaz idi. Həyat onun qarşısında hələ çox oyunlar oynayacaqdı. O isə bütün bunlardan xəbərsiz hər gün məktəbə gedib-gəlir, dərslərinə hazırlaşırdı. Ta ki, bir gün qonşunun oğlu, birlikdə oyunlar oynadığı məhlə uşağı əlində tək qızılgüllə ona yaxınlaşana qədər. Təvafük burasında idi ki, daha bir neçə gün əvvəl qız ona baxıb öz ürəyində "görəsən bu uşaq nə vaxtsa birini sevər və ya sevir? Axı o niyə belə sakitdir?!" deyə düşünmüşkən. Nə biləydi ki, həmin oğlanı elə məhz onun özünü sevir. Həm də saf hisslərlə. Qız gülü qəbul elədi. Çünkü bunun sadəcə dost hədiyyəsi olduğunu düşündü. Evinə gəlib gülə baxıb elə hey gülümsündü. İlk dəfədir birindən gül alırdı. O qızılgülü çox sevirdi. Və həmin gün təbəssümlə gözlərini yumdu və rahat yuxuya qərq oldu.
Sabahsı gün axşam yenə məhlədə oynayarkən oğlan yenə ona yaxınlaşdı.

"Salam, necəsən?"

"Salam yaxşıyam, sən?"

"Məndə yaxşıyam. Sənə bir söz demək istəyirəm"

"Eşidirəm. Nə söz?"

"Burda olmaz. Və indi də olmaz. Sabah səhər səni çayın kənarında gözləyəcəm"

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Feb 22, 2019 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

EŞQİN TƏVAFÜQ HALI | Watty_2019_Hikayelerin yaşadığı yer. Şimdi keşfedin